Sevdiyi qızın anasına xəbərdarlıq edən əsgər danışdı: "Sözüm sözdür!" - VİDEO

Sevdiyi qızın anasına xəbərdarlıq edən əsgər danışdı: "Sözüm sözdür!" - VİDEOBu günlərdə sosial şəbəkədə yayılmış bir videogörüntü izləyicilərin böyük marağına səbəb oldu. Videoda əsgərlərimizdən biri sevdiyi qızın valideynlərinə səslənir. Bildirir ki, istədiyi qızı ona verməsələr, qaçıracaq. O, qızın valideynlərinin müharibədən əvvəl ona "yox" dediklərini xatırladaq, yarızarafat-yarıciddi xəbərdarlıq edir. Əsgər yoldaşları da qızı qaçırmaqda ona kömək etməyə hazır olduğunu bildirirlər.

Həmin video ilə məşhurlaşan əsgər Ayaz Orucov bu haqda Modern.az-a da danışıb.

- Ayaz, videoya görə artıq hər kəs tərəfindən tanınırsan. Məşhur videonu qızın valideynləri görübmü?

- Əlbəttə, videonu çəkmişəm qızın valideynləri də görüb, sözümün üstündə də duracağam. Sevdiyim qızı mənə verməsələr, videoda dediyim kimi, qaçırdacağam.

- İndi həmin xanımla danışa bilirsən?

- Xeyr, valideynləri icazə vermir, danışa bilmirik. Əlaqəmizi kəsiblər, mənim videomdan sonra qızın nömrəsini də qırıblar ki, danışa bilməyək.

- Sirr deyilsə, nəyə görə valideynləri qızlarının səninlə evlənməsinə razı deyillər?

- Bilmirəm, bəlkə də əsgərliyə getməyən birinə vermək istəyirlər qızlarını, mənim kimi müharibədə olan birinə yox. Əsgərlikdən yayınmağa çalışan adamlar var ki... Yəqin qızlarını elə birinə layiq görürlər...

- Hərbi xidmətdən qayıtdıqdan sonra nələr etməyi düşünürsən?

- Videonu çəkəndə nə demişəmsə, həmin sözlərimin üzərində duracağam. Mehribançılıqla olacaqsa, başqa məsələ, olmasa sevdiyim qızı qaçıracağam.

- Bəs sənin ailən bu haqda nə düşünür?

- Mən anamla yaşayıram. Anam hər zaman mənə dəstək olur. O da deyir ki, "necə istəyirsənsə elə et. O həyatı sən yaşayacaqsan".

- Sevdiyin qızla necə tanış olmusan? Uşaqlıqdan sevirsiniz bir-birinizi?

- Biz Tovuz rayonunda qonşuyuq. Onlar 8-ci, biz 10-cu küçədə yaşayırıq. Bəli, uşaqlıqdan münasibətimiz var. Artıq iki-üç il olar ki, bir-birimizi sevirik. Mən hərbi xidmətdən qayıdandan sonra evlənmək niyyətimiz var.

- Döyüşə gedəndə nələr düşünürdün, necə hisslərlə getmişdin?

- Mən 1999-cu il təvəllüdlüyəm. Ümumiyyətlə, müharibə görməmişdim. İlk dəfə Füzuli istiqamətindən bizə hücum əmri gələndə, Allahdan istədim ki, əgər şəhid olaramsa, parçalanmış şəkildə olum, üzüm belə tanınmasın. Çünki əgər mənim tabutum evə gəlsəydi, anam deyəcəkdi ki, üzünü görüm. O şəkildə anam məni görsə, mənimlə birlikdə o da öləcəkdi.
Amma şükürlər olsun ki, artıq müharibə bitib. Mən də sağ-salamat vətənə borcumu yerinə yetirə bildim.

- Əsgərliyə könüllü getmisən?

- Bəli könüllü olaraq döyüşlərin ilk günündən buradayam. Hələ müharibə başlamazdan öncə cəbhəyə ilk yollanan biz olmuşuq. Sentyabrın 21-dən gəldim, 27-si döyüşlər başladı. Əsgərliyimi iki il öncə bitirmişdim.

