Fransada onlarla məscid istintaqa cəlb ediləcək
Fransa dini ekstremizmin artan təhlükəsi ilə mübarizə çərçivəsində dini ideologiyanın "qızışdırılmasında" şübhəli bilinən onlarla məscidin fəaliyyətinin araşdırılmasına başlayacaq.
"Report" xəbər verir ki, bu barədə Daxili işlər naziri Cerald Darmanin bildirib.
Darmanin iddia edib ki, ölkədəki 2 600-dən çox məscidin 76-ı Fransanın respublika dəyərlərinə və onun təhlükəsizliyinə mümkün təhlükə kimi qeydə alınıb. Onun sözlərinə görə, əgər şübhələr təsdiqlənsə, məscidlər bağlanacaq.
Müstəntiqlər şübhəli hesab etdikləri məscidlərin maliyyələşdirilməsi və imamların həyatının araşdırılması ilə məşğul olacaqlar.
Qeyd edək ki, dekabrın 2-də Fransada naməlum şəxslər Parisin yaxınlığında yerləşən Breteni-syur-Orj (Eson departamenti) şəhərindəki məscidi təhqir ediblər. Cinayətkarlar səhər tezdən avtomobillə əraziyə gələrək məscidin qapısını sındırıblar. Onlar məscidin içinə, xüsusən ibdət zalına odsöndürən məhlulu töküblər.
AFP Daxili İşlər Nazirliyinin məlumatına istinadən xatırladıb ki, Fransada 2019-cu ildə müsəlmanlara və onların dini mərkəzlərinə qarşı yönəldilmiş aksiyalar 54 faiz artıb.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 618 Tarix: 04 dekabr 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşNazirdən Nəzrinlə Mərdana hədiyyə
Gənclər və İdman Naziri Fərid Qayıbov ötən gün toyu olan müğənni Mərdan Kazımov və influenser Nəzrin Nəcəfovaya hədiyyə yollayıb. Bununla bağlı Mərdan paylaşım edib. "Nazirimiz Fərid Qayıbov da bizi toy günü unutmadı. Təşəkkür edirik", - deyə, Kazımov bildirib. OLAY-ın əldə etdiyi məlumat
23 aprel4 gün əvvəl itkin düşən qadının meyiti çaydan tapıldı
Aprelin 19-da Şəkinin Cumakənd kəndində itkin düşən qadının meyiti tapılıb. Bu barədə -a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, Şəki rayon sakini, 64 yaşlı Çimnaz Mikayılovanın meyiti çayda aşkarlanıb. Polis, eləcə də digər aidiyyəti qurumların əməkdaşları əraziy
23 aprelEfirdə gərgin anlar: Lalə o qadını studiyadan QOVDU - VİDEO
Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində növbəti dəfə gərgin anlar yaşanıb. Ölkə.Az xəbər verir ki, efirə üz tutan şikayətçinin yalan danışdığı deyilib. Ekspertlər bununla bağlı onu qınayıb. Verilişin aparıcısı Lalə Azərtaş həmin qadına qapını göstərərək studiyanı təkr etməsini tələ
24 aprelFinal" çayın dəstəyi ilə tanınmış aparıcı Çində
"Final" çay markasının dəstəyi ilə tanınmış aparıcı Fərid Rəsul çayın vətəni sayılan Çinə səfər edib. "Klassika ilə dünyaya sarı" şüarı altında aparıcı Gürcüstan, Türkiyə, Bolqarıstan, Serbiya, Xorvatiya, Sloveniya, İtaliya ölkələrini gəzib, son ziyarət etdiyi ölkə isə Finlandiy
24 aprel"Bu, hərbi insident risklərini artırır"
"NATO-nun Rusiya sərhədlərində həyata keçirdiyi təlimlər mümkün hərbi insident risklərini artırır". "Qafqazinfo" xəbər verir ki, bunu "RİA Novosti"yə açıqlamasında Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova deyib. Zaxarova alyansın aprelin 26-da Finlandiyada keçirməyi planlaşdırdığ
24 aprelBakıda avtomobil mopedlə toqquşdu, ölən var
Bakıda avtomobillə moped toqquşub. xəbər verir ki, hadisə Nəsimi rayonu, Azadlıq prospektində qeydə alınıb. Orxan Əlizadənin idarə etdiyi "Mitsubishi L 200" markalı avtomobillə Rəşad Hüseynovun idarə etdiyi moped toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilən moped sürücüsü orada ölüb
24 aprelBakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
Bakı şəhərində bir çox restoranlar var ki, onların havaya buraxdıqları tüstü ətrafdakı insanları narahat edir. Məsələ ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Qafar Ağayev -ə bildirib ki, aparılan monitorinq və ölçmə işləri zamanı atmosfer havasına atılan zərərli maddələrin miqdarını
24 aprel