"Vilyarreal" - "Qarabağ" matçı baş tutmayacaq

"Vilyarreal" - "Qarabağ" matçı baş tutmayacaq"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu - VI turunda İspaniya "Vilyarreal"ı ilə oyunöncəsi növbəti dəfə koronavirus testindən keçib.

Sonxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, daha iki futbolçuda - Şahruddin Məhəmmədəliyev və Xayme Romeroda testin nəticəsi pozitiv olub.

Daha əvvəl isə Qara Qarayev, Emil Balayev, İsmayıl İbrahimli, Toral Bayramov, Mahir Emreli, Abbas Hüseynov və Kevin Medinada koronavirus aşkarlanıb.

Bədavi Hüseynov və Patrik Andrade isə zədə səbəbindən növbəti oyunu buraxmalı olacaqlar. Son testləri neqativ çıxan Maksim Medvedev və Musa Qurbanlı da həkim məsləhəti ilə tam olaraq məşqləri bərpa etməyib.

Beləliklə, UEFA-ya təqdim olunan A və B iştirak ərizəsində yer alan 23 futbolçudan 13-ü (hər iki qapıçı) "Vilyarreal"la oyunda iştirak edə bilməyəcək. Bu isə o deməkdir ki, İspaniya təmsilçisi ilə dekabrın 10-na planlaşdırılan görüş baş tutmayacaq.

Qarşılaşma barədə yekun qərar UEFA tərəfindən veriləcək.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 954   Tarix: 08 dekabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Arvadını dişləyən Boatenqə ağır cəza verildi

Futbol üzrə Almaniya millisinin və "Lion" klubunun üzvü Jerom Boatenq məişət zorakılığıyla bağlı rekord məbləğlə cəzalandırılıb. Dünya çempionu üç il öncə qızlarının anasını döydüyü və dişlədiyinə görə 1.8 milyon avro cərimə ödəməlidir. Qeyd edək ki, Boatenqin 33 yaşı var. O, karyerası ərzind

10 sentyabr 2021
.

Ronaldu debüt oyununda iki qol vurdu – VİDEO

"Mançester Yunayted"ə qayıdan portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldu debüt oyununda iki qol vurub. İngiltərə Premyer Liqasının dördüncü turunda evdə "Nyukasl"ı qəbul edən "qırmızı şeytanlar" 4:1 hesablı qələbə qazanıblar. Ronaldu birinci qolunu ilk hissəyə əlav

11 sentyabr 2021
.

"Yuventus"un gənc futbolçusu öldü

İtaliyanın "Yuventus" futbol klubunun gənclərdən ibarət komandasının oyunçusu Brayan Dodyen 17 yaşında ölüb. verir ki, bu barədə Turin klubu məlumat yayıb. Qeyd edilir ki, futbolçu bir neçə il xərçəng xəstəliyi ilə mübarizə aparıb. "Yuventus" Brayan Dodyenin ailəsi ilə birlikdə kədə

5 sentyabr 2021
.

Şəhriyar Məmmədyarov Kasparova qalib gəldi - FOTO

Şahmat üzrə "Champions Showdown: Chess 9LX" turnirinə start verilib. -ın xəbərinə görə, 10 şahmatçının yarışdığı turnirdə Azərbaycanı Şəhriyar Məmmədyarov təmsil edir. Artıq ilk üç turun görüşü keçirilib. Şəhriyar Məmmədyarov I turda Hikaru Nakamuraya (ABŞ) qalib gəlib. O, II turda Maksim Vaşye-Laqrav

9 sentyabr 2021
.

Rusiyada olimpiya çempionunun medalları OĞURLANDI

Rusiyada naməlum şəxslər tennis üzrə "Rio-2016" Olimpiya Oyunlarında qızıl və Tokio Olimpiadasında gümüş medal qazanan Elena Vesninanın evini qarət ediblər. xəbər verir ki, tennisçinin özü "TASS"a bildirib ki, digər əşyaları ilə birgə hər iki Olimpiya medalı da oğurlanıb. Onun sözlərin

12 sentyabr 2021
.

Beyl uzun müddət futboldan kənar qalacaq

Madrid "Real"ının futbolçusu Qaret Beyl uzun müddətlik sıradan çıxıb. 32 yaşlı uelsli "Selta" ilə oyunöncəsi məşq prosesində zədə alıb. Bu gün baş tutan tibbi baxışda yarımmüdafiəçinin zədəsinin ciddiliyi təsdiq olunub. Sağ bud əzələsini zədələyən Beylin ən az bir ay meydana çıx

14 sentyabr 2021
.

Daha bir idmançımız ermənini döşəyə çıxmağa peşman etdi - VİDEO

Rusiyanın Kazan şəhərində birinci MDB Oyunları davam edir. xəbər verir ki, samboçularımızdan Adil Adilzadə (88 kq) bürünc medal qazanıb. İdmançımız erməni rəqibini məğlub edərək bürünc medala sahib çıxıb

8 sentyabr 2021
.

Rusiya mətbuatı Mahir Emreli barədə yol verdiyi səhvi düzəltdi - FOTO/VİDEO + YENİLƏNİB

Rusiyanın saytı Mahir Emreli barədə yol verdiyi səhvi aradan qaldırıb. -ın xəbərinə görə, artıq futbolçu onlayn xəbərdə azərbaycanlı kimi təqdim olunub. 12:39. Millimizin futbolçusu Mahir Emreli Rusiyada erməni oyunçu kimi təqdim edilib. xəbər verir ki, Rusiyanın məşhur idman saytlarından olan futbolçumu

16 sentyabr 2021
.

DÇ-2022-nin seçmə mərhələsi: İtaliya və Almaniyadan darmadağın, İngiltərə qələbəni əldən verdi

Futbol üzrə 2022-ci il Dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində növbəti turun oyunları baş tutub. Bugün daha 5 qrupda 12 qarşılaşma keçirilib. İtaliya millisi Litva üzərində 5:0 hesablı qələbə qazanaraq ardıcıl məğlubiyyətsiz oyunların sayı üzrə dünya rekordunu yeniləyib. İrlandiyan

9 sentyabr 2021