- Dedin ki, ananla tək yaşayırsan, onunla danışırsanmı, necədir?

- Yaxşıdır. Ordudan bir günlük icazə almışdım, anam bir az xəstələnmişdi. Hazırda ona baş çəkmək üçün Tovuza gəlmişəm, elə bu gün də əsgər qardaşlarımın yanına qayıdacağam.

[/youtube]


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3271   Tarix: 29 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Nəsib Quliyevlə bağlı yeni faktlar - Oğlu ailəsini atıb, qızı isə...

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. xəbər verir ki, -a daxil olan məlumatda iddia edilir ki, həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynad

25 aprel
.

Elmira Süleymanova dəfn olundu

Azərbaycanın İnsan Hüquqları üzrə sabiq müvəkkili (Ombudsman) Elmira Süleymanova dəfn edilib. xəbər verir ki, mərhumun nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb

25 aprel
.

Türkiyənin ilk astronavtı Azərbaycana gələcək

Türkiyənin kosmosa səyahət edən ilk astronavtı Alper Gezeravcının Azərbaycana səfəri təşkil olunacaq. report-a istinadən xəbər verir ki, bu barədə Ankarada keçirilən Türk dövlətləri kosmik agentliklərinin üçüncü iclasından sonra Azərbaycan Kosmik Agentliyinin ("Azərkosmos") İdarə Heyətini

24 aprel
.

Biləsuvarda kişi çalışdığı mağazada ölüb

Biləsuvarda kişi çalışdığı mağazada ölüb. APA xəbər verir ki, hadisə rayonun Günəşli kəndində qeydə alınıb. Kənd sakini, 1964-cü il təvəllüdlü Bəybala Yaqubov tikinti mağazasında işlədiyi vaxt qəfil halı pisləşərək ölüb. Faktla bağlı araşdırma aparılır

25 aprel
.

Açıq havada satılan yeməklərdə DİQQƏTLİ OLAQ! Sağlamlığımıza hansı təsirləri var? - AÇIQLAMA

Açıq havada çoxlu mikroblar var və onlar tozla birləşərək asanlıqla yayılmağa başlayırlar. Xüsusilə havalar isindikcə epidemiyaya səbəb olan açıq qidalara nəqliyyat vasitələrinin çoxluğu və insanların sığlığı səbəbindən mikrob daha tez keçir. Xüsusilə çöldə satılan simit, peraşkı, dönər və qutab kim

25 aprel
.

Azərbaycanda vəkillərin sayı açıqlanıb

"2018-ci ildən indiyədək ARVK üzvlüyünə qəbulla bağlı 12 yazılı test imtahanı keçirilib. Bu imtahanlarda iştirak edən 4808 namizəddən 1483 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib". Bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağıro

25 aprel
.

Ramzan Kadırovda yeni xəstəlik tapıldı, varisi hazırlanır - İDDİA

Çeçenistan lideri Ramzan Kadırov ağır xəstədir. İndi Kreml ölümü və ya səhhətinə görə əmək qabiliyyətini itirməsi halında onun yerinə kimin keçəcəyini düşünür. -ın xarici mediaya istinadən xəbərinə görə, "Novaya qazeta Europe" məqaləsində deyildiyi kimi, 2019-cu ilin yanvarında həkimlər on

24 aprel
.

Sabah 31° isti olacaq

Aprelin 26-da Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirlib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şər

25 aprel
.

Qalmaqala səbəb olan "23 aprel" şousu: Balaca uşaq Dilan Polat kimi hərəkətlər etdi - FOTO+VİDEO

Aprelin 23-də məktəb tədbirində balaca uşağa Dilan Polat təqlidini etdiriblər. türk mediasına istinadən xəbər verir ki, sözügedən tədbirdə azyaşlının çıxışı tənqidlərə səbəb olub. Belə ki, Uşaqların çıxış etdiyi şouda çəhrayı don geyinmiş, saçlarına saxta dollar taxmış balaca qız Dilan Polatın Enerc

25 aprel