İnfeksionistdən həyəcan təbili: "Digər xəstəliyi olmayan gənclər də koronavirusdan ölür"

İnfeksionistdən həyəcan təbili: "Digər xəstəliyi olmayan gənclər də koronavirusdan ölür"Artıq uzun müddətdir ehtiyat etdiyimiz o çətin vəziyyət yaranmaq üzrədir, xəstəxanalarda koronavirus xəstələrinə görə boş yer yoxdur. Bu gün bir çox insan məcburiyyətdən evdə qalmalı olur və çox ağırlaşmış vəziyyətdə xəstəxanalara gətirilir. Bu isə koronavirus xəstələrinin əksəriyyətinin ölümü ilə nəticələnir.

Bu barədə Oxu.Az-a açıqlamasında pandemiyanın başlanğıcından bəri xüsusi rejimli xəstəxanalarda çalışan həkim-infeksionist Nicat Əzimli məlumat verib.

Həkimin sözlərinə görə, bu gün bir çox xəstələr xəstəxanalarda yerlərin boşalmasını gözləyir:

"Bu bizim üçün çox ciddi çətinlik yaradır. Çünki qəbul etdiyimiz xəstələr ağırlaşmış vəziyyətdə müraciət edir. Əvvəl bəzi pasiyentlər xəstəliyi ciddiyə almayıb, evdə müalicə ilə sağalacaqlarını düşünüb, xəstəxanaya müraciət etmirdilərsə, bu gün artıq bu vəziyyət məcburiyyətdən qaynaqlanır. Xəstəxanada olan pasiyentlərin vəziyyəti ağırdır. Yoluxmanın sürətlə artması evdə aparılan müalicənin effektivliyini demək olar ki, aşağı salır".

İnfeksionist deyir ki, xəstəliyin yaş məhdudiyyəti və paralel xəstəliklərə bağlı riskinin artmasına dair stereotiplər artıq qırılıb:

"Koronavirusun sırf yaşlı və paralel xəstəlikləri olan insanlar üçün riskli hesab etmək artıq doğru deyil. 1999-cu il təvəllüdlü, paralel heç bir xəstəliyi olmayan vətəndaş sutka ərzində koronavirusdan dünyasını dəyişib. Bu xəstəlik artıq çox kəskin irəliləyir. Bu ilk hal deyil, artıq neçənci dəfədir belə ölümlər qeydə alınır. Hər kəs gigiyena qaydalarına əməl etməlidir.

Mövsümi xəstəliklərdə olduğu kimi koronavirusda da yoluxmanın sürətlə artımı özünü göstərir. Ümumiyyətlə, digər respirator infeksiyalardan fərqli olaraq koronavirusun yoluxduruculuq qabiliyyəti çox yüksəkdir. Bir nəfər kimi hər kəs maskadan istifadə etməli, sosial məsafəni gözləməlidir".

Ölkədə hər kəs koronavirusa yoluxduqdan sonra bu xəstəlik tamamilə yox olacaqmı sualını isə həkim Nicat Əzimli belə cavablandırıb:

"Tibbdə kollektiv immunitet deyilən bir fikir var. Bu ifadə daha çox qalıcı immunitet formalaşan xəstəliklərə aid edilir. Yalnız bu halda kütlənin həmin xəstəliyə yoluxması, kollektiv immunitetin yaranmasına səbəb olur və uzun illər bu cür kəskin vəziyyət davam eləmir.

Lakin biz bunu koronavirusa şamil edə bilmərik. Çünki COVID-19 infeksiyasında təkrar yoluxma qeydə alınıb, bu da onu sübut edir ki, infeksiyaya qarşı qalıcı immunitet formalaşmır. Xəstəlik mutasiyaya uğrayır və bu xəstəliyə yoluxan şəxs yenidən bu xəstəliyə yoluxa bilir. Odur ki, xəstəliyə yoluxub sağalan şəxs düşünməsin ki, daha risk yoxdur.

