Dilqəmlə Şahbaz koronavirusa yoluxub? - AÇIQLAMA
6 ildir erməni girovluğunda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin COVID-19-a yoluxması ilə bağlı məlumatlar yayılıb.
Məsələ ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Modern.az-a bildirib ki, saxlanılan şəxslərə başçəkmə zamanı onların fiziki durumu barədə məlumatlar ictimaiyyətə açıqlanmır.
Şahbaz Quliyevin qardaşı İlham Quliyev isə Modern.az-a açıqlamasında girovun COVID-19-a yoluxması barədə məlumatları təsdiqləməyib:
"Təxminən 15 gün əvvəl qardaşımdan bizə məktub verdilər. Orada yaxşı olduğunu yazırdı. İki gün əvvəl isə Şahbaza vermək üçün bizdən məktub aldılar. Onların səhhətində dəyişikliklə bağlı "Qızıl Xaç"dan hər hansı məlumat almamışıq. Belə bir şey olsa, hər halda xəbər verərdilər".
Qeyd edək ki, Şahbaz Quliyev və Dilqəm Əsgərov 2014-cü ildən erməni girovluğundadır. Düşmən "məhkəmə"sinin qərarı ilə Ş.Quliyev 22 il, D.Əsgərov isə ömürlük azadlıqdan məhrum edilib. Onlar 2020-ci ilin oktyabrınadək Şuşa qalasında saxlanılıb. Ordumuzun Şuşaya daxil olması ilə girovları Ermənistana köçürüblər.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 1223 Tarix: 03 dekabr 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşTanınmış mədəniyyət xadimləri Şuşada
Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund
18 sentyabr 2021Vətən müharibəsinin 22 iştirakçısı polis oldu
Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua
17 sentyabr 2021Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18 sentyabr 2021Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq
Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu
17 sentyabr 2021Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə
17 sentyabr 2021Bazar gününə olan hava proqnozu AÇIQLANDI
Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
18 sentyabr 2021