Qənirə Paşayeva şəhid zabitimizdən yazdı: "Özü yaralansa da..." - FOTO

Qənirə Paşayeva şəhid zabitimizdən yazdı: "Özü yaralansa da..." - FOTOSakit, Şanslı, Diqqətli, Dost...

Emin Pünhan oğlu Mahmudov –

01.06.1994-cü ilin altıncı ayının birinci günündə Tovuzun Abulbəyli kəndində doğulub.

1941-1945-ci illər müharibəsinin əfsanəvi qəhrəmanlarından Yusif Sadıqovun adını daşıyan Bozalqanlı kənd orta məktəbində oxuyub. Qəhrəmanın adının işığı onun da ömür yoluna işıq salıb, o da hərbçi olub, müharibə görüb, qəhrəmanlıq edib… Doğrudan da, "bu dünyada təsadüf yoxdur, təvafüqlük vardır"…

Emin 2011-ci ildə Heydər Əliyev adına Ali Hərbi Akademiyaya qəbul olub; 2015-ci ildə hərbi akademiyanı bitirib və Qusar rayonunda yerləşən "N" saylı hərbi hissədə leytenant rütbəsi ilə xidmətə başlayıb. Sonra respublikanın fərqli bölgələrində hərbi xidmətini davam etdirib.

Quru Qoşunlarında xidmət edən Emin, aktiv şəkildə idmanla məşğul olub, ümumən həmişə öz fiziki, mənəvi-psixoloji hazırlığı ilə seçilib.

Xidmət zamanı bir çox "Fəxri fərman"lara və medallara layiq görülən Emin, öz davranışı ilə həmişə seçilib, əsgərlərinin sevimlisi olub.

2020-i il sentyabrın 27-də Azərbaycan Böyük Vətən Müharibəsi başlayınca Emin Mahmudov da ilk günlərdən döyüşlərə atılıb. Suqovuşan qəsəbəsinin azad edilməsində fədakarlıqla iştirak edib. Eləcə də, Cəbrayılın, Füzulinin bir sıra kəndlərinin azad edilməsində iştirak edən Emin, Hadrut qəsəbəsinin düşməndən təmizlənməsində xüsusi xidmətlər göstərib. Hərbçi yoldaşlarının verdiyi bilgiyə görə, Vətən sevdalı peşəkar zabitimiz özü yaralansa da, yenə də döyüş bölgəsində son nəfəsinədək qəhrəmancasına vuruşub. O, Hadrutda 80 əsgərimizin düşmənin silahlı qüvvələrinin mühasirəsindən çıxarılmasında xüsusi xidmətlər göstərib. Bu, həm hərbi tapşırıq idi, həm də öz könlünün tapşırığı. O, belə tərbiyə almışdı – həm evdə, həm hərbi məktəbdə…

Emin Pünhan oğlu Mahmudov Hadrutdakı mühasirəni yarıb, əsgərlərimizi xilas edərkən, özü qəhrəmancasına şəhid olub. Əsl zabit şərəfi, zabit ləyaqəti ilə davranıb – MÜHARİBƏDƏ QIZIL LƏYAQƏT GÖSTƏRİB!

Atası deyir, axırıncı dəfə 11 oktyabrda – şəhid olduğu gün, səhər-səhər danışdıq; "dedi, "məndən narahat olmayın, hər şey yaxşı olacaq". Amma ürəyinə damıbmış elə bil – həyat yoldaşı ilə danışanda deyib, "hər şey ola bilər, sən zabit yoldaşısan, nə olsa da, ağlama"..!"

Emin 11 oktyabrda, axşamüstü şəhid olub.

Şəhidimizin 4 yaşlı və yaşyarımlıq iki övladı yadigar qalıb, üçüncü övladı gələn il dünyaya gələcək. Yoldaşına deyib, "qızım olsa, Zeynəb, oğlum olsa, İlham qoyarsız adını"… Şəhidin son ərki, əlbəttə, yerinə yetiriləcək. Əlbəttə, övladları atalarına görə qürurla yaşayacaq, qürurla anacaqlar adını.

Əlbəttə, yalnız ailəsi, doğmaları deyil, bütün xalqımız, dövlətimiz qürur duyur Emin kimi qəhrəman oğullarla!

