Sorosun bəbələri - TƏHLİL

Sorosun bəbələri - TƏHLİLMacarıstanda faşizm əhval-ruhiyyəsinin artması, anti-semitizmin yayılması ilə əlaqədar öz familiyasını macar soyadı olan "Soros"a dəyişən yəhudi icmasının qabaqcılı- atası Tivadar Şvarts ona dünyada tək-tük insanların bildiyi esperanto dilində danışmağa öyrətmişdi.

Corc Soros kimdir?

O, London İqtisad məktəbində oxuyarkən xırdavat satır, ofisiant işləyir, vağzalda yük daşıyırdı. Adı dəfələrlə maliyyə maxinasiyalarında da hallanır, yaxşı gəlir əldə edərək, uğurlu biznes fəaliyyətinə başlayır. 26 yaşı olarkən varidatını yarım milyon dollara çatdırır.
Corc İngiltərə funt sterlinqini Almaniya markasına nisbətən aşağı salır, tarixdə "qara çərşənbə" adlandırılan maliyyə əməliyyatını həyata keçirərək bir milyard dollar məbləğində pul qazana bilir.

Əslən yəhudi olan Soros İsrail hökumətinin əleyhinə olan qüvvələri dəstəkləyir, bir sıra postsovet respublikalarında "narıncı inqilab"lar həyata keçirir.
Macarıstanda qeyri-qanuni miqrasiyanı təşkil etdiyi üçün ona qarşı "Sorosu dayandır" adlı qanun qəbul edilir. Beləliklə, Amerika milyarderi Soros fondun Budapeştdəki filialını bir dəfəlik bağlamalı olur. O, Macarıstanda siyasi prosesslərə müdaxilədə və müxalifəti dəstəkləməkdə təqsirləndirilir.Sorosun "Açıq Cəmiyyət Fondu" və "Açıq Cəmiyyət İnstitutunun Yardım fondu"nun fəaliyyətinə xitam verilməsi barədə bir neçə il öncə qardaş Türkiyə və qonşu Rusiya Federasiyasının hökumətləri tərəfindən qərar qəbul edilir.

Dünyada "ədaləti bərpa etmək missiyası"nı üzərinə götürən bu fond çox keçmir ki, növbəti qalmaqala imza atır. O, Eduard Şevarnadzenin prezident postundan istefa etməsinə səbəb olan narıncı inqilabı maliyyələşdirdiyi boynuna alır.

Əhali arasında inqilabi əhvali-ruhiyyənin yaradılmasına çalışan Fondun maliyyə dəstəyindən yararlanan media orqanları insan hüquq və azadlıqlarının müdafiəsi adı altında ölkədəki mövcud siyasi vəziyyəti gərginləşdirir. Bu adam qazandığı pulları xalqlar arasında ədavət salmağa, dövlətləri parçalamağa sərf edir.

Serj Sarkisyanın baş nazir postuna gətirildiyi bir vaxtda "rədd olsun, serj" şüarı altında canfəşanlıq edən Soros Ermənistanın yeni "lider"ini artıq tapmışdı. Bu küçə səhnəciklərinin möhtəşəm ifaçısı, ixtisasca olmasa da fitrən aktyor olan özü boyda xəstəlik kağızı olan Nikol Paşinyan idi.

Ermənilər dövlət idarəçiliyindən bixəbər Nikol Paşinyanın hakimiyyətə gəlişinə heç bir maneə yaratmayaraq Sarkisyan və Koçaryanın başçılıq etdikləri korrupsioner rejimdən canlarını qurtaracaqlarını xəyal edirdilər. Beləliklə, "məxməri inqilab" nəticəsində Nikol Paşinyan Baş nazir postuna gətirilir.

