Azərbaycanda Qələbə paradının vaxtı və yeri bilindi
Azərbaycan Silahlı Qüvvələrinin Vətən Müharibəsindəki tarixi qələbəsi münasibətilə Bakıda hərbi parad keçiriləcək.
Hərbi mənbələrdən Modern.az-a verilən məlumata görə, paradın dekabrın 10-da Azadlıq Meydanında keçiriləcəyi planlaşdırılıb.
Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov məsələ ilə bağlı Modern.az-a danışıb.
O, paradın tarixi barədə hələlik məlumatsız olduğunu deyib:
"Hazırda Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti parada hazırlaşır, gündəlik məşqlər gedir. Paradda iştirak edəcək Silahlı Qüvvələrin üzvləri bəllidir. Cənab Ali Baş Komandan hələ Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə Bakıda təntənəli hərbi parad keçirilən zaman qələbə paradının anonsunu vermişdi və bildirmişdi ki, Azadlıq Meydanına qələbə bayrağı gətirəcəyik.
Ona görə də parad mütləq olacaq, amma dəqiq hansı gündə olacaq, bunu rəsmi qurumlar açıqlayacaqlar".
Polkovnik Vətən Müharibəsində Ermənistandan hərbi qənimət kimi ələ keçirilən müxtəlif adda texnikanın hərbi paradda nümayiş olunacağını istisna etməyib:
"Paradda texnika nümayişi olacaq, amma hansı texnikadan neçə ədəd nümayiş etdiriləcək, bunu deyə bilmərəm. Sadəcə, onu deyə bilərəm ki, bu parad möhtəşəmliyi ilə seçiləcək, bu parada çatacaq parad olmayacaq".
Sonxeber.az
Telegramda izləyin
instagramda izləyin
Sosial Baxılıb: 8209 Tarix: 01 dekabr 2020
Şikayətiniz varsa Whatsapp: 055 3906818
Facebookda Paylaş
Unvan.az - elanlar sayti
Bu kəndə köçənlərə illik 8000 avro ödəniləcək
İtaliyada əhalisinin əksəriyyəti yaşlı sakinlərdən ibarət olan, böyük hissəsi boşalmış Santo Stefano - Di Sessanio kəndini xilas etmək üçün yerli hökumət orqanları maraqlı bir addıma imza atıblar.. . Belə ki, şəhər bələdiyyəsi yeni sakinlərə ilk üç il ərzində ildə 8000 avro (15 867 AZN) pul verəcək.
9 yanvarYer üzündə geri dönülməz fəlakətlə bağlı XƏBƏRDARLIQ
Cənubi Koreya, Yaponiya, İsveç, ABŞ və Çindən olan alimlər son 20 ildə Yerdəki quraqlıq və istiliyin miqyasının görünməmiş həddə çatdığını deyirlər.. . "Science" xəbər verir ki, bu artım Şərqi Asiyanın iqlim sisteminə təsir göstərir.. . Mütəxəssislər hesab edirlər ki, bunu təbii dəyişkənlikl
1 dekabr 2020ABŞ-ın lüğət saytı ilin sözünü seçib
ABŞ-ın nüfuzlü lüğət saytı "Merriam-Webster" 2020-ci ilin sözünü seçib. Bu "pandemic" (pandemiya) sözüdür.. . Bu barədə "Meduza" xəbər yayıb.. . Bildirilir ki, "pandemic" lüğət saytında axtarışda olan ən populyar söz olub. Martın 11-də ÜST koronavirus pandemiyasın
1 dekabr 2020COVID-19 xəstələrinə təsir edən infeksiya
COVID-19 bakterial ağırlaşmasına göbələk infeksiyası əlavə edilib.. . "İzvestiya" beynəlxalq tədqiqatçılar qrupunun yayımladığı məqaləyə istinadla xəbər verir ki, intensiv terapiya və reanimasiya şöbələrində olan xəstələrdə göbələk aşkarlanıb.. . Çox vaxt mikozun yaratdığı sətəlcəm immuniteti
1 dekabr 2020Gəmisi batmış şəxs iki gün okeanda köməksiz qaldı - FOTO
62 yaşlı Florida sakini, demək olar ki, tamamilə batmış yaxtasının burun hissəsindən yapışaraq okean sularında sağ qalmağı bacarıb.. . Bu barədə "Daily News" xəbər verir.. . Məlumata görə, Stüart Bi suda iki gün keçirdikdən sonra "Angeles" motorlu gəmisinin heyəti tərəfindən xila
1 dekabr 2020Sosial şəbəkədə məşhurlaşmaq üçün uşağı yandırdılar
Ukraynada bir qrup yeniyetmə sosial şəbəkədə məşhurlaşmaq üçün həmyaşıdlarını yandırıblar.. . Korrespondent.net xəbər verir ki, hadisə Zaparojye vilayətində baş verib.. . Bildirilir ki, yoldaşları on iki yaşlı oğlanın üstünə qaynar maye töküblər və nəticədə uşağın bədəninin 30 faizi yanıb.. . Hazırd
1 dekabr 2020Səhərlər qaçmaq ömrü həqiqətən də uzadırmış - ANBAAN VİDEO
Sosial şəbəkələrdə qəza anı ilə bağlı kadrlar istifadəçiləri heyrətləndirib. Belə ki, səhər idmanı edən kişi qəzadan son anda qurtulub.. . "Life Shot" "Telegram" kanalı bununla bağlı görüntüləri yayımlayıb.. . Bildirilir ki, hadisə Belarusun Bobruysk şəhərində qeydə alınıb..
1 dekabr 2020