Növbəti qələbə - "SOCAR Trading" türkmən neftinin alınması üzrə tenderi udub
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin törəmə strukturu olan "SOCAR Trading" "Eni Turkmenistan" şirkəti tərəfindən istehsal edilə türkmən neftinin alınması üzrə tenderi udub.
Bu barədə "Report" "Argus media"ya istinadən xəbər verir.
Bununla da "SOCAR Trading" "Vitol" şirkəti tərəfindən Türkmənistanda 2017-ci ildən satın alınan neftin bir hissəsini portfelinə qaytarıb.
Bu tenderin nəticəsinə görə "SOCAR Trading" neft bazarının ENOC, "Vitol", "Rosneft", "Lukoil" və "Trafigura" kimi nəhənglərini ötüb.
Bazar iştirakçıları hesab edirlər ki, bu, Mahaçqala və Novorossiysk üzərindən tranziti azaltmaq hesabına Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə Türkmənistan xammalının tədarükünün artmasına səbəb ola bilər.
SOCAR-ın vitse-prezidentinin müavini Adnan Əhmədzadə "Report"a açıqlamasında sövdələşməni təsdiqləyib.
Məlumata görə, "Eni Türkmenistan" 2021-ci il ərzində hər ay 30-40 min ton "Okarem" nefti göndərməyi planlaşdırır.
Yanvar-noyabrda Türkmənistandan "Okarem" neftinin ixracı 341 min tonadək artıb. Ötən ilin eyni dövründə bu göstərici 310 min ton təşkil edirdi.
Bütün həcm "Transneft" sistemi üzrə Novorossiyskə nəql olunma məqsədilə tankerlərlə Mahaçqala istiqamətində nəql edilir.
Sonxeber.az
Telegramda izləyin
instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 055 3906818
Facebookda Paylaş
Unvan.az - elanlar sayti
ABŞ-ın Azərbaycanın ümumi idxalındakı payı artıb
2020-ci ilin 10 ayının yekunları üzrə ABŞ-dan Azərbaycana məhsul idxalı illik hesablamada 17,6 faiz azalaraq 567,5 milyon dollar təşkil edib.. . Sonxeber.az Trend-ə istinadən bildirir ki, bu barədə Dövlət Gömrük Komitəsinin statistikasında deyilir.. . ABŞ-ın Azərbaycanın ümumi idxalındakı payı ümum
13 dekabr 2020Qiymətlər qalxdı, Putin əsəbiləşdi: Nağıl danışırsız...
Əhalinin gəlirlərinin azaldığı, işsizliyin və ərzaq qiymətlərinin artdığı bir vəziyyətdə nazirlər hara baxır?. . Sonxeber.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putinin nazirlərlə keçirdiyi iclasda səsləndirib.. . "Moskva. Kreml. Putin" verilişində yayımlanan kadrlarda Putini
13 dekabr 2020Azərbaycan 182 ölkə ilə ticarət əməliyyatları aparıb
Yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri 182 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçiriblər.. . Bu barədə Unikal.org-a Dövlət Statistika Komitəsindən məlumat verilib.. . Bildirilib ki, hesabat dövründə 107 ölkəyə məhsul ixrac olunub, 173 ölkədə
13 dekabr 2020Bu ölkə nağd puldan imtina etmək niyyətindədir
İsveç hökuməti ölkədə nağd pulun istifadəsindən imtina etmək niyyətində olduğunu bildirib və milli valyuta - kronun rəqəmsal analoqunu inkişaf etdirməyə başlayıb.. . Sonxeber.az xəbər verir ki, ölkənin maliyyə naziri Per Bolund bu istiqamətdə 2022-ci ilin noyabr ayına qədər tamamlanmalı olan genişmiqyasl
13 dekabr 2020TAP ilə Avropaya hidrogen nəqli Azərbaycana nə vəd edir?
"Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) təbii qazla yanaşı, hidrogenin nəqli üçün də uyğun olması mövcud infrastrukturun perspektiv imkanlarının göstəricisidir".. . Bunu "Report"a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji sahəsi üzrə ekspert İlham Şaban deyib.
11 dekabr 2020Quş qripi yayılmasın deyə 40 mindən çox ev quşu məhv edildi
İngiltərənin Norfolk qraflığında yerləşən toyuq fermasında yüksək patogenli H5N8 quş qripinin yayılması 30 000 ev quşunun, o cümlədən hind toyuqlarının kəsilməsinə səbəb olub.. . Sonxeber.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə "The Sun" qəzeti bildirib.. . Məlumata əsasən, eyn
6 dekabr 2020Britaniyada daha 30 min hinduşka məhv edilib
İngiltərənin şərqindəki Norfolk qraflığının hinduşka fermalarında "quş qripi" aşkarlanıb.. . Sonxeber.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Sun" nəşri yazıb.. . "Quş qripi"nə görə fermalarda olan 30 mindən çox hinduşka məhv edilib.. . Ötən həftə is
6 dekabr 2020