Vaksinlə bağlı sensasiyalı iddia: "Maska taxmasan..." - Türk professor

Vaksinlə bağlı sensasiyalı iddia: "Maska taxmasan..." - Türk professor"COVID-19 epidemiyası başlayanda dünya ilk 1 milyon yoluxmaya 3 ayda çatdı, indi 1 milyon yoluxmaya 2 günün içində çatmaq olur. Bu, vəziyyətin ciddiliyini göstərir".

Sonxeber.az teleqraf.com-a istinadən xəbər verir ki, bunu Türkiyənin Medipol Universiteti Tibb Fakültəsinin müəllimi, professor Rəcəb Öztürk deyib.

Professor hesab edir ki, 2021-ci ilin əvvəllərində istifadəsi gözlənilən peyvəndlər pandemiyanın qarşısının alınmasına müsbət töhfə verəcək:

"COVID-19 pandemiyası bu şiddətlə 4-5 ay davam edəcək. Epidemiyanın 2021-ci ildə davam edəcəyi barədə fikirlər də var. Hətta 2022-ci ilin ilk aylarında da təsirini davam etdirəcəyi düşünülür. Bunu nəzərə alaraq diaqnoz, profilaktika və müalicə xidmətlərini inteqrasiya olunmuş şəkildə idarə eləməli, epidemiyaya qarşı mübarizəni məlumatlara əsaslanan qərarlarla davam etdirməliyik ".

Rəcəb Öztürk dekabr ayında Türkiyədə tətbiq olunacaq Çin peyvəndinə də toxunub: "Təqdim ediləcək vaksinin effektivliyi sübut olunmuş, istifadəsi zamanı ciddi yan təsirləri olmayan etibarlı bir peyvənddir. Müvafiq peyvənd dövlət tərəfindən pulsuz təmin ediləcək".

Öztürk Türkiyə istehsalı olan peyvənd işləri barədə ümidverici danışıb: "Milli peyvəndin 1-ci fazada klinik tədqiqat müddəti tamamlanıb. Bu kontekstdə digər peyvəndlərin mövcudluğu yaxın və orta gələcək üçün epidemiyaya qarşı mübarizədə ümid vəd edir. Peyvəndlər tərəfindən verilən toxunulmazlığın nə qədər davam edəcəyi və vaksinin sonrakı dövrlərdə nə zaman təkrarlanacağı kimi məsələlər hələ müəyyənləşdirilməyib.

Qeyd etmək lazımdır ki, peyvənd olunanlar, xəstəliyi keçirmiş şəxslərin etdiyi kimi əsas qoruma tədbirlərinə davam etməlidirlər. Peyvənd vurulsa da qaydalara əməl etməli olacağıq. Vaksin bizi maskadan, fiziki məsafədən qurtara bilməz. Bu, sadəcə ağır xəstə olmağımızın qarşısını alacaq. Əks təqdirdə, mikrobu yaymağımıza maneə ola bilməz".

Hacettepe Universiteti Tibb Fakültəsi Uşaq Yoluxucu Xəstəlikləri kafedrasının professoru Mehmet Ceyhan isə Türkiyədə Çin peyvəndinin məcburi olmayacağını bildirib: "Hamımız Səhiyyə Nazirliyi tərəfindən gətirilən peyvəndi bacardığımız qədər vurdurmalıyıq. Mövcud nəqliyyat və saxlama sisteminə uyğun olan yeganə peyvənd Çində istehsal olunan vaksindir.

Çin peyvəndin effektivliyini dekabr ayında elan edəcək. Neçə faiz qoruduğuna dair hələlik məlumat yoxdur. Peyvənd vurdurdum, maskanı çıxarmaq kimi bir fikir olmamalıdır. Bunun reallaşması üçün 100 faiz təsirli bir peyvəndə ehtiyacımız var, bu da hələ tapılmayıb".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1909   Tarix: 04 dekabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR - VİDEO

"Zəngilanda çox böyük işlər görülür, yaşayış evlərinin tikintisi həyata keçirilir. Artıq 13 binadan ibarət kompleks inşa edilir". Bizim.Media xəbər verir ki, bu barədə Laçında keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" beynəlxalq forumda iştirak edən Cəbrayıl, Qubadlı və Zəngila

24 aprel
.

Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında

Tanınmış modeli döyməkdə təqsirləndirilən Ziya Hüseynzadənin digər cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, ifadəsi zamanı iş üzrə zərərçəkmi

24 aprel
.

Azərbaycanda vəkillərin sayı açıqlanıb

"2018-ci ildən indiyədək ARVK üzvlüyünə qəbulla bağlı 12 yazılı test imtahanı keçirilib. Bu imtahanlarda iştirak edən 4808 namizəddən 1483 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib". Bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağıro

25 aprel
.

Kreml NATO-ya xəbərdarlıq edib:Rusiya növbəti müharibəyə BAŞLAYIR? - ŞƏRH

Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Baş verənlər

25 aprel
.

"Rəsmi nikah ancaq uşağın məktəbə və bağçaya qeydiyyatı aparılan zaman yada düşür" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb. 2016-cı ildən bəri rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 200 minə yaxındır.Ümumi statistikaya baxsaq, vətəndaş nikahların

25 aprel
.

Final" çayın dəstəyi ilə tanınmış aparıcı Çində

"Final" çay markasının dəstəyi ilə tanınmış aparıcı Fərid Rəsul çayın vətəni sayılan Çinə səfər edib. "Klassika ilə dünyaya sarı" şüarı altında aparıcı Gürcüstan, Türkiyə, Bolqarıstan, Serbiya, Xorvatiya, Sloveniya, İtaliya ölkələrini gəzib, son ziyarət etdiyi ölkə isə Finlandiy

24 aprel
.

Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir

Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir. xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib. Onun sözlərinə görə, bu proses sentyabrın 1-dək davam edəcək. Xidmət rəsmis

25 aprel
.

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

"Böyük Qayıdış" proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndirilir. xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə məlumatında bildirilir. Bildirilir ki

25 aprel
.

Xalq artisti: "Anam məni dünyaya gətirmək istəmirmiş" - VİDEO

"Arzuolunmaz övlad olmuşam, anam məni dünyaya gətirmək istəmirdi". Bu fikirləri Xalq artisti Məleykə Əsədova ATV-də yayımlanan "Günaylı Gün" verilişində səsləndirib. O bildirib ki, özündən böyük iki bacısı var:. "Anam həkim idi, qızı olacağını bilirdi, lakin oğlan istəyirdilər"

24 aprel