Makron: Polislərin üzərinə kamera quraşdırılacaq

Makron: Polislərin üzərinə kamera quraşdırılacaqFransa Prezidenti Emmanuel Makron ölkə gündəmi ilə əlaqədar açıqlamalar verib.

Sonxeber.az Teleqraf.com-a istinadən xəbər verir ki, Parisin "Respublika" Meydanında sığınacaq quran miqrantların evakuasiya edilməsini doğru addım hesab edən Makron evakuasiya edildikdən sonra onların sığınacaqlara yerləşdirildiyini söyləyib.

Evakuasiya zamanı polis zorakılığını "səhv" adlandıran Makron bunun əsaslandırılmayacağını bildirib: "Zorakılığa əl atan polislər var. Onların cəzalandırılması lazımdır. Fransada da cəmiyyətdə zorakılıq və irqçilik var. Bu bir həqiqətdir".

İyun ayından etibarən xidmət müddətində polislərin üzərində kameralar quraşdırılacağını vurğulayan Makron ayrı-seçkiliyə məruz qalan insanların şikayət edə bilməsi üçün gələn aydan etibarən müvafiq platforma yaradılacağını deyib.

Fransa prezidenti ayrı-seçkiliyə qarşı mübarizə öhdəliklərini yerinə yetirmədiyini də etiraf edib: "Düzdür, dərisi ağ olmayan insanlar daha çox nəzarətdədirlər (polis tərəfindən)".

O, polisin Parisdə afrikalı musiqi prodüserinə qarşı şiddət tətbiq etməsinin qəbuledilməz olduğunu vurğulayıb.

Emmanuel Makron ölkədəki "İslamçı ideologiya" ilə mübarizə aparmaq istədiyi iddiasını müdafiə edib: "Amma Fransanın İslamla heç bir problemi yoxdur. Fransanın İslamla uzun bir əlaqəsi var. Quranı tərcümə edən ilk ölkələrdən biri bizik".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 894   Tarix: 05 dekabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Putinin adına rayon salınır

Rusiya Prezidenti Vladimir Putinin adını daşıyacaq rayon salınır. "Qafqazinfo" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Bildirilib ki, rayonun Çeçenistanın paytaxtı Qroznıda salınması planlaşdırılır. Bildirilib ki, bununla bağlı 35 min yerli sakin arasında sorğu keçirilib. Yeku

17 aprel
.

Rəisi Putinə zəng etdi

Rusiya və İran Prezidentləri Vladimir Putinlə İbrahim Rəisi arasında telefon danışığı baş tutub. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Kreml yayıb. Bildirilir ki, söhbət İran tərəfinin təşəbbüsü əsasında aparılıb. Putinlə Rəisi Yaxın Şərqdəki hazırkı vəziyyəti müzakirə ediblər

16 aprel
.

Britaniyada 2009-cu ildən sonra doğulanlara siqaret satışı ömürlük qadağan edildi

İngiltərədə yeni nəslin ömürlük siqaretə çıxışını qadağan edən qanun layihəsi parlamentdə təsdiqlənib. xarici mediaya istinadən xəbər verir ki, "siqaretsiz nəsil" yaradılması təşəbbüsü çərçivəsində 2009-cu il yanvarın 1-dən sonra doğulanlara siqaret satışı qadağan edilib. Çərşənbə axşamı təsdiqlənə

17 aprel
.

Ukraynada səfərbərlik gücləndirilir

Ukrayna Prezidenti Volodimir Zelenski yüz minlərlə ukraynalının silahlı qüvvələrə çağırılmasına imkan verəcək səfərbərliyin sərtləşdirilməsi haqqında qanunu imzalayıb. Qanunda olan normaların bəziləri dərc edildikdən dərhal sonra, böyük hissəsi isə bir aydan sonra qüvvəyə minəcək. Xatırladaq ki, Ukrayn

16 aprel
.

Dubayda qızıldan hazırlanan alt paltarları satışa çıxarıldı - VİDEO

Sosial şəbəkədə yayılan video insanların marağına səbəb olub. Dubayda qızıldan hazırlanan alt paltarları satışa çıxarılıb. Bildirilir ki, 750 qram qızıl istifadə edilərək hazırlanan iç geyiminin dizaynı türk zərgərlərinə məxsusdur. Həmin paylaşımı təqdim edirik:

15 aprel
.

Keşiş kilsədə xütbə oxuyarkən bıçaqlandı - ANBAAN VİDEO

Avstraliyanın Sidney şəhərinin ətrafındakı kilsələrdən birində silahlı insident baş verib. xəbər verir ki, kilsəyə bıçaqla daxil olan gənclərdən biri əvvəlcə keşişə, daha sonra bir neçə kilsə üzvünə hücum edib. Hadisə Vakeley ştatındakı kilsədə qeydə alınıb. Qurban yepiskop Mari Emmanuel olub. Qeyd edə

15 aprel
.

Körpə övladını acından öldürən bloqerə hökm oxunub

Rusiyanın Soçi şəhərinin Lazarev Rayon Məhkəməsi tanınmış rusiyalı bloqer Maksim Lyutıya səkkiz il iş kəsib. Qeyd olunub ki, internetdə qida pəhrizini fəal şəkildə təbliğ edən bloqerin 2023-cü ilin fevralında oğlan uşağı dünyaya gəlib. Bloqer heç vaxt körpəni qeydiyyat şöbəsində və ya uşaq klinikasınd

16 aprel
.

Ölümündən 2 gün əvvəl II Yelizaveta baş nazirə nə məsləhət verib?

Böyük Britaniyanın keçmiş baş naziri Truss ölümündən iki gün əvvəl II Yelizaveta ilə danışıb. -ın xarici mediaya istinadən xəbərinə görə, Liz Truss mərhum kraliça II Yelizavetanın ona məsləhət verdiyini deyib. Siyasətçi etiraf edib ki, o, monarxın sözlərinə qulaq asmadığına görə təəssüflənir. Monar

15 aprel
.

Ögey övladlarını ac saxlayıb hər gün döydü

Rusiyanın Petropavlovsk-Kamçatski şəhər sakini yetkinlik yaşına çatmayan ögey övladlarına işgəncə verib. yerli mediaya istinadla bildirir ki, istintaqın məlumatına görə, Petropavlovsk-Kamçatski şəhərinin 44 yaşlı sakini 9 və 10 yaşlı iki oğlunu böyüdən qadınla yaşayıb. Ata mütəmadi olaraq ögey övladların

17 aprel