Eminin öz adının anlamı – Sakit, Yetkili, Şanslı, Dost, Diqqətlidir. Doğrusu, bu adın anlamına nə isə əlavə və izah etməyə ehtiyac duymuram. Ad öz sahibini tapıbmış… Sahibi öz adını doğruldub…

Atasındna öyrəndik ki şəhidimizin öz sazı varmış, özü də saz çalarmış, saz havalarını dinləməyi də çox sevərmiş. Ən çox sevdiyi hava "Dilqəmi" olub…

"Dilqəmi" deyincə, sular durulur, yarpaqlar suyun səthinə səssizcə düşür, duman dağın başına dolanmasını uzadır, güllə bülbülün həsrəti dərinləşir… Bütün aşıq havalarımız mükəmməldir, hər birinin öz yeri, öz məqamı var; lakin "Dilqəmi"nin yeri bir başqadır… Şəhid Emin də bu havanın başqalığına, özəlliyinə öz sevgisi, tutqusu və aqibəti ilə bir çalar daha qatmışdır…

Övladları o sazı qara köynəkdən çıxarar, inşallah. İnşallah o sazda "Dilqəmi" də çalınar, "Misri"də…


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1720   Tarix: 29 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qaraciyəri qardaşına köçürülən Nərmin: "Səhhətimdə problemlər var, müalicə alıram" - VİDEO

Müğənni Nərmin Kərimbəyova səhhətindən danışıb. xəbər verir ki, "Xəbərin var?" proqramına qonaq olan ifaçı qaraciyərinin bir hissəsi qardaşına köçürüldükdən sonra mütəmadi olaraq müalicə olunduğunu etiraf edib:. "Səhhətimdə problemlər olur, sadəcə onu dilə gətirən adam deyiləm. Siyahıy

28 mart
.

Arvadını çörəkpulu kartına görə döydü, cinayət məsuliyyətindən azad edildi

Abşeron Rayon Məhkəməsində arvadını döyməkdə təqsirləndirilən Rəşad Zəfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. xəbər verir ki, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və Rəşad Zəfərov cinayət məsuliyyətində

28 mart
.

Müəllimlərin maaşı ARTIRILIR? - AÇIQLAMA

Repetitorların sayının artması artıq təhsil sistemində əsas problemlərdən birinə çevrilib. Valideynlərin bir çoxu deyir ki, övladını repetitor yanına göndərməsə, onun universitetə qəbul olmağı çətindir. Bu gün repetitorların sayının azaldılması istiqamətində verilən təkliflərdən biri müəllimlərin maaşlarını

28 mart
.

Ağcabədi sakininə yanlışlıqla cərimə yazıldı - AÇIQLAMA

Ağcabədi sakininə texniki xəta səbəbindən cərimə yazılıb. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Qurumdan bildirilib ki, baş verən texniki xəta araşdırılıb və aradan qaldırılıb:. "Sözügedən nəqliyyat vasitəsinin sürücüsü tərəfindən yol verilən qayda pozuntusu fot

28 mart
.

Təlabat artıb, Azərbaycanda dollar BAHALAŞIR? -AÇIQLAMA

Son zamanlar ölkə ərazisində dollara tələbatın yüksək olması müşahidə olunur. Ölkə ərazisində dollara olan təlabatın bu dərəcədə artması nə ilə bağlıdır? Tələb bu qədər çox olarsa,dollar bahalaşa bilər?. Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli -a açıqlama verib. O bildirib ki, hazırda ölkədə dolları

28 mart
.

"Sözügedən verilişlərin vaxtının qısaldıması heç nəyi dəyişmir" - Media eksperti

Xoşqədəm Hidayətqızının aparıcısı olduğu "Səni axtarıram" proqramını, Elgiz Əkbər və Pərvanə Tahirqızının təqdimatında efirə gedən "Elgizlə izlə", . Zümrüd Bədəlovanın "Xəbər-ətər və Zaur Baxşəliyev "Bizimləsən" verilişinin yayım saatının azaldılıb. Məsələ ilə bağl

28 mart
.

"ABŞ və Aİ-nın məqsədi Ermənistanı Rusiyadan tamamilə qoparmaq, bölgədə ikinci cəbhə açmaqdır" - DEPUTAT

Xəbər verdiyimiz kimi aprelin 5-də Brüsseldə Aİ-Ermənistan-ABŞ müştərək konfransı keçiriləcək. Bununla bağlı -a danışan deputat Nəsib Məhəməliyev bildirib ki, aprel ayının 5-ə təyin olunmuş Avropa İttifaqı-Ermənistan-ABŞ müştərək konfrans, Fransa başda olmaqla, kollektiv Qərbin 44 günlük müharibədə

28 mart
.

Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI

Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti bahalaşıb. xəbər verir ki, bunu trend-ə yeni tikili binalarda yaşayan sakinlər bildiriblər. Onların sözlərinə görə, ayı 60 manata olan parklanma yeri hazırda 90 manatadır. Bəs bu nə dərəcədə qanunidir?. Məsəl

28 mart
.

İcra başçısının qardaşının qətlinə görə tutulan oğula hökm oxundu

Lənkəran İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşovun qətli ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cəlil Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub. Hökmə əsasən, təqsirləndirilə

28 mart