Atası Şuşada, həyat yoldaşı Daşaltıda şəhid oldu - FOTO

Atası Şuşada, həyat yoldaşı Daşaltıda şəhid oldu - FOTO"Həmişə cibində bir güllə saxlayırdı. Deyirdi, zabit öz şərəfini əldən verməmək üçün sonuncu gülləsini özünə vurar"

Vətən müharibəsində şəhid olan döyüşçülərimizdən biri mayor Anar Məmmədovdur. O, Tərtər, Füzuli, Hadrut, Xocavəndin Tuğ, Şuşanın Daşaltı kəndləri istiqamətində gedən döyüşlərdə iştirak edib, qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlib.

Azvision.az-ın əməkdaşı şəhidin həyat yoldaşı Nəzirə Məmmədova ilə söhbətləşərək onun həyat yoluna işıq salmağa çalışıb:
"Anar 1986-cı ildə Sabirabadda anadan olub. Ailənin ilk övladı idi. Orta məktəbin 8-ci sinfində Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. Oranı bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb. 2003- cü ildən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində işə başlayıb, 2008-ci ildə Goranboya döyüş bölgəsinə gedib. Elə həmin il biz ailə qurmuşuq. Mən Mingəçevirdə qalırdım, o, Goranboyda işləyirdi. Daha sonra 2009- cu ilin əvvəlində Tərtərdə ön xətdə xidmət edib. Biz 4 il Tərtərin erməni ilə həmsərhəd kəndində olduq. Şəraitsizliyə baxmayaraq, mən onunla bərabər döyüş yolunu keçdim, orada qaldım.

Tərtərdə olanda bir neçə dəfə əməliyyatlarda iştirak etdi. Onu elə səngərdə mükafatlandırdılar. 2014-cü ildə təyinatla Bakıya göndərdilər. Heydər Əliyev adına Ali Hərbi Məktəbdə dərs dedi. Orada 3 il işləyəndən sonra Beyləqana təyinatı verildi. Anar hara gedirdisə, mən də onunla bərabər gedirdim. Orada il yarım qaldıqdan sonra Füzuliyə göndərdilər. Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirəndə rütbəsi leytenant idi. Bu illər ərzində baş leytenant, kapitan, daha sonra mayor oldu. Həm də vəzifələri yüksəldi. Əvvəl tağım komandiri idi. Sonra bölük komandiri, MTO, daha sonra qərargah rəisi, sonuncu döyüşündə isə artıq tabor komandiri olmuşdu. Həmişə səngərlərdə idi. Həyatının cəmi 3 ili Bakıda olub. O, ikinci Qarabağ savaşına qərargah rəisi kimi qatılmışdı. Döyüş əsnasında tabor komandiri qoydular. Müharibənin ilk günlərində yaralanmışdı. Amma heç kəsin bundan xəbəri yox idi. Bu barədə mənə də deməmişdi. Həkimlər xəstəxanada ona bildirib ki, yaran təzədir, bir müddət qalmalısan. Deyib yox, mən balalarımı, əsgərlərimi tək qoya bilmərəm. Beləcə döyüşlərə davam edib".

Şəhidin xanımı həyat yoldaşının sonuncu dəfə evə əsgərlərinə dərman apardığı zaman gəldiyini söyləyib:

"Oktyabrın 16-da bir neçə saatlıq evə gəldi. Şirniyyatlar, yeməklər bişirdim. Onları maşına yığdı ki, əsgərlərə aparıram. Mənim atam da birinci Qarabağ müharibəsində Şuşada şəhid olub. Sonuncu görüşümüz zamanı ona dedim ki, mən atasız həyat yaşamışam, amma qızlarım yaşamasın. O isə bir kəlmə ilə cavab verdi: "Sən bacararsan. Mən sənə güvənirəm".

Oktyabrın 18-nə qədər bizim telefon danışığımız oldu. Zarafatcıl idi. Deyirdi, ermənilərin hamısını biçə-biçə gedirəm. Ondan sonra Anardan xəbər ala bilmədim. Sən demə, oktyabrın 20-də şəhid olub. Daşaltı əməliyyatında öz dəstəsi ilə axıra qədər vuruşub. Silahdaşlarının hamısı şəhid olub. Anar tək qalıb. Üstündəki bütün silahlardan istifadə edib, hər şey bitəndən sonra düşmən əlinə düşməmək üçün sonuncu gülləsi ilə özünü şəhid edib.

Mən hər dəfə onun formasını yuyanda cibindən bir güllə çıxırdı. Sual verirdim ki, bu nə deməkdir, mən qorxuram. Deyirdi, o zabit şərəfidir. Zabit öz şərəfini əldən verməmək üçün sonuncu gülləsini özünə vurar. Ondan xəbər çıxmayanda qardaşlarım əsir düşdüyünü fikirləşdilər. Dedim, Anar özünü öldürər, amma əsir düşməz.

Anar Tərtər, Füzuli, Hadrut, Tuğ, Daşaltı istiqamətində döyüşüb. Füzulinin azad olunmasında böyük əməyi olub. Döyüş yoldaşları da təsdiqləyir ki, Anarın verdiyi istiqamətlər, qurduğu əməliyyat planları çox böyük nəticələr verib. Xüsusən Rüzgar kəndinin azad olunmasında böyük səy göstərib.

