SOCAR Dübəndi terminalında saxlanılan işçilərlə bağlı məsələyə aydınlıq gətirib
Dekabrın 1-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Abşeronneft" Neft-Qazma Çıxarma İdarəsinin 8 gündür oteldə karantində saxlanılan 80-a yaxın işçisi Qərbi Abşeron yatağında növbə dəyişməsi üçün Dübəndi terminalına gətiriliblər. Dənizin dalğalı olması səbəbindən növbə dəyişilməyib, gəmi geri qayıdıb.
"Report"un məlumatına görə, gəmi yola düşəndə hava şəraiti pisləşdiyinə görə platformaya yan ala bilməyib və buna görə geri qayıtmağa məcbur olub. İşçilər Dübəndi terminalında gözləmə zalına yerləşdirilib.
Qeyd edək ki, gəminin operatoru "Azərbyacan Xəzər Dəniz Gəmiçiliyi" QSC-dir və gəminin platformaya yan almasının mümkünlüyü ilə bağlı "Azneft" İB deyil, QSC qərar verib.
"Azneft" İB-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, işçilər xüsusi isitmə, istirahət, televizor və s. avadanlıqla təchiz olunmuş gözləmə zalında bir neçə saat gözlədikdən sonra yola düşüblər: "Gözləmə müddətində işçilərin təkrar otellərə qayıtması karantin səbəbindən məqsədəuyğun olmayıb, bir çox işçilər özləri də terminalda gözləmək istədiklərini bildirdilər".
Neftçilərdən əldə etdiyimiz məlumata görə xüsusi təchiz olunmuş gözləmə otaqları BP şirkətindən alınıb və adətən məhz bu məqsəd üçün istifadə olunur.
SOCAR-dan isə bildirilib ki: "Sizdən əvvəl bu məsələ ilə bağlı heç bir media qurumu şirkətin mətbuat xidmətinə müraciət etməyib".



Sonxeber.az
Telegramda izləyin
instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 055 3906818
Facebookda Paylaş
Unvan.az - elanlar sayti
Ermənistanın eks-nazirindən SOS: Aclıq yaxınlaşır
İşğalçı Ermənistan 44 günlük müharibədən təkcə böyük maddi və canlı itkilərlə çıxmadı, eyni zamanda, on illərlə torpaqlarımızın qanunsuz istismarından əldə elədiyi gəlirlərlə (buna görə təbii ki, nə vaxtsa Azərbaycana böyük təzminat ödəməli olacaq!) varlanmaq, kasad büdcəsini doldurmaq imkanlardan məhru
29 noyabr 2020Azərbaycan xurması Slovakiya və Çexiyaya ixrac ediləcək
Azərbaycan xurması Slovakiya və Çexiya bazarlarına ixrac ediləcək.. . Sonxeber.az xeber verir ki, bunu Trend-ə Azərbaycan Xurma İstehsalçıları və İxracatçları Assosiyasının rəhbəri Qədir Yusifov deyib.. . O bildirib ki, 2020-ci ilin ilk 10 ayı ərzində Azərbaycan 35 milyon dollar məbləğində təzə xurm
28 noyabr 2020Azərbaycanda koronavirusa görə iş saatları azaldılır?-AÇIQLAMA
Son günlər Azərbaycanda koronavirusa yoluxma rekord həddə çatıb. Yoluxmaların artması ölüm sayının da çoxalmasına səbəb olur. Əsas yoluxma mənbəsi isə ictimai nəqiliyyat hesab olunur. Avtobuslarda sıxlığın aradan qaldırılması üçün iş saatları azaldılır?. . Bununla bağlı Sonxeber.az-a danışan professo
24 noyabr 2020Polietilen torbalar və plastik stəkanların satışı qadağan ediləcək
Bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin növbəti iclası keçirilib.. . Sonxeber.az "Report"a istinadən xəbər verir ki, iclası açan komitə sədri Sadiq Qurbanov tədbir iştirakçılarını torpaqlarımızın işğaldan azad edilməsi münasibəti ilə təbrik edib.. . O bildiri
17 noyabr 2020Türkiyə ilə Azərbaycan arasında memorandum imzalandı
Ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Səhiyyə Nazirliyinin nümayəndə heyəti ilə TƏBİB arasında qarşılıqlı çoxistiqamətli əməkdaşlıq çərçivəsində müzakirələr aparılıb.. . Sonxeber.az bildirir ki, TƏBİB-dən Trend-ə verilən məlumata görə, görüş zamanı Türkiyə Respublikası hökuməti ilə Azərbaycan Respublikas
17 noyabr 2020TAP-ın kommersiya istismarı başlayıb
Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəmərinin (TAP) kommersiya istismarı başlayıb.. . Sonxeber.az bildirir ki, Trend bu barədə TAP AG konsorsiumuna istinadən məlumat verir.. . Qeyd edək ki, dəyəri 4,5 milyard avro olan TAP "Cənub Qaz Dəhlizi" layihəsinin tərki
15 noyabr 2020Asiyada dünyanın ən böyük sərbəst ticarət zonası quruldu
Asiyada Çin, Avstraliya, Yaponiya və Asiya-Sakit okean regionunun digər 12 ölkəsi dünyanın ən böyük sərbəst ticarət zonasını yaradıb.. . "Reuters" xəbər verir ki, saziş Cənub-Şərqi Asiya Millətləri Assosiasiyasının (ASEAN) onlayn sammiti çərçivəsində Çin və Yaponiya daxil olmaqla, Asiya-Saki
15 noyabr 2020