Son və şərəfli döyüş - Şəhid mayor
Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsində qəhrəmancasına şəhid olan igidlərimizdən biri də Səyavuş Kəlbalıyevdir.
Sonxeber.az "Report"a istinadən xəbər verir ki, Səyavuş Kəlbalıyev 16 oktyabr 1987-ci ildə Cabrayıl rayonunun Horovlu kəndində anadan olub.
1993-cü il 23 avqustunda Cəbrayıldan məcburi köçkün düşən Səyavuş ailəsi ilə birlikdə Bakı şəhərinin Pirşağı qəsəbəsində məskunlaşıb. Ata, ana, 2 bacı va 2 qardaş - 6 nəfərdən ibarət ailə 16 il qatar vaqonunda yaşayaraq böyük çətinliklərlə üzləşiblər. Buna baxmayaraq 1994-cü ildə Pirşağı qəsəbəsi Şuşa rayon 6 saylı orta məktəbə gedən Səyavuş 2005-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirərək, yüksək balla Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbə (AAHM) daxil olub.
Hələ orta məktəb illərində hərbçi olmağı qarşısına məqsəd qoyan Səyavuşu məktəb kollektivi "Çavuş" deyə çagırırmış. Səyavuş 2009-cu ildə AAHM-i müvəffəqiyyətlə bitirərək leytenant hərbi rütbəsi alıb. 2009-2010-cu illərdə Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində ixtisasartırma kursunu bitirərək, N saylı hərbi hissədə xidmətə başlayıb. 2012-ci ildə kəşfiyyat ixtisası üzrə kurs keçib, xidmətini xüsusi hərbi hissədə davam etdirib. Bu dövrdə qüsursuz xidmətinə görə müxtəlif fəxri fərmanlar, orden və medallarla təltif edilib.
27 sentyabrda Cəbrayıl istiqamətində döyüş tapşırığını Səyavuş Kəlbalıyevin müavini yerinə yetirməli idi. Lakin Səyavuş doğulduğu Cəbrayıl rayonunun işğaldan azad edilməsi arzusu ilə müavininin adını siyahıdan çıxartdıraraq öz adını yazdırıb və əməliyyatlara özü rəhbərlik edib.
Beləcə, Vətən müharibəsində N saylı hərbi hissənin kəşfiyyat bölmə rəisi vəzifəsində, rəhbərlik etdiyi qrupu ilə döyüşüb və düşmənə ağır zərbələr endirib. Səyavuş Kəlbalıyev sentyabrın 30-da gedən gərgin döyüşlərdə qəhrəmancasına şəhid olub. Ailəlidir, 2 övladı var.
"Report" şəhid Səyavuş Kəlbalıyevin qısa, amma mənalı həyatı ilə bağlı süjeti təqdim edir:
[/youtube]
Sonxeber.az
Telegramda izləyin
instagramda izləyin
Müharibə Baxılıb: 1465 Tarix: 06 dekabr 2020
Şikayətiniz varsa Whatsapp: 055 3906818
Facebookda Paylaş
Unvan.az - elanlar sayti
Əsgərlərimiz ermənilərin gizləndiyi məkanı tapdı - VİDEO
Əsgərlərimiz ermənilərin yerin altında düzəltdikləri sığınacağı aşkarlayıb.. . Sonxeber.az xəbər verir ki, sığınacağın həddindən artıq möhkəm betondan hazırlanması hər kəsi şoka salıb. Buna baxmayaraq Azərbaycan əsgəri həmin sığınacağı darmadağın etməyə nail olub. /Ölkə.az. . . [/youtube]
6 dekabr 2020Vətən müharibəsinin danışan ŞƏKİLLƏRİ
İşğalçı Ermənistanla apardığımız 44 günlük Vətən Müharibəsində üçtərəfli bəyanatla atəşkəs razılaşması imzalandı... Rəşadətli Azərbaycan Ordusu bu müddətdə imkansız olanı etdi. İllərdir düşmən tapdağı altında qalan Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa, Ağdam, Kəlbəcər, Laçın, Xocavənd rayonunu
6 dekabr 2020Yaralı komandirini mühasirədən xilas edən şəhid haqda - FOTO
Aprel döyüşlərində yaralı komandirini mühasirədən xilas etmişdir. Onun bu kimi başqa igidlikləri çox idi. Lakin heç vaxt özü haqda danışmağı sevməzdi.. . Sonxeber.az-ın Trend-ə istinadən məlumatına görə, bunu II Qarabağ müharibəsində şəhid olan 35 yaşlı İlyas Nəsirovun həyat yoldaşı Aytəkin Nəsirov bildirib.
6 dekabr 2020Əsirlikdə olan Amindən xəbər var - FOTO
II Qarabağ müharibəsi zamanı ermənilərə əsir düşən Amin Musayev ailəsinə məktub göndərib.. . Sonxeber.az xəbər verir ki, bunu axar.az-a açıqlamasında Aminin yaxın qohumu Çinarə Əliyeva deyib.. . O bildirib ki, məktubu ailəyə Beynəlxalq Qırmızı Xaç Komitəsi təqdim edib:. . "Qırmızı Xaç Komitəsi məktu
6 dekabr 2020Komandirin yuxusuna girən şəhid və MÖCÜZƏ: "Gəl götür məni!"
Abıyev Vasif Füzuli döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb. . Sonxeber.az-ın məlumatına görə, Lənkəran rayonunda anadan olan Vasif Vətən Müharibəsində şücaətlə iştirak edib.. . O, Füzuli döyüşləri zamanı əsgər yoldaşı ilə bərabər yaralanıb. Ayağından vurulsa da, döyüş mövqeyini tərk etməyən əsgə
6 dekabr 2020SON DƏQİQƏ: 5 ölkə Türkiyəyə qarşı - Qırıcılar və gəmilərdən atəş açıldı
Yunanıstan, Misir, Fransa, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Cənubi Kipr Şərqi Aralıq Dənizində birgə hərbi təlimlər həyata keçiriblər.. . Sonxeber.az Redaktor.az-a istinadən xəbər verir ki, təlimlərdə dəniz və hava qüvvələrinə aid gəmilər, döyüş təyyarələri və digər hərbi avadanlıqlar sınanılıb.
5 dekabr 2020Erməni vandalizmi: AĞDAMI tərk edərkən... - FOTO
Erməni işğalçılarının təhvil verməli olduqları yaşayış məskənlərimizə ziyan vurmasını əks etdirən faktlardan daha biri sosial şəbəkələrdə fotolar şəklində yayılıb.. . Fotolardan görünür ki, işğalçılar Ağdam rayonunun Qiyaslı kəndindən çıxarkən mal-qara saxladıqları dağıdılmış məsciddə ot tayalarını yandırıblar
5 dekabr 2020