Onlarla əsgərini mühasirədən çıxararaq son gülləsini sinəsinə sıxan şəhid mayor - FOTO

Onlarla əsgərini mühasirədən çıxararaq son gülləsini sinəsinə sıxan şəhid mayor - FOTOTorpaqlarımızın suverenliyi uğrunda canından keçən qəhrəman oğullarımızdan biri də Sabirabaddan olan mayor Anar Məmmədovdur.

"Report"un Aran bürosu xəbər verir ki, Məmmədov Anar Elşad oğlu 1986-cı ilin 2 mayında Sabirabadda dünyaya göz açıb. Orta məktəbdə əla qiymətlərlə oxuyan Anarın uşaqlıq arzusu zabit olmaq idi. Elə bu arzusunun ardınca da ali hərbi təhsil alaraq zabit olub və mayor rütbəsinədək yüksəlib. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən qızğın döyüşlərdə iştirak edərək, bir sıra şücaətlər göstərib. Gözünü belə qırpmadan son damla qanına kimi döyüşüb və qəhrəmanlıqla ən ali mərtəbəyə - şəhidlik zirvəsinə ucalıb.

Şəhidin həyat yoldaşı Nəzirə Məmmədova bildirib ki, A.Məmmədov övladlarına daim vətənpərvərlik ruhu aşılayırdı: "Evdə söhbət ancaq Qarabağdan gedirdi. O, övladlarına da Vətən sevgisi aşılayırdı. Həmişə onlara deyirdi ki, Vətəni sevmək, Vətənçün ölmək lazımdır. Çox şərəfli zabit idi. İşini sevən və işinin peşəkarı idi. Başqa cür ölüm yaraşmazdı Anara. Anar şəhid olmalıydı".

Döyüş zamanı yaralanan zabitimiz müalicədən imtina edib. Bir az özünə gələn kimi yenidən səngərə, əsgərlərinin yanına qayıdıb.

"Qospitalda cəmi bir gün qalıb. Həkimlər dəfələrlə ona deyiblər ki, sən qalmalısan, vəziyyətin yaxşı deyil. Lakin Anar öz ərizəsi ilə qalmaqdan imtina edib. Deyib ki, "balalarım" məni gözləyir. O, balalarım deyəndə əsgərlərin nəzərdə tuturdu. Əsgərlərinə çox qayğı göstərirdi", - deyə Nəzirə Məmmədova vurğulayıb.

Şəhidin həyat yoldaşı qeyd edib ki, Anarı döyüşlərə aparan vətən sevgisi idi. Əsgərlərinə daim qayğı ilə yanaşan zabitimiz son döyüşündə onları mühasirədən çıxarıb, həyatlarını xilas edib. Onların həyatını xilas etmək üçün öz canından keçib. Və bununla da əsl şərəf salnaməsinə qanı ilə imza atıb.

Nəzirə Məmmədova: "Anar öz sinəsini qabağa verərək 26 əsgərini mühasirədən çıxarıb. Gülləsi qurtarıb və sonuncu gülləsini özünə sıxıb. Özünü sonuncu gülləsi ilə vurub".

Şəhid övladı olan Nəzirə xanım deyir ki, atası ilə necə fəxr edirdisə, həyat yoldaşı ilə də o qədər qürur duyur. Orta məktəbdə ingilis dilini tədris edən N.Məmmədovanın atası Heydər Həmidov birinci Qarabağ müharibəsində şəhid olub və hazırda rayonda onun adını daşıyan guşə mövcuddur.

"Anar yerimi, göyümü yandırdı. Amma mən fəxr edirəm. Hər zaman atamla necə fəxr edirdimsə, həyat yoldaşımla da o hissi yaşayıram, - Nəzirə Məmmədova əlavə edib.

Anar Məmmədovun qızı Zeynəb Məmmədli deyir ki, əvvəllər də atasının hərbçi olması ilə qürur duyub: "İndi daha çox fəxr edirəm. O, mənimçün dünyada ən yaxşı ata olub. Özümə söz vermişəm ki, heç vaxt ağlamayacam. Ağlasam da, bunu heç kim görməyəcək. Çünki mən qəhrəman qızıyam".

Mayor Anar Məmmədov öz qəhrəmanlığı ilə şəhidlik zirvəsinə ucaldı. Ondan geriyə isə 2 qız övladı qaldı: 11 yaşlı Zeynəb və 4 yaşlı İmanə.