Sorosun "erməni bəbələri"

Yəhudilərin kütləvi şəkildə məhv edilməsində doğma babasının iştirak etməsinə dair tutarlı faktlar olan Nikol hakimiyyətə gələndən sonra Sorosun qarşısında götürdüyü öhdəlikləri yerini yetirir və bu fondun əsas nümayəndələrinin hamısını, yəni "sorosun bəbələrini" Ermənistanda yüksək vəzifələrə təyin edir. "Mənim addımım" blokunun parlamentdəki təmsilçilərindən olan Sos Avetisyan və Qayane Abramyan, Təhsil və elm nazirinin müavini vəzifəsini tutan Arevik Anapiosyan, Soros Fondu tərəfindən idarə olunan "Regional inkişaf mərkəzi"nin əlaqələndiriciləri və proqram rəhbərləri - Lena Nazaryan parlamentin vitse-spikeri, Liana Daltaxçyan – Baş nazirin aparatının, Sarxat Petrosyan Daşınmaz əmlak üzrə dövlət kadastrının rəhbəri vəzifəsinə gətirilir.

İşi-gücü beynəlxalq təşkilatlardan və müxtəlif ölkələrdən ianələr tələb etmək olan Nikol əvvəlcədən verdiyi vədlərin heç birini yerinə yetirmir. Əvəzində havadarlarının köməyi ilə burnu belə qanamadan erməni millətinin başına sanki, paraşütlə düşən bu ağıl sahibi sponsoruna xoş gəlsin deyə Rusiyaya qarşı radikal addımlarını davam etdirir. O, rusiyalı erməni iş adamlarını ölkədən çıxarır, media və sosial şəbəkələrdə Rusiyaya və Putinlə bağlı qarayaxma kampaniyası həyata keçirir.Rusiyaya bağlı biznesi ölkədə sıxışdıran, Sorosun məhsulu bu günə kimi elə bu yersiz ağıl sahibinin himayədarı tərəfindən idarə olunur. Bunlarin "Açıq Cəmiyyət Fondu"nun rəsmi saytında yerləşdirilən məlumata əsasən, Ermənistana bağışlanılan ianələrin məbləği 53 milyon dolları keçir. Ermənistanın media, jurnalist təhqiqatları, siyasi tədqiqatlar, gənclər siyasəti, insan haqlarının müdafiəsi, təhsil, elm və digər sahələrdə fəaliyyəti bu şəxsin total nəzarəti altındadır. Bu pozucu fond pandemiya ilə əlaqədar postsovet məkanında təkcə Ermənistana 600 min dollarlıq maliyyə yardimi ayırır.

Paşinyan və sayıqlamaları

Nikol Paşinyanın Xankəndində sərxoş vəziyyətdə : "Qarabağ Ermənistandır və nöqtə" kimi sərsəm çıxışına dövlətimiz və xalqımızın lideri Prezident İlham Əliyev "Valday" Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında : "Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi "- deməklə öz möhtəşəm cavabını verir.

İkinci Qarabağ Müharibəsi

Qarabağ bölgəsindən 100 kilometrlə uzaq bir ərazidə - Tovuz istiqamətində Ermənistanın yaratdığı hərbi qarşıdurma münaqişənin alovlanacağına ilk siqnal idi.Ermənistan növbəti təxribatı avqust ayında həyata keçirir. Mülki vətəndaşlara və hərbi qulluqçulara qarşı atəş açılır. Bir sözlə Ermənistan nəinki danışıqlardan imtina edir, eyni zamanda "yeni ərazilər uğrunda yeni müharibə"yə hazırlaşır. Səngəçal neft-qaz terminalına hərbi zərbələr endirəcəyini bildirir. Azərbaycan sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti hücumuna məruz qalır. Ermənistan hərbi qüvvələri cəbhəboyu mövqeləri və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutur. Quduzlaşmış Ermənistan silahlı qüvvələri Azərbaycanın Mingəçevir sənaye şəhərinə qarşı raket hücumu təşkil edir. 10 oktyabr tarixli Moskva razılaşması ilə atəşkəs elan olunsada, bir neçə saatdan sonra gecə vaxtı Gəncə şəhərini bombalayaraq atəşkəsi vəhşicəsinə pozur, günahsız körpələr qurban gedir...

Ermənistan dinc insanları, evləri, mülki obyektləri, tibb işçilərini qəsdən atəşə tutmaqla beynəlxalq hüquq normalarına, o cümlədən Cenevrə Konvensiyalarına məhəl qoymadığını növbəti dəfə dünya ictimaiyyətinə nümayiş etdirir.