Digər tərəfdən bu xəstəlik üzrə kollektiv immunitetin qazanılması səhiyyə sisteminin çöküşü demək olar. Təsəvvür edirsiz, səhiyyə sisteminin çökməsi koronavirus xəstələrinin evdə ölməsi demək olar. Odur ki, yoluxma sayını azaltmaq üçün kəskin tədbirlər görülməlidir. İlk növbədə, hər kəs fərdi qaydada pandemiyaya qarşı məsuliyyətini dərk etməlidir, digər tərəfdən isə artıq dövlət səviyyəsində karantin qaydalarına nəzarət artırılmalıdır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1826   Tarix: 30 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Alimentin minimum məbləği 345 manata qaldırıla bilərmi? - AÇIQLAMA

Azərbaycanda alimentin minimum məbləği 235 manat təşkil edir. Alimentin məbləği minimum əməkhaqqına (345 manat) qaldırıla bilərmi?. Məsələ ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu -a açıqlama verib. O bildirib ki, alimentin minimum məbləği artırılması o qədər də məsləhət deyil:. "Azərbaycanda alimenti

29 mart
.

Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən hadisə ilə bağlı RƏSMİ CAVAB - FOTO/VİDEO

Aparıcı Şəbnəm Naibli evinin yandırıldığını iddia edib. -in məlumatına görə aparıcı, sosial şəbəkədə video yayımlayaraq hadisənin qəsdən törədildiyini və kiminsə bununla ona gözdağı vermək istədiyini qeyd edib. Hadisənin 5 gün əvvəl yaşandığı vurğulanıb:. "Martın 24-də evim yandırıldı. Hansı ki

29 mart
.

"Ermənistan Azərbaycanla sülh istəyirsə mütləq şəkildə işğal altındakı 8 kəndimizi geri qaytarmalıdır" - DEPUTAT

Ermənistanın keçmiş müdafiə naziri, parlamentdə "Ermənistan" fraksiyasından deputat olan Xocalı qatili Seyran Ohanyan Qazaxın işğal altında qalan kəndlərinə gəlib.Bağanis Ayrım və Əskipara kəndlərində məskunlaşan ermənilərlə görüşən Ohanyan onları müqavimət göstərməyə çağırıb. Bildirib ki

29 mart
.

Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA

Azərbaycanda taksi fəaliyyətində istifadə olunan avtomobillərin qırmızı və ya ağ olması ilə bağlı tələb müəyyən olunub. Nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov Ölkə.Az-a açıqlamasında bildirib ki, tələb bütün taksi fəaliyyətinə aiddir:. "Bu, taksi operator şirkətləri və fərdi qaydada çalışa

29 mart
.

Kommunal xidmətlərlə bağlı DƏYİŞİKLİK - QƏRAR

Tikinti obyektlərinin su təchizatı sisteminə qoşulması və ya əlavə tələbatla bağlı qoşulma nöqtəsinin dəyişdirilməsi qoşulma müqaviləsi əsasında həyata keçiriləcək və sifarişçiyə qoşulma müqaviləsinin tərkib hissəsi olan texniki şərt veriləcək. xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilə

29 mart
.

Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir

Ədliyyə Nazirliyinin məhkəmələrin işinin təşkili sahəsində həyata keçirdiyi bir çox səlahiyyətlər Məhkəmə-Hüquq Şurasına həvalə edilir. -ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilərək parlamentə tövsiyə olunan "Məhkəmələr və hakimlər haqqında" Qanuna təkli

29 mart
.

Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ

Paytaxtın Xəzər rayonu Türkan qəsəbəsində 5-ci sinif şagirdini məktəbin həyətində sahibsiz it dişləyib. Hadisə Xəzər rayonunun Türkan qəsəbəsindəki Elmar Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli respublika xüsusi internat məktəbinin həyətində baş verib. Z.Vəliyevə məktəbin həyətind

29 mart
.

Azərbaycanda ana 16 yaşlı qızına işgəncə verib - VİDEO

Azərbaycanda 16 yaşlı qız anası tərəfindən vəhşicəsinə döyülüb. xəbər verir ki, bu barədə ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinə çıxan və anası tərəfindən döyülən Aytacın babası bildirib. Babası bildirib ki, nəvəm anası tərəfindən işgəncələrə məruz qalıb. Aparıcı Aytacı

29 mart
.

Terrorla bağlı xüsusi iclas çağırılsın - Deputatdan TƏKLİF

Terrorla bağlı ölkədəki durumla əlaqədar Milli Məclisin xüsusi iclası çağrılsın. xəbər verir ki, belə bir təkliflə deputat Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib. Onun sözlərinə görə, bununla bağlı ya Milli Məclisin qapalı iclası keçirilsin, ya da komitələrdə ba

29 mart