Allahdan bütün şəhidlərimizin ruhuna rəhmət, qazilərimizə şəfa diləyirik. Vətən sağ olsun!
Onlarla əsgərini mühasirədən çıxararaq son gülləsini sinəsinə sıxan şəhid mayor - FOTOOnlarla əsgərini mühasirədən çıxararaq son gülləsini sinəsinə sıxan şəhid mayor - FOTOOnlarla əsgərini mühasirədən çıxararaq son gülləsini sinəsinə sıxan şəhid mayor - FOTOOnlarla əsgərini mühasirədən çıxararaq son gülləsini sinəsinə sıxan şəhid mayor - FOTOOnlarla əsgərini mühasirədən çıxararaq son gülləsini sinəsinə sıxan şəhid mayor - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 2433   Tarix: 06 dekabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Cəbrayılda daha bir erməni hərbçisinin meyitinin qalıqları tapıldı

44 günlük müharibə zamanı itkin düşmüş daha bir erməni hərbçinin meyitinin qalıqları tapılıb. erməni KİV-ə istinadən xəbər verir ki, hərbi qulluqçuların meyitinin qalıqları Cəbrayılda aşkarlanıb. Meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib. Bununla d

11 sentyabr 2021
.

Müdafiə Nazirliyi: Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Avqustun 1-i saat 03.45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəş

1 avqust 2021
.

Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub - RƏSMİ

Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Aslanov Şamil Mais oğlu ilkin ehtimala görə silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində həlak olub. Bu barədə -a Müdafiə Nazirliyindən məlumat verilib. Faktla bağlı araşdırma aparılır

31 iyul 2021
.

Ermənistan daha səkkiz hərbçisinin qalıqlarının tapıldığını açıqladı

Ermənistan tərəfi Qarabağda aparılan axtarışlar zamanı daha səkkiz hərbçisinin qalıqlarının tapıldığını açıqlayıb. xəbərverir ki, bu barədə saytı yazıb. Erməni hərbçilərin qalıqları Azərbaycanın işğaldan azad olunan Hadrut qəsəbəsi ərazisində tapılıb

12 iyun 2021
.

"Haber Global": Zəhranın qanı yerdə qalmadı – VİDEO

Türkiyənin "Haber Global" televiziya kanalı erməni hücumu nəticəsində 2017-ci ildə qətl edilən balaca Zəhranın xatirəsinə həsr olunmuş süjet hazırlayıb. Süjetdə indiyədək məhfur düşmən tərəfindən çox sayda azyaşlı azərbaycanlının öldürüldüyü diqqətə çatdırılır. Qeyd olunur ki, son nəticəd

4 iyul 2021
.

Azərbaycan əsgərləri erməni hərbçilərini sərhəddən qovdu - VİDEO

Azərbaycan Ordusunun hərbçiləri Azərbaycan - Ermənistan sərhədində təxribat törətmək istəyən bir qrup düşmən əsgərini ərazimizdən qovub. xəbər verir ki, bununla bağlı növbəti görüntülər sosial şəbəkələrdə yayılıb. Videoda təxribat törətməyə cəhd edən erməni hərbçiləri Azərbaycan Ordusunun əsgərləri tərəfində

26 iyun 2021
.

Ermənistan silahlı qüvvələri Tovuz rayonu istiqamətində mövqelərimizi atəşə tutub - MN

İyunun 27-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonunun Kolagir kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Qaralar kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Müdafiə Nazirliyindən -a verilən məlumata görə

27 iyun 2021
.

Ağdam əməliyyatının DETALLARI: "Oradan bir nəfər də salamat çıxmayacaqdı"

"Erməni silahlı qüvvələri, Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanın hücumunu Ağdam istiqamətindən gözləyirdi. Bütün güclərini Ağdam ətrafında müdafiənin təşkilinə sərf etmişdilər. Minalardan da başqa çox böyük əsgəri gücü orada saxlayırdılar. Bu da onların hərbi rəhbərliyinin səriştəsizliyin

26 iyun 2021
.

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə TUTULDU

İyulun 25-də saat 15:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi yaxınlığında yerləşən mövqelərdən Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki Azərbaycan Ordusunun mövqelərini snayper tüfəngi və avtomatlardan fasilələrlə atəşə tutub. Müdafiə Nazirliyini

25 iyul 2021