Qarabağı erməni terrorçularından təmizləməyi öz müqəddəs amalına çevirən Azərbaycan şanlı ordusu işğalda olan Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan və Şuşa şəhərlərini, bir çox kənd və strateji yüksəklikləri azad edir.10 noyabr 2020-ci il tarixdə Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunur. Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağdakı müharibəyə son qoymaq barədə müqavilə imzalayır. Üçtərəfli razılaşma əsasında 20 noyabrda Ağdam rayonu, 25 noyabrda Kəlbəcər rayonu, 1 dekabrda Laçın rayonu Azərbaycana qaytarılır. 44 günlük Vətən müharibəsinin 2783 şəhidi var. Şəhidlərimiz vətən torpağına çevrilməklə əyilən başımızı dikəltdilər, əzimkarlıq ruhumuzu bərpa etdilər xalqımızı öz ata-baba yurduna qovuşdurdular.

Zəfər paradı

Dövlətimiz 44 gün ərzində qüdrətli ordumuzun Vətən müharibəsində qazandığı qələbəni dekabrın 10-da Azadlıq meydanında Zəfər paradında qeyd edir. Qələbəyə həsr olunmuş paradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Zəfər paradında iştirak edir.

Şübhəsiz ki, bu möhtəşəm parad terrorçular üçün böyük tarixi dərs olacaq. Ermənistan daha heç bir vaxt başqa ölkəyə qarşı işğalçılıq siyasəti həyata keçirmək fikrində olmayacaq.
Azərbaycanın döyüş meydanında əldə etdiyi nailiyyətlər, o cümlədən düşmən tərəfindən ələ keçirilən qənimətlər, zirehli və yüngül texniklar, artilleriya vasitələri və topları bu paradda nümayiş etdirməklə öz möhtəşəm gücünü dünyaya sübut edir. Silahlı Qüvvələrimiz paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, raket və artilleriya qurğularını, hava hücumundan müdafiə sistemlərini, hərbi gəmi və katerləri nümayiş etdirir. Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin nümayişi, qazilərimizin, həmçinin Azadlıq meydanında torpaqlarımızı azad edən əsgərlərimizin Zəfər paradında qürurla addımlamasından hər bir Azərbaycan övladı fəxr hissi duyur.

Uğursuz siyasətin acı sonluğu

Ermənistanda hər şeyin şəffaf olacağına söz verən Paşinyan ofisində virtual ekskursiyalar keçirir. Gülüncdə olsa, həftədə bir neçə dəfə canlı yayımla xalqına müraciət edən Nikol İkinci Qarabağ müharibəsinin bitdiyini elə həmin ofisdən elan edir. Bəs, haylar nə edir? Ermənilərin xəbərə reaksiyası özünü çox gözlətmir. Belə ki, məğlubiyyətdən qəzəblənmiş kütlə baş nazirin kabinetini dağıdır. Hətta müəyyən qiymətli əşyaları da oğurlamaqdan çəkinmir.

Faşist Qaregin Njdeyə İrəvanda abidə qoyan, ölkəsinin daxili problemlərindən diqqəti yayındırmaq məqsədiylə Azərbaycanla sərhəddə tez-tez təxribatlara əl atan İrəvanda bu gün "Sorosun son beşiyi" - Paşinyana qarşı ayağa qalxan ermənilər aksiyalar keçirir, baş nazirin istefasını tələb edir. Məqsədi hakimiyyətləri zəiflədib öz təsiri altına salmaq olan bu fond rusiyaya qarşı ermənistan silahından istifadə etsə də planı iflasa uğradı. Bu gün Ermənistanda Sarkisyan və ondan əvvəlki hakimiyyətlərə nifrət olduğu kimi, Paşinyan xuntasına da qarşı xalqda nifrət ve qəzəb var. Ermənistan müstəqil dövlət deyil, baş nazir Paşinyan ölkəni uçuruma aparır. O, addımlarının nəyə gətirib çıxara biləcəyini doğru təhlil edə bilmir. Düşünürəm ki, Ermənistan hakimiyyəti və havadarları bütün bunlardan nəticə çıxmalı, nə qədər gec deyil Sorosun qollarından düşməlidirlər. Bu yaramaz rəhbərin özü də yaxşı bilir ki, idarə etdiyi quldur xuntasının məhvinə az qalıb.

