Azərbaycanda karantin rejimi bu həftə yenidən sərtləşdirilə bilər - AÇIQLAMA

Azərbaycanda karantin rejimi bu həftə yenidən sərtləşdirilə bilər - AÇIQLAMASon iki ayda Azərbaycanda və dünyada koronavirusa yoluxanların sayı kəskin artıb. Belə ki, yoluxma sayı 4000-ni keçib. Ölənlıərin sayında da kəskin artım müşahidə olnur. Yoluxma sayının kəskin artmasının yenidən sərtləşməyə səbəb olacağı ilə bağlı fikirlər səsləndirilir.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Ramil Həsən bildirib ki, hər gün, harada yaşamağımızdan asılı olmayaraq, ətrafımızda yaxınlarımızın, dostlarımızın və ailə üzvlərimizin xəstələndiyinin, pandemiya ilə mübarizə apardığının şahidi oluruq:

"Seçicilərimizdən, yaxınlarımızdan və dostlarımızdan xəstəxanaya yerləşdirilmə və pandemiya ilə mübarizədə yardımçı olmağımızla bağlı xeyli sayda müraciətlər alırıq. Bütün bu faktlar, Operativ Qərargahın açıqladığı gündəlik statistika onu göstərir ki, pandemiya ilə bağlı vəziyyət heç də ürəkaçan deyil. Dövlət pandemiya ilə bağlı hər zaman qabaqlayıcı tədbirlər görüb, görməyə də davam edir. Bununla belə, vətəndaşlarımızın içərisində bu xəstəliyi hələ də ciddiyə almayan insanlarımız da var. Əlbəttə, bu da hər gün yoluxanların və ölənlərin sayının artmasına səbəb olur".

Deputat vurğulayıb ki, yoluxma sayının çox olması xəstəxanalarda yer çatışmazlığına da gətirib çıxara bilər:

"Pandemiya ilə bağlı vəziyyət nəzarət altındadır. İnsanlarımız İkinci Qarabağ Müharibəsinin sevincini yaşayan zaman karantin qaydalarına əməl etmədilər. Həmin dövrdə də deyildiyi kimi, dövlətimizi və əsgərlərimizi seviriksə, mütləq karantin qaydalarına əməl etməliyik. Düşünürəm ki, proses bu şəkildə davam edərsə, dövlətimiz tərəfindən müvafiq sərtləşməyə doğru gedilə bilər. Hər şey bizim özümüzün əlindədir. 2021-ci ilə biz Qarabağ torpaqlarımızın dircəlməsinə, infrastrukturun yenidən bərpa edilməsinə böyük diqqət, enerji və sərmayə ayırmalıyıq. Bunu nəzərə alaraq, 3 sadə qaydaya əməl etməliyik: maska taxmalı, tez-tez əllərimizi dezinfeksiya etməli və sosial məsafəni qorumalıyıq. Əks təqdirdə, sərtləşmə tədbirlərininn yeni dalğası başlaya bilər. Bu da yenidən iş yerlərinin bağlanmasına və "sms icazə" sisteminin tədbiqinə səbəb olacaq. Bu isə Azərbaycanın iqtisadiyyatı ilə yanaşı, həm də insanlarımızın sosial həyatına və sağlamlığına mənfi təsir göstərəcək".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 6026   Tarix: 01 dekabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Nazir: Şagirdlər arasında bulinq, qısnama və intihar halları olur

Şagirdlər arasında bulinq, qısnama və az sayda olsa da, intihar halları olur. "Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Məktəblinin dostu" layihəsinin fəaliyyətinə dair keçirilən tədbirdə çıxışı zamanı deyib. Nazirin sözlərinə görə, məktəblərdə daha cidd

18 aprel
.

Bakıda ev qiymətinə sini satılır - FOTO

Bakıda ev qiymətinə sini satışa çıxarılıb. xəbər verir ki, 50 min manata satışa çıxarılan sininin 799-cu ilə aid olduğu iddia edilir. Sininin üzərində ərəb əlifbası ilə yazılar var, müxtəlif naxış və insan təsvirləri çəkilib

18 aprel
.

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib

Azərbaycanın Milli Qəhrəman Şahin Tağıyev infarkt keçirib. xəbər verir ki, bu barədə Milli Qəhrəmanın hazırda İsveçdə yaşayan yaxınları bildiriblər. "Şahin Tağıyev üç gün öncə beyin qanaması və infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilib", - ailə üzvləri Milli Qəhrəman haqqında danışarkə

18 aprel
.

Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı

"Yaxşı gününüzdə qohum-əqrəbanı xatırlayın, çevrənizdəkilərə yardım edin. Vəzifəyə, işə-gücə, sahib olduqlarınıza güvənməyin". "Olay" bildirir ki, bu sözləri "Səni axtarıram" verilişində Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı deyib. O, həmçinin ötən gün vəfat edən sabi

18 aprel
.

Keçid balları qaldırılır? - VİDEO

Artıq bütün buraxılış imtahanlarının nəticələri açıqlanıb. İlk dəfə olaraq ölkə üzrə ümumilikdə 53 nəfər maksimum nəticə göstərib. Bu qədər şagirdin yüksək bal toplaması bir çox valideyni narahat edir. Onlar düşünür ki, bu göstəricini əsas gətirib, qəbul ballarını artıra bilərlər. Bəs ekspertlər bu barəd

18 aprel
.

Polis 21 yaşlı qızı axtarır

Hacıqabulda 21 yaşlı qadın itkin düşüb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, rayon sakini, 2003-cü il təvəllüdlü Təhməzova Tünzalə İlham qızı yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. T. Təhməzovanın əlamətləri belədir: boyu 17

18 aprel
.

Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO

"Hazırda məktəblərdə servis xidmətinin yaradılması məsələsi müzakirə olunmur". Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib. "Bizim istəyimiz və arzumuz ondan ibarətdir ki, bütün vətəndaşları öz evlərini

18 aprel
.

Qubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun cinayət işi üzrə ibtidai istintaq yekunlaşır. Bu barədə "Qafqazinfo"ya onun vəkili Bəhruz Bayramov məlumat verib. Vəkil deyib ki, Q.İbadoğluya Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əld

18 aprel
.

Bu xəbər Türkiyədə şok effekti yaratdı - Ərdoğanın yerinə onu hazırlayırlar

Türkiyədə bələdiyyə seçkilərinin üstündən müəyyən müddət ötsə də, türk siyasi palitrası hələ də seçkinin yaratdığı zəlzələ effektinin təsiri altındadır. Hakim partiyaya yaxın şəxslərin və medianın müzakirələri isə xeyli suallar yaradır. Seçkinin mümkün nəticələri haqda ilk yazımızda ( ) qeyd etdiyimi

18 aprel