TAP ilə Avropaya hidrogen nəqli Azərbaycana nə vəd edir?

TAP ilə Avropaya hidrogen nəqli Azərbaycana nə vəd edir?"Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) təbii qazla yanaşı, hidrogenin nəqli üçün də uyğun olması mövcud infrastrukturun perspektiv imkanlarının göstəricisidir".

Bunu "Report"a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji sahəsi üzrə ekspert İlham Şaban deyib.

"Avropa yaxın oniliklərdə qaz ixracı üzrə əsas bazarımız olacaq. Bu mənada "köhnə kontinent"in perspektiv prioritetləri baxımından hidrogen gələcəyin enerjisi adlandırıla bilər. Belə ki, Avropa 2050-ci ilə kimi atmosferə atılan karbohidrogen tullantılarının səviyyəsini sıfıra salmağı, eyni zamanda da hidrogen iqtisadiyyatı qurmağı hədəfləyir"

İ.Şaban hidrogenin super təmiz enerji olmasına diqqət çəkib: "Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, bu gün dünyada istehsal olunan hidrogenin əsas hissəsi təbii qazdan alınır. Bu zaman atmosferə karbon qazı ifrazı baş verdiyindən ekoloji cəhətdən təmiz sayılmır. Lakin hidrogen həm də adi sudan elektroliz metodu ilə alınır. Əgər onun istehsalında bərpa olunan enerjidən istifadə olunursa, karbon emissiyası olmur və bu cür metod ekoloji cəhətdən təmiz sayılır. Sonuncu metod Avropa İttifaqının yeni enerji siyasətinə tam şəkildə cavab verir".

Məsələnin iqtisadi tərəfinə toxunan ekspert qazdan hidrogen alınmasının mövcud texnologiyalar çərçivəsində kommersiya baxımından o qədər də sərfəli olmadığını vurğulayıb.

"Qazdan alınan hidrogen sudan alınandan daha baha başa gəlir, yəni rentabelliyi aşağıdır. İndiki halda bu məhz belədir. Lakin texniki tərəqqinin bir yerdə durmadığını nəzərə alsaq, 30 ildən sonra onun rentabelliyini artıracaq texnologiyaların ortaya çıxacağı istisna deyil. İstənilən halda hidrogen Avropanın enerji doktrinasında prioritet olduğundan ən azından bu kontinent üçün birmənalı olaraq gələcəyin enerjisi sayıla bilər", - ekspert əlavə edib.

Qeyd edək ki, bir neçə ay əvvəl Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və İtaliyanın "Snam" şirkəti bu sahədə birgə tədqiqat və təcrübələr, xüsusən metan və hidrogen qarışığı və onların daşınması barədə bir memorandum imzalayıblar. Trans-Adriatik Qaz Boru Kəməri (TAP) Konsorsiumu kəmərlə hidrogenin nəqli üçün texniki-iqtisadi əsaslandırmanı hazırlamağı planlaşdırır.

Xatırladaq ki, bu günlərdə Yunanıstanın Saloniki şəhərində tikinti işlərinin başlamasından 4 il yarım sonra, 878 kilometrlik qaz nəqliyyat sistemi - TAP Yunanıstan, Albaniya, Adriatik dənizi və İtaliyadan keçərək kommersiya əməliyyatlarına başlayıb. Peşəkarlardan ibarət çoxmilli sənaye komandası enerji infrastrukturunun bu strateji hissəsini vaxtında və etibarlı şəkildə təhvil vermək üçün çətin şəraitdə səylə və effektiv çalışıb.

TAP Cənub Qaz Dəhlizinin Avropa qolu, Azərbaycandan Avropa bazarlarına 10 milyard kubmetr yeni qaz tədarükünü həyata keçirəcək qovşaq layihəsidir. Kəmər keyfiyyət, sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi üzrə beynəlxalq standartlara uyğun fəaliyyət göstərir. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq ildə 20 milyard kubmetrə çatdırmağa imkan verir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 1043   Tarix: 11 dekabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Mikayıl Cabbarovdan qeyri-neft ixracı ilə bağlı AÇIQLAMA

Azərbaycanda qeyri-neft ixracının təşviqi tədbirləri bu sahədə artımı sürətləndirib. xəbər verir ki, bu barədə İqtisadiyyat Naziri Mikayıl Cabbarov məlumat verib. Nazir bildirib ki, pandemiyanın təsirlərinə baxmayaraq, göstəricilər müsbətdir: "İlkin nəticələrə görə, əvvəlki ilin müvafiq dövrü il

6 may 2021
.