Azərbaycanın mülki insanlarına təcavüz etməkdən çəkinməyən etdiyi qələtlərə görə əlbəttə ki, bu istisna kəs çox peşmandı. Ordumuzun hazırlığını, gücünü düzgün qiymətləndirə bilməyən bu adam hər-halda gözəl anlayır ki, "hayların" 30 illik "zrehli ordu" mifləri yerlə-yeksan oldu. Paşiniyan tezliklə qarşısı alınmaz kütləvi etirazların nəticəsində istefa verməyə məcbur olacaq, aqibəti necə olcaq bunu zaman göstərəcək.

Seyid Aynur


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1838   Tarix: 18 dekabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Zakir Həsənov Ərdoğanla görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovu və Müdafiə nazirinin müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyevi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, qəbulda Türkiyənin Milli Müdafiə naziri Hulus

14 sentyabr 2021
.

Ərdoğan Azərbaycanın yeni səfiri ilə görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın bu ölkəyə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovun etimadnaməsini qəbul edəcək. Türkiyə Prezident Administrasiyasının rəsmi saytında bu barədə məlumat dərc olunub. Təqdimat mərasimi Türkiyə Prezident Sarayında yerli vaxtl

9 sentyabr 2021
.

Paşinyan Ərdoğana cavab verdi: "Hazırıq"

Ermənistan hakimiyyəti Türkiyə ilə münasibətlərin normallaşdırılmasına hazırdır. Trend-ə istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. O bildirib ki, Türkiyə Prezidenti də ölkələr arasında münasibətlərin tənzimlənməsi məsələsi ilə bağlı öz fikirlərini bildirib

8 sentyabr 2021
.

Azərbaycan və Türkiyə birgə hərbi layihəyə start verib

Azərbaycan Ordusuna dəstək məqsədilə Ermənistan işğalından azad edilən bölgələrdə mina axtarışı və zərərsizləşdirilməsi fəaliyyətləri davam edir. xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin təşkil etdiyi mətbuat konfransında bildirilib. Qurum rəsmisinin sözlərinə görə, ölkənin Silahlı Qüvvələr

5 sentyabr 2021
.

Mehriban Əliyevadan Füzuli Beynəlxalq Hava Limanı ilə bağlı paylaşım

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevlə birlikdə Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə tanışlıqla bağlı paylaşım edib. xəbər verir ki, Birinci vitse-prezident bu barədə özünün instaqram səhifəsində fotolar paylaşıb. "Prezident İlha

29 avqust 2021
.

Yeni "Taliban" hökumətində kimlər olacaq? - ARAŞDIRMA

Avqustun 15-də "Taliban"ın Əfqanıstanda nəzarəti ələ keçirməsindən sonra bütün gözlər yeni hökumətin necə qurulacağına yönəldi. Euronews-a istinadən xəbər verir ki, "Taliban" mənbələrindən əldə edilən məlumata görə, Şeyx əl-Hadis Məvləvi Abdulhakim Sahib Əmir əl-Muminun (Möminləri

4 sentyabr 2021
.

İlham Əliyev Zəfər yolunda işlərlə tanış oldu - FOTO + YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işləri ilə tanış olub. Dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Zəfər yolunun tikintis

29 avqust 2021
.

Azərbaycan yeni anti-terror əməliyyatı həyata keçirə bilərmi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Şuşa istiqamətində ermənilərin həyata keçirdiyi təxribat, onların itki verib, geri çəkilməsi ilə yekunlaşdı. Həmin hadisədən sonra Azərbaycan dövlətinin Şuşa və ətraf bölgələrdə yerləşən qanunsuz erməni silahlı birləşmələri üzərində anti-terror əməliyyatı aparması məsələs

4 sentyabr 2021
.

Əfqanıstanda nələr baş verir? - Əmrullah Saleh şayiələri TƏKZİB ETDİ

Əfqanıstanın keçmiş vitse-prezidenti və Milli Müqavimət Cəbhəsinin liderlərindən olan Əmrullah Saleh, Pəncşir əyaləti və Əfqanıstanı tərk etdiyi barədə iddiaların yalan və düşmən təbliğatı olduğunu deyib. "Taliban" qüvvələrinin Pəncşir əyalətini ələ keçirdikləri barədə iddiaları ilə bağlı "Euronews"

4 sentyabr 2021