Pyer Vebo Ərdoğana təşəkkür etdi
"Bundan sonra hər ilin 8 dekabrı futbolda İrqçiliklə Mübarizə Günü kimi tarixə düşəcək".
"Report"un məlumatına görə, bunu Türkiyənin "Başakşehir" klubunun məşqçisi Pyer Vebo Fransada PSJ ilə Çempionlar Liqasının VI tur matçı zamanı baş vermiş qalmaqal barədə BBC-yə açıqlamasında deyib.
38 yaşlı mütəxəssis bildirib ki, rumıniyalı dördüncü hakim Sebastian Koltsesku ona dərisinin rəngi ilə müraciət etdiyi vaxt özünü həm əsəbi, həm də üzgün hiss edib: "O gecə yuxuya gedə bilməyim üçün həkimdən kömək istədim. Olayın ardından karyeramın ən çətin günlərini keçirdim".
Hadisədən sonra hər iki komandanın meydanı tərk etməsinin unudulmayacağını vurğulayan kamerunlu veteran futbolçu "Bundan sonra təqvimdə 8 dekabrdan öncə və sonrakı günlər yer alacaq. Matçı dayandıracaq şəxsin baş hakim deyil, oyunçular olduğunu göstərdik", - söyləyib.
Futbolçu karyerası ərzində Türkiyə klublarından əlavə, İspaniyada "Osasuna" və "Malyorka"nın da formasını geydiyini xatırladan Vebo yalnız irqçilik olayı ilə yadda qalmaq istəmədiyini dilə gətirib. Keçmiş forvard hadisənin baş verdiyi andan ona dəstək olan hər kəsə, o cümlədən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirib: "Həqiqətən də Ərdoğan belə çətin məqamda məni dəstəkləyən ən görkəmli şəxslərdən biri oldu".
Qeyd edək ki, PSJ - "Başakşehir" oyunu rumıniyalı 4-cü hakim Sebastian Koltsesunun Pyer Veboya qarşı irqçi ifadələr işlətməsi səbəbindən 14-cü dəqiqədə dayandırılıb. Bundan sonra UEFA hakimlər briqadasını dəyişib, Vebonun qırmızı vərəqəsi ləğv edilib və görüş dekabrın 9-da qaldığı yerdən davam etdirilib. Qarşılaşma PSJ-nin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 5:1.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman Baxılıb: 724 Tarix: 12 dekabr 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşAlves həbsxanadan çıxdıqdan sonra ilk dəfə danışdı
Braziliya millisinin və "Barselona"nın sabiq müdafiəçisi Dani Alves qıza təcavüz etməkdə ittiham olunaraq 4,5 il həbs cəzasına məhkum edildikdən sonra öz həyatından danışıb. Martın sonunda keçmiş futbolçu cəzası qanuni qüvvəyə minənə qədər 1 milyon avro girov müqabilində sərbəst buraxılıb
6 aprelKaxaber Tsxadadze: "Kimsə pis məşqçi olduğumu desə, əsəbiləşəcəyəm"
"Deyiləcək çox şey yoxdur. Oyunçular xarakter göstərməli idilər, amma göstərmədilər. Sonradan meydana daxil olanlar oyunu gücləndirə bilmədi. İkinci qol kuryoz oldu. Bir oyunçu 4 nəfəri aldadıb keçir. Gənc oyunçu Şahin Şahniyarov bu gün özünü yaxşı tərəfdən göstərdi. Ona uğurlar arzulayıram"
14 aprel"Bakıda uduzmaq üçün mənə 300 min dollar təklif etdilər"
İtaliyalı güləşçi Frank Çamisio Bakıda ona 300 min dollar dəyərində rüşvət təklif edildiyini iddia edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə güləşçi "La Repubblica" qəzetinə açıqlama verib. İkiqat dünya çempionu və olimpiya oyunlarının bürünc mükafatçısı Frank Çamisio keçən həft
12 aprel2030-Dünya Çempionatının finalı üçün ən böyük stadion tikilir
Tarixi dünya çempionatının həlledici matçı tayı-bərabəri olmayacaq arenada keçirilə bilər. xarici KİV-ə istinadla bildirir ki, ötən ilin oktyabrında Beynəlxalq Futbol Federasiyası (FİFA) 2030-cu il Dünya Çempionatının final hissəsinin üç ölkənin: İspaniya, Portuqaliya və Mərakeşin meydanlarında keçiriləcəyin
12 aprelCokoviçdən yeni dünya rekordu
Böyük Dəbilqə yarışlarının 24 qat qalibi və dünyanın bir nömrəli tennisçisi serbiyalı Novak Cokoviç dünya rekorduna imza atıb. O, tennis tarixində bir nömrəli ən yaşlı idmançı olub. Novak 2022-ci ildə peşəkar karyerasını başa vuran əfsanəvi isveçrəli tennisçi Rocer Federerin nailiyyətini geridə qoyub
7 aprelSalah Messini sevimli oyunçu adlandırdı
"Liverpul"un cinah oyunçusu Aleksis Mak Allisterin bu mövsümdəki çıxışını da yüksək qiymətləndirib. xarici mediaya istinadən bildirir ki, İngiltərə klubunun misirli hücumçusu Məhəmməd Salah "İnter Mayami"də çıxış edən Messi ilə bağlı fikirlərini də açıqlayıb. Əvvəlcə Aleksis Mak Allisterdə
8 aprelKriştiano Ronaldo iki oyunluq cəza alacaq
Portuqaliya millisinin və "Əl-Nəsr"in klubunun hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı Superkubokunun yarımfinalında "Əl-Hilal"la oyunda (1:2) qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün iki oyunluq cəzalandırılacaq. -in xəbərinə görə, bu barədə "Asharq Al-Awsat"
16 aprelSon mübarizəsində ayağı qırılan Makqreqor oktaqona qayıdır - VİDEO
Məşhur irlandiyalı qarışıq döyüş sənəti (MMA) ustası, iki çəki dərəcəsində UFC çempionu Konor Makqreqor tezliklə oktaqona qayıdacağını açıqlayıb. Bu barədə o özünün "X" sosial şəbəkə hesabında paylaşıb. "Tezliklə", - deyə Makqreqor bildirib. Qeyd edək ki, 34 yaşlı Makqreqorun so
7 aprel"Neftçi"nin hücumçusuna ağır cəza
AFFA İntizam Komitəsi "Neftçi-2"nin futbolçusu Ağadadaş Salyanskini 4 oyunluq cəzalandırıb. "Qafqazinfo" xəbər verir ki, buna oyunçunun Əvəzedicilər Liqasında "Sumqayıt-2" ilə matçın 90+5-ci dəqiqəsində qeyri-etik ifadə və ya hərəkətə (rəsmi şəxsə qarşı qeyri-etik jest etdiyin
9 aprel