"SMS icazə" ilə bağlı VACİB AÇIQLAMA

"SMS icazə" ilə bağlı VACİB AÇIQLAMAXəbər verdiyimiz kimi, Türkiyədə koronavirusa yoluxma hallarının artmasına görə karantin rejimi sərtləşdirilib. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasında deyib. O, bildirib ki, dekabrın 1-dən həftəiçi hər gün saat 21:00-dan 05:00-a qədər küçəyə çıxmaq qadağan olunacaq. Həftəsonu bu məhdudiyyət cümə axşamı saat 21:00-dan bazar ertəsi saat 05:00-a qədər davam edəcək. Ticarət mərkəzlərinə koronavirus testindən keçmiş şəxslər buraxılacaq. Evlərdə isə xüsusi tədbirlərin keçirilməsi qadağası qüvvədə qalır. Evdən çıxmaq üçün xüsusi icazəsi olmadığı halda 65 yaşdan yuxarı, 20 və bundan aşağı yaşda olan şəxslər ictimai nəqliyyatdan istifadə edə bilməyəcəklər.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Azər Badamov bildirib ki, koronavirus infeksiyası dünyada tüğyan etməkdədir:

"Böyük ölkələr bu virus qarşısında aciz durumdadır. İnkişaf etmiş Avropa ölkələri yenidən qadağaların tətbiqini aktuallaşdırıb. Məsələn, Almaniyada 3 nəfərdən artıq insanın bir evdə toplaşması, bir masa arxasında əyləşməsi qadağan olunub, kafe və restoranlarda fəaliyyət məhdudlaşdırılıb. Qardaş Türkiyədə insanların çölə çıxmasına qadağa qoyulur. Azərbaycanda da koronavirusun yayılması ilə bağlı mənzərə heç də ürəkaçan deyil. Gündəlik aparılan testlərin sayı artdıqca yoluxmaların sayında kəskin artımın olduğunu müşahidə edirik. Koronavirus xəstələrinin müalicəsi üçün ayrılmış palata yerlərinin də dolduğunu görürük. Daha çox yoluxma sürəti olan bir neçə inzibati rayonda sərt karantin tətbirləri tətbiq olunub və davam etməkdədir".

Deputat qeyd edib ki, əgər yoluxma sürəti daha da artarsa, koronavirusa qarşı mübarizə tədbirlərinin bütün ölkə ərazisində sərtləşdirilməli olacaq:

"Bu, "SMS icazə" siteminin tətbiqi, 65 yaşdan yuxarı insanların evdən çıxmasına qadağa və s. ola bilər. Tətbiq olunacaq bütün məhdudiyyətlər Operativ Qərargah tərəfindən gündəlik dinamikanı təhlil edərək müəyyənləşdirilir. Biz isə ölkə üzrə uzunmüddətli sərt karantin rejiminin tətbiq olunmaması üçün həmrəylik göstərməliyik, özümüzü məsuliyyətli aparmaqla qaydalara riayət etməlik. Bu, hər yerdə hamı tərəfdən tibbi maskanın düzgün taxılması, sosial məsafənin gözlənilməsi və şəxsi gigiyenik qaydalara əməl olunmasıdır. Gəlin həmrəy olaq! Biz birlikdə güclüyük!"

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 38938   Tarix: 01 dekabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Sabirabadda avtomobil at arabasına çırpıldı: Xəsarət alanlar var

Sabirabadda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Aran bürosunun məlumatına görə, Xəlfəli kəndində minik avtomobili at arabası ilə toqquşub. Qəza nəticəsində rayon sakinləri - 1984-cü il təvəllüdlü Səmid Fərhad oğlu Həsənov və 1998-ci il təvəllüdlü Qonsur Maqsud oğlu Mirzəyev müxtəli

29 mart
.

Xocalı qatili Azərbaycan kəndlərinə gəldi: təxribat hazırlanır - FOTO

Ermənistanın keçmiş müdafiə naziri, parlamentdə "Ermənistan" fraksiyasından deputat olan Xocalı qatili Seyran Ohanyan Qazaxın işğal altında qalan kəndlərinə gəlib. xəbər verir ki, Ohanyanla birlikdə "Ermənistan" fraksiyasının digər deputatları da Azərbaycan kəndlərində olub. Bağani

29 mart
.

Bakıda restoran yanır - FOTO/VİDEO

Bakının İstiqlaliyyət küçəsində restoranın çöl divarından keçən elektrik kabeli yanır. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən restoranın çöl divarından keçən elektrik kabel

28 mart
.

ƏHALİYƏ SEVİNDİRİCİ XƏBƏR: Pensiya və müavinətlər artırıla bilər - VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. -ın məlumatına görə, bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib ki, büdcə gəlirlərinin artacağı ilə bağlı proqnozlar özünü doğrultmaq üzrədir. Onun sözlərinə görə, belə olan halda büdcədə dürüstləşmənin aparılmasına ehtiyac yaranır

29 mart
.

VAZ divara çırpıldı: Xəsarət alanlar var

Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Hacı Zeynalabdin Tağıyev küçəsində qeydə alınıb. Sürücü Əli Qulu oğlu Quliyev VAZ-2106 markalı avtomobilə idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi divara çırpılıb. Nəticədə sərnişinlər Fuad Əlişa

29 mart
.

Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev "Formula 1" oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur. "Qafqazinfo" Çingiz Mehdiyev və onun cinayəti il

28 mart
.

Dostunun ad günündə dava saldı, həbs olundu

Xətai rayonu, general Şıxlinski küçəsində yerləşən "Səhnə" restoranında keçirilən ad günü mərasimində dava düşüb. Qaynarinfo-nun məlumatına görə, dava müsiqi sifariş vermək üstündə baş verib. Hadisəyə görə 1990-cı ildə Bakı şəhərində anadan Cəfər Cəfərov (ad-soyad şərti) saxlanılıb. Onun barəsind

29 mart
.

Bu klinikanı cərimə gözləyir

"Medicare klinikası" MMC-yə inzibati protokol yazılıb. xəbər verir ki, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 428.5-ci (Müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrind

29 mart
.

Ucarda məktəb binasında yanğın olub

Ucar rayonunun Əlikənd kəndində məktəb binası yanıb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli fəaliyyət göstərməyən orta məktəb binasının bir otağının döşəməsi 3 kvadratmetr sahədə və 1 ədəd taxtada

29 mart