"Təzyiqlərə cəsarətlə sinə gərən Prezident Azərbaycanın haqlı səsini bütün dünyaya çatdırdı" - DEPUTAT

"Təzyiqlərə cəsarətlə sinə gərən Prezident Azərbaycanın haqlı səsini bütün dünyaya çatdırdı" - DEPUTATBu gün Laçın rayonu işğaldan azad olunub. Növbəti mərhələ Xankəndi, Xocalı və Xocavənddə Azərbaycan bayrağının dalğalanmasıdır.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Cavid Osmanov bildirib ki, bu gün tarixi gündür:

"Azərbaycan tarixi günlərini yaşayır. 44 gün davam edən Vətən müharibəsində rəşadətli ordumuz müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Ermənistanı çox böyük itkilərə uğradaraq geri çəkilməyə məcbur edib və 300-dən çox yaşayış məntəqəsini, strateji yüksəklikləri azad etdikdən sonra 8 noyabr Şuşanı və 70-dən çox yaşayış məntəqəsini işğalçıdan təmizləyib.

Bundan sonra düşmən diz çöküb və ağ bayraq qaldıraraq kapitulyasiyaya razılıq verib. Bununla da 10 noyabrda Azərbaycan-Rusiya prezidentlərinin, eləcə də Ermənistan Baş nazirinin imzası ilə 9 bənddən ibarət bəyanat qəbul edilib. Əlbəttə, bu, ilk növbədə Ermənistanın kapitulyasiyası deməkdir.

Bununla da Azərbaycanın tam ərazi bütövlüyü təmin edildi. Beləliklə, işğal altında saxlanılan 20 faiz torpaqlarımız erməni terrorçularından təmizləndi və Ermənistanın "məğlubedilməz ordu" mifi darmadağın edildi".

Deputat qeyd edib ki, cənab Prezidentimizin rəhbərliyi ilə ordumuz və xalqımız tarix yazdı:

"Bu qələbənin müəllifi Ali Baş Komandan, cənab İlham Əliyevdir. Çünki uzun illərdir ki, ordu quruculuğunda və iqtisadi potensialın güclənməsində, vətəndaşlarımızın bu ruhda yetişməsində onun xüsusi rolu var. Məhz buna görə də döyüş meydanında qəhrəmancasına vuruşan rəşadətli ordumuzun oğulları 44 gün ərzində 300-dən çox yaşayış məntəqəsini azad etdi və erməni ordusunu darmadağın etdi.

Bundan əlavə, diplomatiya və informasiya müharibəsində cənab Prezidentimizin qurduğu düzgün strategiya nəticəsində Azərbaycan qalib gəldi. Diplomatiya və informasiya sahəsində uğurlarımız olmasaydı, biz bu müharibənin davamını gətirə bilməzdik. Bütün təzyiqlərə cəsarətlə sinə gərən cənab Prezident Azərbaycanın haqlı səsini bütün dünyaya çatdırdı.

Bilirsiniz ki, müsahibələr zamanı cənab Prezidentə qərəzli suallar da verilirdi. Amma cənab İlham Əliyev hər birinin cavabını layiqincə verdi və həmin jurnalistlərə Ermənistanda baş verənləri faktlarla misal gətirdi. Xalqımızın bir olaraq liderinin ətrafında birləşməsi və inanması bizim qələbəmizin ideologiyası idi. 50+1 siyasi partiyaların bəyanatla ölkə başçısının ətrafında bifrləşməsi, əlbəttə, xalq-iqtidar birliyinin təməli idi".

Deputat vurğulayıb ki, noyabrın 10-da qəbul olunmuş bəyanata görə, 3 rayon - Ağdam, Kəlbəcər və Laçın - heç bir döyüş getmədən Azərbaycana qaytarılmalı idi:

"Nəhayət ki, Azərbaycan ordusu noyabrın 20-də Ağdama, noyabrın 25-də Kəlbəcərə və artıq dekabrın 1-də də Laçın rayonuna daxil oldu. Bu tarixi zəfər günləri münasibəti ilə Ali Baş Komandan, cənab İlham Əliyevə təşəkkür edirəm. Cənab Prezident əsrlər boyu danışılacaq tarixi günləri bizə yaşatdı. Rəşadətli ordumuza və oğullarımıza təşəkkür edirəm ki, düşməni darmadağın edərək diz çökməyə məcbur etdi. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə tezliklə sağalıb evlərinə geri dönməyi diləyirik.

Bu gün bütün dünya azərbaycanlılarının sevinməsində onların rolu çox böyükdür. Biz bu tarixi günləri heç bir zaman unutmayacağıq. Şah İsmayıldan, Nadir Şahın qurduğu imperiyadan sonra torpaqlarımız hər zaman işğal olunurdu. Amma müzəffər Ali Baş Komandan uzun illərdir ki, işğal olunmuş torpaqlarımızı azad etməyi bacardı. Bu günlər Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq. Ərazi bütövlüyümüzün təmin edilməsi qüdrətli Azərbaycanın qurulması üçün vacib amil idi.