Güzəştli kreditlərin verilməsi proseduru sadələşdirilib - VİDEO

Sahibkarlar üçün maliyyə dəstəyi mexanizmlərindən istifadə asanlaşdırılıb. Güzəştli kreditlərin verilməsi proseduru sadələşdirilib. Xəzər TV-yə istinadən xəbər verir ki, Sahibkarlığın İnkişafı Fondu tərəfindən daxil olan müraciətlər əsasında təhlillər aparılıb və maliyyə dəstəyi mexanizmlərindən istifad

3 sentyabr 2021
.

Toylara icazənin verilməsi qızıl bazarına necə təsir edəcək? - AÇIQLAMA

Xəbər verdiyimiz ki, iyulun 1-dən ölkəmizdə toylara icazə verilib. Bu, təbii ki, qızıl satışının artımı deməkdir. Bəs qızıl satışında uzunmüddətli durğunluqdan sonra bahalaşma ola bilərmi?. Məsələ ilə bağlı -a açıqlama verən iqtisadçı-ekspert Elmir Səfərli bildirib ki, qızıl satışında bahalaşma gözlənilmir:

6 iyul 2021
.

Azərbaycan apreldə "OPEC plus" üzrə öhdəliyini yerinə yetirib

2021-ci ilin aprel ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 698 min barrel olub. Energetika Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, bunun 594 min barrelini xam neft, 104 min barrelini isə kondensat təşkil edib. Xatırladaq ki, "OPEC plus" ölkələr

9 may 2021
.

İdxal və ixrac olunan məhsullar AÇIQLANDI

Bu ilin yanvar-may aylarında idxal və ixrac olunan məhsullar açıqlanıb. Dövlət Statistika Komitəsindən -a verilən məlumata görə, yanvar-may ayları ilə müqayisədə bu ilin beş ayında mühüm məhsul növlərindən buğda idxalı 14,7 faiz, xam şəkər və şəkər 0,8 faiz, kartof 14,7 faiz, çay 6,7 faiz, təzə tərəvə

24 iyul 2021
.

Xəzərin dayazsulu hissəsində kəşfiyyat quyularının qazılacağı tarix AÇIQLANDI - FOTO

Qazaxıstanın modernizasiyası yekunlaşmış "Sətti" qazma qurğusu vasitəsilə Abşeron Yarımadasının Dayazsulu Hissəsində qazma işlərinə start verilir. -ın məlumatına görə, Abşeron yarımadasının SOCAR və BP tərəfindən birgə istismar olunan dayazsulu hissəsində layihə çərçivəsində qazma işlərin

20 iyul 2021
.

Azərbaycan niyə Dünya Bankının yardımından imtina etdi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi Azərbaycan Dünya Bankı tərəfindən təqdim olunan güzəştli kreditdən imtina edib. Bəs bunun səbəbi nədir?. Məsələ ilə bağlı -a açıqlama verən iqtisadçı ekspert Xəyal Məmmədli bildirib ki, Dünya Bankı "COVİD-19" pandemiyası ilə bağlı tək Azərbaycana deyil, bütün dünya dövlətlərin

23 iyun 2021
.

Azərbaycan təbii qaz ixracını 57 % artırıb

Bu ilin yanvar-iyun aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 10,379 milyard kubmetr həcmində təbii qaz ixrac edib. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir. Məlumata görə, ötən 6 ay ərzində Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 1,586 milyar

17 iyul 2021
.

Toylar necə keçiriləcək? - AÇIQLAMA

Artıq bir ilə yaxındır ki, koronavirus infeksiyası səbəbindən ölkədə toyların keçirilməsinə qadağa qoyulub. Karantin qaydalarının növbəti yumşaldılmasından sonra toyların da keçirilməsinə icazə ilə bağlı sual hər kəsi düşündürür. Bəs toylar hansı qaydalar əsasında təşkil oluna bilər?. Mövzu ilə bağl

26 may 2021