Yaşayış yerini tərk edən koronavirus xəstəsini hansı cəza gözləyir?

Yaşayış yerini tərk edən koronavirus xəstəsini hansı cəza gözləyir?Azərbaycanda koronavirus infeksiyasına yoluxan şəxslərin icazə olmadığı halda evdən çıxma faktları aşkarlanmaqdadır. Virusa yoluxan şəxslər yoluxduqlarını bilə-bilə evdən çıxaraq xəstəliyin yayılmasına şərait yaradır. Daxili işlər orqanları əməkdaşlarının sayıqlığı nəticəsində bu cür şəxslərin hərəkət marşrutu xüsusi texniki vasitələrlə müəyyən edilərək saxlanılır, müalicə olunduğu yerə qaytarılır və ciddi nəzarətə götürülür. Həmçinin həmin şəxs barəsində qanunvericiliyin tələbinə uyğun olaraq cinayət işi başlanır.

Karantin qaydalarını pozan və koronavirus infeksiyasını yaymağa görə vətəndaşı hansı cəza gözləyir?

Sonxeber.az-ın Trend-ə istinadən məlumatına görə, ictimai yerlərdə hər hansısa yolla karantin qaydalarını pozan (qoruyucu maskadan düzgün istifadə etməmək, qaydalara riayət etməmək və sair) şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülür. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

Koronavirus infeksiyasına yoluxduğu halda icazəsiz olaraq müalicə olunduğu yeri tərk etmək isə cinayət məsuliyyətinə səbəb olur. Həmin şəxsə qarşı Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsilə cinayət işi başlanır. Virusa yoluxmuş şəxsin yaşayış və ya müalicə yerini tərk etməsi aşkarlanan kimi həmin şəxsin yeri müəyyən edilərək saxlanılır və geri qaytarılır. Bundan sonra isə şəxs barədə başlanmış cinayət işi üzrə istintaq tədbirlərinə başlanır. Əgər istintaq müddətində həmin şəxsin koronavirus infeksiyasını kimlərəsə yoluxdurduğu aşkar edilərsə, bu zaman cinayət işi Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması, xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsinə tövsif edilir. Bu zaman infeksiyanı yayan şəxs iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Əgər infeksiya yayan şəxsin bu hərəkəti digər şəxsin ölümünə və ya ağır nəticələrə səbəb olarsa ona qarşı Cinayət Məcəlləsinin 139-1.2 - ci (Eyni əməllər insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsilə ittiham elan olunur. Bu isə həmin şəxsin üç ildən beş ilədək müddətə azadlığının məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması deməkdir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1147   Tarix: 29 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ünvanlı sosial yardım almağa köməklik adı altnda vətəndaşlar aldadılır - VİDEO

Bəzi hallarda ünvanlı sosial yardım adı altında vətəndaşlara kömək edəcəkləri deyərək onların vəsaitlərini mənimsəməyə çalışırlar. Səbəbi isə həmin vətəndaşların bu istiqamətdə məlumatlılığın az olmasıdır. xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri Rəşad Mehdili "Xəzər Xəbər"

18 aprel
.

Buraxılış imtahanlarına asan suallar salınır?

Martın 3-ü və 10-u keçirilən buraxılış imtahanlarında ölkə üzrə rekord göstərici qeydə alınıb. -a istinadən xəbər verir ki, illər sonra ümumilikdə 53 nəfər maksimum bal toplayıb. Abituriyentlərin belə uğurlu nəticə göstərməsi imtahanlarla bağlı bəzi suallar doğurub. Təhsil eksperti Elçin Murad imtahanlardak

18 aprel
.

Mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq

Mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq. Report-a isinadən xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirdiyi hesabat tədbirində deyib. Onun sözlərinə görə, sənəd qəbulu 13 sentyabra qədər davam edəcək. E.Bağıro

18 aprel
.

Unun tərkibi dəyişdiriləcək: Çörəyin qiyməti BAHALAŞIR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək. Dəmir defisitli anemiyanın qarşısının alınması məqsədilə buğda ununun zənginləşdirilməsi istiqamətində işçi qrup yaradılıb. Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli parlamentd

18 aprel
.

Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA

Dövlət Sosial Müdafiə Fondu (DSMF) pensiyaların ödənilməsinin yubanması iddiaları ilə bağlı açıqlama yayıb. Qafqazinfo-ya istinadən xəbər verir ki, fondun mətbuat katibi Rəşad Mehdili ödənişlərin aprelin 19-da yekunlaşacağını bildirib. "Bəzi sosial şəbəkə və internet resurslarında aprel ayının pensiyalarını

18 aprel
.

Bu şəxsləri böyük cərimələr gözləyir: "30 min manat verib obyekt işlədirəm..." - VİDEO

Şəhərin mərkəzi hissələrində parklanma yerləri salınsa da, ətraf ərazilərdə bu problem hələ də qalmaqdadır. Xüsusən iri bazarların ətrafında yerli-yersiz parklanmalar səbəbindən nə maşınlar keçə bilir, nə də piyadalar. Vəziyyəti qəlizləşdirən məsələ obyektlərin qarşısındakı ərazilərin dolmasıdır. 8 k

18 aprel
.

Hər işin içindən çıxan o Qəmbərqulu kimdir? - Belə yaranıb

Dilimizdə tez-tez işlədilən bir deyim var.: "Qəmbərsiz toy-düyün olmaz". Bu sirli Qəmbərlə bağlı başqa bir deyim də var. "Hər işin içindən bir Qəmbərqulu çıxır". Bəs bu hər işin içindən çıxan, hər toya gedən o Qəmbər kim olub? . "Belə yaranıb" rubrikasında bu ifadənin yaranm

18 aprel
.

AAYDA-nın səhlənkarlığı qəzaya səbəb oldu - Məhkəmə qərar verdi

Xırdalan-Saray avtomobil yolunda yol nişanı qoyulmadığından avtomobili yarğana düşərək qəza keçirən sürücü "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyini məhkəmədə udub. Qaynarinfo-nun məlumatına görə, Zamin Şabanov (ad-soyad şərti) gecə saat 22:05 radələrində "Lada Vesta" markal

18 aprel
.

"Geely"nin Azərbaycandakı rəsmi distribütoruna cərimə yazıldı

"Rich motors" MMC-yə inzibati protokol yazılıb. -ın xəbərinə görə, Dövlət Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdə

18 aprel