İlin ən yaxşı qurğuları açıqlanıb

İlin ən yaxşı qurğuları açıqlanıb"The Verge" nəşri 2020-ci ilin ən yaxşı qurğularını açıqlayıb. Bu barədə nəşrin saytında yerləşdirilən xüsusi materialda deyilir.

Sonxeber.az ictnews.az-a istinadən bildirir ki, ilin ən yaxşı smartfonu qabaqcıl "Samsung Galaxy S20" və "S20+" seçilib. Jurnalistlər qeyd edib ki, smartfonlar hazırda ehtiyac duyulmayan, lakin gələcəkdə tələb olunacaq beşinci nəsil mobil rabitə şəbəkəsinin dəstəyi ilə təchiz edilib. Materialda yeni "iPhone" modelləri də müsbət qiymətləndirilib. Məsələn, kompakt "iPhone 12 mini" xüsusilə qeyd olunub. Həmçinin ən yaxşı bükülən smartfon kimi "Samsung Galaxy Z Fold2" seçilib.

İlin ən əsas kompüterləri "M1" çipi ilə təchiz edilən "MacBook" noutbukları olub. Jurnalistlərin sözlərinə görə, "Apple" şirkəti yüksək məhsuldarlığa və yüksək avtonom iş vaxtına malik "ARM" qurğuları yaratmağa nail olub. Bundan başqa, sadalanan qurğular arasında oyun sənayesinin məhsulları - yeni "Nvidia" və "AMD" videokartları, "Xbox Series X" və "S", "PlayStation 5" oyun qurğuları yer alıb. "PS5" yeni əyləncəli imkanlar açan "DualSense" kontrolleri ilə hamını təəccübləndirib", - məlumatda qeyd olunur.

Jurnalistlər vurğulayıb ki, 2020-ci ili tərifləmək düzgün olmasa da, bu il çoxlu yaxşı qurğuların təqdimatı ilə yadda qalıb. "Apple", "Nvidia", "Microsoft", "Sony" və "AMD" faktiki bütün vədlərinə əməl ediblər", - portalın müəllifi Diter Bon deyib.

Materialda fərqlənməyən, lakin sadə hesab edilən qurğular da sadalanıb. Onlara "Asus ROG G14 Zephyrus" oyun noutbuku, "GoPro Hero 9" kamerası, "DJI Mini 2" dronu, "Sony WH-1000XM4" qulaqcığı və s. qurğular aid edilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1809   Tarix: 19 dekabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Dünyanın ən böyük ağcaqanadı

Dünyanın ən böyük ağcaqanadının bir nümunəsi (bu böcək növləri arasında) Sıçuan əyalətinin Çendu şəhərindəki Qərbi Çin Həşərat Muzeyində saxlanılır. xarici mətbuata istinadən xəbər verir ki, 2018-ci ildə Ginnesin Rekordlar Kitabına düşüb. Ağcaqanad Holorusia Mikado növünə aiddir. Onun qanadlarının uzunluğ

20 aprel
.

Bir neçə saatdan sonra ən qədim tarixə malik ulduz yağışını izləmək olacaq

Bu həftəsonu Lirida adlı "ulduz yağışı" (meteor yağışı) yaz mövsümündə pik həddinə çatacaq. Aprelin 14-dən başlayan Lirida "ulduz yağışı" aprelin 30-dək davam edəcək, lakin bir neçə gecə onu tam şəkildə müşahidə etmək olacaq. Alimlərin fikrincə, Lirida yağışı C/1861 G1 Tetçer kometasında

20 aprel
.

Siz də telefonsuz qala bilmirsiniz? - Deməli, bu xəstəliyə tutulmusunuz

Rəqəmsal dövrün məhsulu olan telefon asılılığı getdikcə artır. Hətta indi onu təsvir etməyə sözümüz var: nomofobiya. Telefondan uzaq olmaq qorxusu olaraq da bilinən nomofobiya internet bağlantısının olmaması, batareyanın az olması və ya hər hansı səbəbdən telefondan istifadə edə bilməmək insanda gücl

14 aprel
.

Çəkilmiş ət alarkən aldanmamağın yeganə yolu - VİDEO

Ətin bir kiloqramı 16-18 manat civarında təklif edilir. Çəkilmişinin kiloqramı isə 9-13 manat aralığında satılır. xəbər verir ki, paytaxtdakı bəzi supermarketlərdə çəkilmişi ətin özündən 3-4 manat ucuzdur. Halbuki farş ət sümüksüz və hazır olduğundan adi ətin özündən baha olmalıdır. Sakinlərin bu məsəl

14 aprel
.

İkinci evliliklərin daha xoşbəxt olmasının səbəbləri - Psixoloq izah edir

İlk nikahların yarıdan az hissəsi - 45%-i boşanma ilə nəticələnir, lakin təkrar nikahların yalnız 31%-i uğursuz olur. -a istinadən xəbər verir ki, xəbər verir ki, bunu "The Marriage Foundation"ın məlumatları sübut edir. Psixoloq Ceymi Simkins Rocers "Your Tango"ya niyə ikinci evlilikləri

21 aprel
.

Rüfət Mehdiyevin qızı: "Atamla görüşə hazırlaşırdım, cənazəsinə getdim" - VİDEO

Baku TV-də yayımlanan "Retro Baku" verilişinin yeni buraxılışı efirə gedib. Müəllif - aparıcı Afaq Hüseynovanın təqdimatında efirə gedən verilişin budəfəki sayı tanınmış müğənni Rüfət Mehdiyevə həsr olunub. Verilişdə mərhumun yaxınları onunla bağlı xatirələrini bölüşüblər. Müğənninin qızı Zemfir

14 aprel
.

Xidmet.az ilə xidmətlərin sifarişi

müxtəlif xidmətləri bir saytda birləşdirən istifadəçilərinə geniş bir xidmət sahələri təklif edən onlayn saytdır. Saytımızda hər bir istifadəçinin ehtiyaclarına uyğun xidmətlər asanlıqla tapmaq olar. Usta və Təmizlik Xidmətləri. Ev və iş yerləriniz üçün lazımi təmir və təmizlik xidmətləri saytında sizlər

23 aprel
.

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

"Gaia" kosmik teleskopundan istifadə edən beynəlxalq astronomlar qrupu Yerə nisbətən yaxınlıqda nəhəng qara dəlik aşkar ediblər. Obyekt "Gaia-BH3" adlandırılıb. "Ölkə.az" xəbər verir ki, tədqiqat "Astronomy & Astrophysics" (A&A) elmi jurnalında dərc olunub

17 aprel
.

Əfsanəvi basketbolçunun ayaqqabıları 819 minə satıldı

Dünya basketbolunun ulduzu Maykl Cordanın 1996-cı ildə NBA finalında geyindiyi ayaqqabılar 482 min dollara (819 min 400 manat) satılıb. "Qafqazinfo" xəbər verir ki, üzərində superulduzun imzası olan ayaqqabılar "Air Jordan XI" markasındandır. Həmin mövsüm basketbolçu NBA çempion

15 aprel