Mübariz İbrahimovla çox yaxın dost idi. O, rəhmətə gedəndə çox sarsılmışdı. Polad Həşimov Anar haqında "sən mənim səngərdə böyüyən zabitimsən" deyirdi. Anar Qarabağı çox sevirdi. Hamı mənə sual verirdi ki, sən hərbçi ilə ailə qurmaqdan qorxmursan? Dedim, yox, atam özü deyirdi ki, kişinin "paqon"u olar.

İki qız övladımız var. Kiçik qızım 4 yaşındadır, heç nə başa düşmür. Amma böyük qızımın 11 yaşı var, onu başa saldım ki, atan şəhid olub. Qızım mənə dedi ki, ağlama, şəhidlər üçün ağlamazlar.

Atam üçün də elə demişdim, yoldaşım üçün də elə deyirəm: Vətən sağ olsun. Onun başqa cür öləcəyini gözləmirdim, Anar ancaq şəhid ola bilərdi".
Atası Şuşada, həyat yoldaşı Daşaltıda şəhid oldu - FOTOAtası Şuşada, həyat yoldaşı Daşaltıda şəhid oldu - FOTOAtası Şuşada, həyat yoldaşı Daşaltıda şəhid oldu - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 2707   Tarix: 07 dekabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Ermənistanın verdiyi xəritələrin 20-30 faiz doğru çıxması ilə bağlı nazirlikdən AÇIQLAMA

Ermənistan tərəfindən Azərbaycana təhvil verilən Ağdamın minalanmış ərazilərinin xəritəsinin bir qisminin 50, digər qisminin isə 20-30 faiz doğru çıxması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumata Müdafiə Nazirliyinin rəsmisi polkovnik-leytenant Anar Eyvazov aydınlıq gətirib. -ın məlumatına görə

20 iyun 2021
.

"Bayraktar"ın 44 günlük müharibədəki sirri AÇILDI

Türkiyənin "Baykar" holdinqinə daxil olan "Baykar Teknik" şirkətinin direktoru Səlcuk Bayraktar "Bayraktar TB2" döyüş pilotsuz təyyarələrinin 44 günlük Qarabağ müharibəsində oynadığı roldan danışıb. xəbər verir ki, CNN Türk-ə müsahibəsində Səlcuk Bayraktar döyüş pilotsu

22 avqust 2021
.

Ermənistan silahlı qüvvələri Tovuz rayonu istiqamətində mövqelərimizi atəşə tutub - MN

İyunun 27-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonunun Kolagir kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Qaralar kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Müdafiə Nazirliyindən -a verilən məlumata görə

27 iyun 2021
.

Şəhid Elşən Yunisli dəfn olundu - YENİLƏNİB

Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu Elşən Fazil oğlu Yunisli torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin yaxınları, ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və rayon sakinləri iştirak edib. Şəhid Təzəkənd kənd qəbiristanlığında torpağa tapşırılıb. *. 11:20. Vətə

27 iyun 2021
.

ACCA aparıcı media orqanlarını Ermənistana etiraz etməyə çağırıb

ABŞ-ın müxtəlif əyalətlərindən Amerika Azərbaycanlılarının Koordinasiya Şurasında (ACCA) birləşən diaspor təşkilatlarının liderləri Kəlbəcərdə azərbaycanlı jurnalistlərin faciəli şəkildə həlak olması ilə bağlı nüfuzlu KİV-lərə müraciət ediblər. Diaspora Komitəsindən APA-ya verilən məlumata görə, "US

6 iyun 2021
.

Ombudsman: "Ermənistanın terroru nəticəsində 12 uşaq ölüb, 50-si yaralanıb"

"İki yaşlı azərbaycanlı Quliyeva Zəhra Elnur qızının Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya silahlarından atəşə tutularaq qətlə yetirilməsindən dörd il ötür. Cəzasızlıq mühitindən istifadə edən Ermənistanın uşaqlara qarşı terror siyasəti sonralar da davam etdirilərək atəşkəs dövründ

4 iyul 2021
.

Kəlbəcər rayonu istiqamətində mövqelərimiz atəşə tutuldu

Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonu istiqamətində mövqelərimizi atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 22-si saat 20:47-dən 22:50-dək Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunu

23 avqust 2021
.

MN: Azad edilmiş ərazilərdə döyüş növbətçiliyi yüksək səviyyədə aparılır - FOTO + VİDEO

Azad edilmiş ərazilərdə dislokasiya olunan Azərbaycan Ordusu bölmələrinin şəxsi heyətinin intensiv döyüş hazırlığı səviyyəsi artırılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, həmin bölgələrdə, eləcə də yüksək dağlıq ərazilərdəki mövqelərdə yerləşən bölmələrdə günün nizam qaydaların

1 avqust 2021
.

Azad olunan ərazilərdə aşkarlanan minaların SAYI

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib. ANAMA-dan -a verilən məlumata görə, iyulun 12-dən 17-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirlər

17 iyul 2021