İlham Əliyev: "Demişdim, Zəfər günü gələcək, o gün gəldi. Eşq olsun Azərbaycan ordusuna!"
"Azadlıq Meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır".
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəfər paradında çıxışı zamanı bildirib.
İlham Əliyevin sözlərinə görə, Azərbaycanda keçirilən paradın birində 2016-cu ildə Lələtəpə yüksəkliyinə qaldırılmış bayraq gətirilmişdi:
"Demişdim ki, gün gələcək, bu gün işğal altında olan torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq Meydanına gətiriləcək. Bu gün gəldi. Bu tarixi günün şahidi Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik".
"Öz çıxışımı məşhur kəlamla yekunlaşdırmaq istərdim. Hər kəs bilir ki, Ermənistan rəhbərliyi bir il bundan qabaq demişdir ki, Qarabağ Ermənistandır. Mən isə demişdim ki, Qarabağ Azərbaycandır! Bu gün bütün dünya görür ki, Qarabağ Azərbaycandır! Qarabağ bizimdir. Eşq olsun Azərbaycan ordusuna.
Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu. Yaşasın Azərbaycan əsgəri", - deyə Prezident qeyd edib.
Sonxeber.az
Telegramda izləyin
instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 055 3906818
Facebookda Paylaş
Unvan.az - elanlar sayti
Quş qripi yayılmasın deyə 40 mindən çox ev quşu məhv edildi
İngiltərənin Norfolk qraflığında yerləşən toyuq fermasında yüksək patogenli H5N8 quş qripinin yayılması 30 000 ev quşunun, o cümlədən hind toyuqlarının kəsilməsinə səbəb olub.. . Sonxeber.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə "The Sun" qəzeti bildirib.. . Məlumata əsasən, eyn
6 dekabr 2020Britaniyada daha 30 min hinduşka məhv edilib
İngiltərənin şərqindəki Norfolk qraflığının hinduşka fermalarında "quş qripi" aşkarlanıb.. . Sonxeber.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Sun" nəşri yazıb.. . "Quş qripi"nə görə fermalarda olan 30 mindən çox hinduşka məhv edilib.. . Ötən həftə is
6 dekabr 2020Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard dollar
Azərbaycan və Türkiyə əlaqələrinin yeni mərhələdə daha da genişləndirilməsi əsas prioritetlərdəndir. 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 4 milyard 405 milyon dollar olub. Bütövlükdə, son illər Azərbaycan ilə Türkiyə arasındakı ticari əlaqələrində artan tendensiya müşahidə olunub.. . Sonxeber.a
6 dekabr 2020Dünya Bankı: Yoxsulluq həddində yaşayan insanların sayı artacaq
Bu il dünyada yoxsulluq həddində yaşayan insanların sayı 88-115 milyon nəfər arasında dəyişəcək.. . Sonxeber.az "Report"a istinadən xəbər verir ki, bu barədə Dünya Bankının yoxsulluqla bağlı açıqladığı hesabatın dekabr sayında bildirilir.. . Sənəddə həmçinin deyilir ki, gələn il bu rəqəm 22-2
5 dekabr 2020Azad olunmuş ərazilərdə qazlaşdırma işlərinin planı hazırlanır
İyirmi altı il davam edən ardıcıl, məqsədyönlü siyasi-diplomatik səylərdən sonra hərb meydanında 44 gün ərzində işğalçıların belini sındıran Azərbaycan əzəli torpaqlarını azad etdi. Prezident İlham Əliyev demişkən, artıq ölkəmiz üçün yeni dövr, quruculuq və inkişaf dövrü, azad olunmuş ərazilərimizi
4 dekabr 2020Ermənistanın eks-nazirindən SOS: Aclıq yaxınlaşır
İşğalçı Ermənistan 44 günlük müharibədən təkcə böyük maddi və canlı itkilərlə çıxmadı, eyni zamanda, on illərlə torpaqlarımızın qanunsuz istismarından əldə elədiyi gəlirlərlə (buna görə təbii ki, nə vaxtsa Azərbaycana böyük təzminat ödəməli olacaq!) varlanmaq, kasad büdcəsini doldurmaq imkanlardan məhru
29 noyabr 2020