İnsanların 70 faizinin orqanizmində koronavirusa qarşı immunitet yaranacağı zaman...

İnsanların 70 faizinin orqanizmində koronavirusa qarşı immunitet yaranacağı zaman...Bütün dünyada təkrar yoluxma halları var. Ona görə də yoluxmuş şəxs arxayınlaşmamalıdır ki, bu xəstəliyi keçirmişəm və qorunma tədbirlərinə ehtiyac yoxdur. Birinci dəfə xəstəliyi keçirənlər ikinci dəfə onu simptomsuz keçirə bilərlər. Bu da yoluxma saylarının artımına səbəb ola bilər. Çünki həmin şəxslər infeksiya mənbəyinə çevrilə bilərlər. Bəzi vətəndaşlar indiyədək yoluxmadıqlarına görə bundan sonra xəstələnməyəcəklərini düşünürlər. Bu, düzgün deyil. Çünki həmin xəstəliyə hər kəs yoluxa bilər. Qorunma tədbirlərinə düzgün əməl edilsə, bu, baş verməyə də bilər.

Sonxeber.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov deyib.

"Vətən Müharibəsi başlayanda biz vətəndaşlara müraciət etdik ki, virusa az yoluxma halları və az xəstələnmə halları qeydə alınması üçün hər kəs əlindən gələni etsin. Çünki bizim səhiyyə sistemimiz həmin dövrdə orduya xidmət etməlidir. Bu məsələ aktuallığını saxlayır. Çünki hələ də yaralı əsgərlərimizin müalicəsi davam edir. Hər birimiz səhiyyə sisteminin yüklənməsinə səbəb olmamağa çalışmalıyıq. Yoluxma sayı çox olduqca, xəstələnmə hallarının sayı, nəticədə isə ağır xəstələrin sayı artır. Onların da müalicəsi xəstəxanalarda aparılır. Həmin xəstələrə tibb işçiləri xidmət edirlər. Yaralı əsgərlərə də tibbi xidmətin göstərilməsinin vacibliyini unutmamalıyıq. Ona görə də qorunma tədbirlərinə əməl etmək daha vacibdir. Hamımız qorunma tədbirlərinə, qaydalara ciddi əməl etsək, o zaman yoluxma saylarını azalda bilərik. Vətəndaşların bir qisminin məsuliyyət nümayiş etdirməsi ilə buna nail ola bilmərik. Qorunma tədbirlərinə, hamının bildiyi qaydalara düzgün riayət edilməlidir. Maska tənəffüs yollarını örtmürsə, bu, onu nəyinsə xatirinə gəzdirməkdən başqa bir şey deyil. Qapalı məkanlarda, sıx təmasların olduğu yerlərdə maska istifadəsinə xüsusi diqqət yetirilməlidir. Bilməliyik ki, maskanı hələ uzun müddət istifadə etməliyik. Çünki pandemiyaya hələ qalib gəlməmişik. Digər, tərəfdən məsafə saxlanılması vacibdir. Əgər bu, mümkün deyilsə maskanın düzgün istifadəsi bizi yoluxmadan qoruyar. Maska taxılması, məsafə saxlanılması, əl gigiyenasına əməl edilməsi nəinki koronavirusdan, mövsüm üçün xarakterik olan digər respirator infeksiyalardan da qorunmağımıza kömək edir. Həmin qaydalara əməl olunsa, yoluxma saylarında əhəmiyyətli azalmaya şahid ola bilərik. Daha biz gözləməməliyik ki, hamı yoluxsun, xəstələnsin, hər kəsdə immunitet yaransın, sonra yoluxma sayları azalmağa başlasın. Bu, çox uzun müddət vaxt aparar və koronavirus səbəbindən vəfat edənlərin sayı çox ola bilər", - deyə A.Qurbanov qeyd edib.

Onun sözlərinə görə, hələ əvvəlki koronavirus infeksiyalarından sonra dayanıqlı immunitet yaranmadığı, ona görə də təkrar yoluxmanın mümkünlüyü deyilirdi. Bu, COVID-19-da özünü doğrultdu: "Bir neçə ay öncə Avropadan təkrar yoluxma hallarının olması ilə bağlı xəbərlər gəldi. Həmin xəbərlər getdikcə çoxalır. Təkrar xəstələnmə zamanı xəstəliyin özünü necə göstərməsinə dair sübut olunmuş məlumatlar yoxdur. Lakin bu zaman ən yüngül xəstəlik halından ən ağırına qədər müşahidə oluna bilər. Xəstəliyin hansı hallarda yüngül və ağır gedişə malik olacağı araşdırılmalıdır. Heç kim arxayınlaşmamalıdır ki, mən yoluxub sağalmışam, daha yoluxmayacam. Biz yenidən yoluxa bilərik. Hazırda təkrar yoluxmanı proqnozlaşdırmaq mümkün deyil. Çünki bu barədə kifayət qədər sübut və materiallar yoxdur.

Adətən 65 yaşdan yuxarı olanlar risk qrupu adlandırılır. Xəstəliyin ağır keçirilməsi nəzərindən risk qrupları var ki, bura yaşlılar və xroniki xəstəliyi olanlar aid edilir. Yoluxma riskinə məruz qalanlara isə sıx təmasda olanlar daxil edilir. Məsələn, həkimlər, müəllimlər, gündəlik həyatda daha çox təması olanlar. Onlar xəstəliyin ağırlıq nöqteyi-nəzərindən risk qrupu hesab olunmurlar".

Professor bildirib ki, pandemiyanın nə vaxt bitəcəyini elmi cəhətdən proqnozlaşdırmaq olar: "İnsanların 70 faizinin, yəni üçdə ikisinin orqanizmində koronavirusa qarşı immunitet yaranacağı zaman virus aramızdan gedəcək. Hazırda bütün dünyada insanların az bir qismi yoluxub. Əhalinin bir qrupu xəstəliyi keçirib sağalaraq immunitet qazanacaq. 70 faizin digər hissəsi isə vaksinlə tənzimlənəcək. Gələn ildən vaksinlərin gələcəyi gözlənilir. Virus da canlıdır, həssas orqanizm tapa bilməsə, bizim aramızda yaşaya bilməz. Onu da qeyd edim ki, Azərbaycan dövlət səviyyəsində ən effektiv və təhlükəsiz vaksinlərin alınması üçün tədbirlər görür".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1700   Tarix: 30 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA

Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini

17 sentyabr 2021
.

Nyu-Yorkda köç edən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılaraq öldü - VİDEO

ABŞ-ın Nyu-York şəhərindən köç etmək istəyən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılıb. Nyu-York Quşları Qoruma qrupu quşların cənuba doğru uçduqları zaman işıqlar və yansıtıcı şüşələr səbəbindən yolu səhv saldıqlarını açıqlayıb. Nəticədə azı 300 quş ölüb

18 sentyabr 2021
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda

18 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021