Qiyməti baha, effektivliyi təsdiq olunmayan "Koronavirus dərmanı"

Qiyməti baha, effektivliyi təsdiq olunmayan "Koronavirus dərmanı""Favipiravir" adlı dərmanı 750 manata satırlar".

Sonxeber.az-ın Sağlamolun.az-a istinadən məlumatına görə, bunu iqtisadçı alim Qubad İbadoğlu koronaviruslu xəstələrin müalicəsində istifadə olunan dərman preparatlarının çatışmazlığından danışarkən deyib.

Onun sözlərinə görə, pandemiya ilə mübarizədə istifadə olunan dərmanların bəzilərini qara bazarda tapmaq olur:

"Dərman çatışmazlığından, qara bazarda dərman satışlarından məlumatlar gəlir. Belə məlumatları nə ikinci, nə üçüncü deyil, elə birinci şəxslərdən alıram. "Favipiravir" adlı dərmanı 750 manata satırlar".

Favipiravir və favipiravir tərkibli dərmanlar hələ koronavirusun birinci "dalğa"sı zamanı istifadə olunurdu. Bir çox ölkənin alimləri bu preparatların koronavirusa qarşı effektli olmadığını bəyan ediblər. Belə ki, "Kiodo" agentliyinin məlumatına görə, "Favipiravir" preparatının koronavirusun müalicəsində effektiv olmadığı Yaponiyada aparılmış klinik sınaqlar nəticəsində məlum olub.

Ümumiyyətlə insanlar bilməlidir ki, hazırda koronavirusu məhv edən effektivliyi tam sübut olunmuş antiviral (virus əleyhinə) preparat yoxdur. Əgər belə preparat olsaydı bunu Ümumdünya Səhiyyə Təşkilatı bəyan edib bu dərmanı koronavirusun müalicəsi zamanı istifadə etməyi tövsiyə edərdi. Lakin ÜST əksinə daim qeyd edir ki, hazırda koronavirusa qarşı heç bir effektli dərman mövcud deyil. Koronavirusun müalicəsində istifadə olunan preparatlar isə əslində koronavirusla deyil, onun ağırlaşmaları ilə (tromblaşma və s.) mübarizə aparır.

Beləliklə, hal hazırda nə favipiravir, nə də hər hansı digər preparatın koronavirusa qarşı effektivliyi sübut olunmayıb.

Yadınızdadırsa, koronavirusun 1-ci dalğası zamanı "arbidol" ətrafında da belə ajiotaj yaranmışdı – apteklərdə tapılmırdı, "qara bazarda" 1 qutusu 100-150 manata satılırdı (öz qiyməti 6-7 manatdır). Noldu arbidol? "Aşkar olunub" ki, koronavirusa qarşı, sən demə, effektli deyil.

Şübhəsiz ki, favipiraviri də eyni tale gözləyir. Bir müddətdən sonra "aşkar olunacaq" ki, o, koronavirusu müalicə etmir. Lakin o vaxta qədər kim isə çox yaxşı qazanacaq...

Aldanmayın və effektivliyi sübut olunmamış dərmanları alıb həm orqanizminizə, həm də cibinizə ziyan vurmayın.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 4081   Tarix: 05 dekabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Yoluxucu xəstəliklərdən qorunmaq üçün belə qidalanın

Payızda immuniteti yaxşılaşdırmaq və bədəni gücləndirmək üçün sitrus meyvələrindən istifadə etmək məsləhət görülür, çünki tərkibində olan efir yağları əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, faydalı yağlar unudulmamalıdır, onları qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqdan əldə etmək olar. -

13 sentyabr 2021
.

Bütün xəstəliklərin çarəsi - Məşhur professorun resepti

Məşhur rusiyalı həkim, sovet dövründə 30 il ərzində kosmonavtların sağlamlığına nəzarət edən professor İvan Neumıvakin qeyri-adi müalicə metodikaları ilə tanınır. -a istinadən bildirir ki, professorun fikrinə görə, xəstəliklərin əksəriyyətinin səbəbi orqanizmin Ph balansının pozulmasıdır. Müasir insanları

9 sentyabr 2021
.

Qızdırma, baş ağrıları, ishal... - COVID-19, yoxsa mövsümi qrip? - VİDEO

Qarşıdan payız gəlir. Mövsüm dəyişikliyi zamanı adət etdiyimiz kimi qrip və respirator xəstəliklər yayılıb. xəbər verir ki, koronavirus kimi eyni əlamətlər mövsümi xəstəliklərdə də özünü göstərir. Hazırda uşaqlar arasında da virusun yayılması müşahidə olunur. Bəs onları necə fərqləndirməli və hər ik

9 sentyabr 2021
.

Evdə dəfnə yarpağı yandırmağın - FAYDALARI

Roma, yunan təbiblərinin və sərkərdələrinin sevimli ağacı dəfnənin barəsində hələ sovet dövrünün qəzetlərində möcüzəvi təsir etməsi barədə yazılırdı. evdə dəfnə yarpaqları yandırmağın psixoloiji və fiziki bədənə faydalarını təqdim edir:. - İltihabəleyhinə. - Mikrob, bakteriya əleyhinə. - Yarasağaldıcı

16 sentyabr 2021
.

Zəncəfil və sarıkökün bilinməyən zərərləri

Mütəxəssislər xüsusən də qış aylarında mikrob və viruslardan qorunmaq üçün daha çox çay dəmlənmələrində istifadə edilən zəncəfil və xörəklərə xüsusi təam verən sarıkökün zərərlərindən danışıblar. -ın Sputnik Azərbaycan-a istinadən xəbərinə görə, bu haqda ürək-damar cərrahları xəstələrə xəbərdarlıq edib

14 sentyabr 2021
.

Yuxusuzluq bu ağır pozulmaların riskini artırır

European Journal of Preventive Cardiology jurnalında dərc olunmuş araşdırmada göstərilib ki, yuxusuzluq ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı, infarkt və insultun riskini xeyli artırır. Yuxusuzluq metabolik proseslərə və endokrin sisteminin fəaliyyətinə təsir edir, simpatik sinir sistemini aktivləşdirir

15 sentyabr 2021
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

15 sentyabr 2021
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -ya istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

12 sentyabr 2021
.

Beyin üçün zərərli qidalar açıqlandı

Düzgün qidalanmamaq beyində iltihabı proseslərə, yaddaş pozulmasına və digər əqli problemlərə gətirib çıxara bilər. Buna yol verməmək üçün, ilk növbədə şəkər tərkibli məhsulların istifadəsini azaltmaq vacibdir. Lakin şəkərdən imtina etmək də olmaz. Belə ki, bu, əqli imkanların zəifləməsi və hətta qısamüddətl

17 sentyabr 2021