Ermənistanda xaos hökm sürür - VİDEO

Ermənistanda xaos hökm sürür - VİDEOErmənistanda baş nazir Nikol Paşinyanın istefasını tələb edən etirazçılar bu gün yenidən Maştoç prospektini bağlayıblar. Aksiya zamanı etirazçılar və polis arasında qarşıdurma yaşanıb.

Sonxeber.az-ın məlumatına görə, aksiya iştirakçıları polis qüvvələrinin sərt müqaviməti ilə üzləşiblər. Polislər narazı kütləni dağıtmaq üçün zorakılığa yol veriblər. Onlarla etirazçı saxlanaraq polis bölmələrinə aparılıb.

Aksiya zamanı hətta media işçiləri də polisin hücumuna məruz qalıblar. Polislər hadisə yerində çəkiliş aparan operatorlardan birini sürüyüblər.

Qarabağ müharibəsində itkin düşən əsgər valideynləri də etiraz aksiyalarına ara vermirlər. Hərbi hissələrdən birinin yaxınlığında toplaşan əsgər valideynləri və onların yaxınları döyüşlərdə itkin düşən əsgərlərin tapılmasını tələb ediblər. Valideynlərdən biri 45 gündür övladından xəbər almadığını və ona heç bir kömək göstərilmədiyini bildirib.

İtkin düşən hərbçilərin axtarılması ilə bağlı aparılan işlərdən narazı qalan valideynlər Ermənistan Müdafiə Nazirliyinin önündə də etiraz aksiyası keçiriblər. Onlar Müdafiə Nazirliyinin binasına daxil olmağa çalışsalar da, polisin müdaxiləsi ilə üzləşiblər.

Baş nazirlə görüşdə aldıqları cavabdan qane olmayan əsgər valideynləri çarəni Müdafiə Nazirliyinə gəlməkdə görsələr də, orda da ümidverici məlumat əldə edə bilməyiblər. Aksiya zamanı valideynlərdən biri Nikol Paşinyana qarşı sərt ifadələr işlədib.

"Baş nazir hardadır? Hökumətdə kimsə yoxdur. Ölü bitlər var. Baş nazir yoxdur. O bizi incitdi. Paşinyanın bizim üçün heç bir dəyəri yoxdur ",- deyə valideyn bildirib.

Hakimiyyətdən narazı kütlənin etirazları "Mənim Addımım" hakim fraksiyasının deputatlarına qarşı da davam edir. Etirazçılar millət vəkilləri Karen Saruxanyan və Ovik Ağazaryanın evləri önündə "siz satqınsınız" kimi şüarlar səsləndiriblər. Etirazçılar Deputat Koryun Mkrtçyanın evi önündə isə "Nikol xaindir", "ölkədə özbaşnalığa son qoyulmalıdır",- deyə qışqırıblar.

Bu arada, Ermənistanda hakim "Mənim Addımım" partiyasının daha bir üzvü istefa verib. Qor Gevorkyan hakim fraksiyadan çıxdığını bildirib. O, bununla bağlı feysbuk səhifəsində paylaşım edərək bundan sonra müstəqil deputat kimi fəaliyyət göstərəcəyini qeyd edib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: /Xezerxeber.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 917   Tarix: 01 dekabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bayden Putini yenə "qəssab" adlandırdı

ABŞ Prezidenti Co Bayden Rusiya lideri Vladimir Putini növbəti dəfə təhqir edərək yenə "qəssab" adlandırıb. "Qafqazinfo" "Kommersant"a istinadən xəbər verir ki, Bayden bu barədə Şimali Karolinada seçicilər qarşısında çıxış edərkən danışıb. O, çıxışında varlı vətəndaşla

27 mart
.

"Paşinyan qərarını bir gecədə dəyişdi"

"KTMT 2021-ci ildə öz müşahidə missiyasını Ermənistana göndərməyi razılaşdırmışdı. Lakin Ermənistanın Baş naziri Nikol Paşinyan bir gün sonra konsensusun olmadığını bildirdi". "Qafqazinfo" xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov "İzvestiya"y

29 mart
.

Bu ölkədə meymunlar şəhəri işğal etdi, əməliyyat keçirildi

Taylandda meymunlar şəhəri "işğal" edib. Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, Taylandın Lopburi şəhərində meymunların yemək axtarmaq üçün şəhərə enməsi xaos yaradıb. Vəziyyət o həddə çatıb ki, meymunlar yemək tapmaq üçün şəhərin mərkəzindəki evlərə, mağazalara girir, bəzən insanları

28 mart
.

Arvadını dəfələrlə bıçaqlayıb, ölməsini gözlədi

Türkiyənin İstanbul şəhərində 24 yaşlı Diləm Gül Karlı boşanmaq qərarına gəldiyi əri tərəfindən küçənin ortasında bıçaqlanıb. xarici mediaya istinadən xəbər verir ki, Şübhəli ər Ferhat Karlı həyat yoldaşının ölümünü gözləyərkən saxlanılıb. Gənc qadın uzaqlaşmaq istəyərkən Ferhat Karlı yanındakı çörə

28 mart
.

Başını qaşıyan sürücü 400 dollar cərimələndi

Hollandiyalı süni intellekt kamerası onu avtomobil idarə edəndə telefonla danışarkən tutduqdan sonra 380 avro cərimələnib. Düzdür, o, sadəcə başını qaşıdığını və sistemin səhv etdiyini iddia edir. -a istinadən xəbər verir ki, keçən ilin noyabrında Tim Hansen bir ay əvvəl maşın sürərkən cib telefonu il

28 mart
.

Kakaonun qiyməti rekord vurdu

Kakao dənələrinin birja qiymətləri ticarət tarixində ilk dəfə olaraq bir ton üçün 10 min dolları ötüb. Gün ərzində Qitələrarası Birjada (ICE) bir ton kakaonun qiyməti 10 080 dollara çatıb. Bu növ məhsulun qiymət artımı illik müqayisədə 134% olub. Mütəxəssislər hesab edirlər ki, qiymət dinamikasını dünyanı

27 mart
.

Həbsdən çıxdı, evə gəlib QƏTLİAM TÖRƏTDİ

Həbsdən çıxan çəxs anasını və bacısı öldürüb intihar etdi. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Narkotik istifadəsi, qəsdən yaralama və oğurluq kimi hadisələrlə 20 cinayət işinin olduğu müəyyən edilən 35 yaşlı şəxsin həbsxanadan məzuniyyətdə buraxıldığı öyrənilib. Həmi

27 mart
.

Middlton təkcə xərçəng xəstəsi deyil: Uels şahzadəsi daha nələri gizlədir?

Son zamanlar ən çox müzakirə edilən mövzulardan biri Keyt Middltonun sağlamlıq vəziyyətidir. xarici mətbuata istinadən xəbər verir ki, üç ay əvvəl ona xərçəng diaqnozu qoyulub. Şahzadə Uilyamın həyat yoldaşı hazırda kimyaterapiya alır. Keyt hansı növ xərçəngə tutulduğunu demir.Ancaq onun gizlətdiyi yegan

27 mart
.

Ronaldo 2,2 milyon dollarlıq fantastik avtomobillə göründü - VİDEO

"Qızıl top"un beşqat qalibi Kriştiano Ronaldo Portuqaliyada yeni "Ferrari" avtomobili – dəyəri 2,2 milyon dollardan çox olan "Daytona SP3" sürərkən görüntülənib. "Ölkə.az" xəbər verir ki, bu maşınlardan cəmi 599 ədəd istehsal edilib. Məlumdur ki, Kriştianodan başq

28 mart