Bunu da Ali Baş Komandan Azərbaycan xalqına yaşatdı. Bu gün Laçın Azərbaycana qaytarıldıqdan sonra biz diplomatik mərhələyə qədəm qoyuruq. İnsanlarımızda Xocalı, Xankəndi və Xocavəndlə bağlı müəyyən suallar var. Qeyd edim ki, noyabrın 10-da üçtərəfli bəyanatda ərazi bütövlüyümüz tam təmin edilir. Heç kəsdə şübhə qalmasın ki, Xocalı, Xankəndi və Xocavənd də Azərbaycanındır. Xocalı, Xankəndi və Xocavənddə də Azərbaycanın üçrəngli bayrağı dalğalanacaq, bizim qanunlarımız işləyəcək. 1988-ci ilədək Azərbaycan vətəndaşı olan ermənilər qanunlarımızı qəbul etsələr, burada yaşaya biləcəklər. Əlbəttə, Azərbaycan dünyaya tolerantlıq nümunəsidir. Azərbaycan və erməni icmalarının bir yerdə sülh içində yaşaması təmin ediləcək. Heç kəsdə şübhə olmasın, Azərbaycan öz ərazi bütövlüyünü 10 noyabr bəyanatıyla tam təmin edib. Bir daha xalqımızı və Laçından olan vətəndaşlarımızı təbrik edirəm".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 827   Tarix: 02 dekabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xəzər dənizində suyun səviyyəsi niyə aşağı düşür? - AÇIQLAMA

Bütün dünyada gedən iqlim dəyişmələri ilə bağlı bir çox problemlər Yer kürəsini təhdid edir. Xəzər dənizində də suyun səviyyəsinin getdikcə aşağı düşməsidir. Aparılan tədqiqatlara əsasən, dənizdə suyun səviyyəsinin azalması 2040-cı ilə qədər davam edəcəyi deyilir. Bunun səbəbi nədir. Mövzu ilə bağl

19 aprel
.

Uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq. xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb. Əmrə əsasən, ölkənin bütün şəhər və rayonlarında "İmmunlaşdırma həftəsi" keçiriləcək. 2024-cü il 21–27 aprel tarixlərini əhatə edəcək "İmmunlaşdırma həftəsi"

19 aprel
.

Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. report-a istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikdə əksin

19 aprel
.

Övladını xilas etmək istəyərkən Kürdə batan Zərdab sakini dəfn edildi

Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Vaqif Tahir oğlu Süleymanov dəfn edilib. xəbər verir ki, V.Süleymanov yaşadığı Qoruqbağı kəndində torpağa tapşırılıb. Xatırladaq ki, hadisə aprelin 12-də olub. V.Süleymanov ailəsi ilə birlikdə Kü

19 aprel
.

Teleqramda da stikerlər düzəltmək mümkün olacaq

Teleqram tərtibatçıları messencerə stiker yaratmaq üçün yeni bir özəlliyin əlavə olunduğunu elan ediblər. "Qafqazinfo" xəbər verir ki, artıq hər bir istifadəçi foto və videolarından öz stikerini hazırlaya biləcək. Stikerlər yaratmaq üçün müvafiq bölməyə keçin və " işarəsinin üzərinə klikləyin

19 aprel
.

Bu məhsulları küçədə satanlar 80 manat CƏRİMƏLƏNƏCƏK - VİDEO

Yol kənarlarında və bazarlarda qida məhsullarının satışı aparılır. Bu tendensiyaya son zamanlar daha çox rast gəlinir. Kənd məhsullarının satışında sanitariya və gigiyena qaydalarına çox da diqqət yetirilmir. Bu da həmin qidaları qəbul edən vətəndaşların sağlamlığına mənfi təsir göstərir. xəbər veri

19 aprel
.

Ətin qiyməti niyə günbəgün ARTIR? - Açıqlama

2024-cü ilin yanvar-fevral aylarında quş əti də daxil olmaqla diri çəkidə 89,1 min ton ət istehsal olunub. 2023-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 1,5 faiz azalıb. Azərbaycanda ətin qiyməti niyə bu qədər bahadır?. Mövzu ilə bağlı bağlı iqtisadçı-eskpert Natiq Cəfərli -a açıqlama verib. İqtisadç

19 aprel
.

Növbəti "Əhməd" olayı: 24 yaşlı oğul ailə üzvlərini öldürdü

Sumqayıtda törədilmiş qətl hadisəsi ilə bağlı cinayət işi açılıb. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən "Report"a bildirilib. Qeyd olunub ki, aprelin 19-da Sumqayıt şəhəri ərazisində iki nəfərin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 200-ci il təvəllüdl

19 aprel
.

"Xəzər TV"nin məşhur verilişi bağlanacaq

Xəzər Televiziyası may ayından "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq. Bu barədə -ın sorğusuna cavab olaraq Xəzər TV-dən bildirilib. "Televiziya olaraq artıq bu cür layihələrin dövrünün başa çatdığını düşünürük. Bəli, doğrudan da may ayını

19 aprel