Arvadını zorladı, aldadaraq otağa saldı, sonra... - Azərbaycanda ŞOK OLAY

Arvadını zorladı, aldadaraq otağa saldı, sonra... - Azərbaycanda ŞOK OLAYSumqayıt şəhərində arvadına təcavüz etməkdə, girov götürmə və bədənə xəsarət yetirməkdə ittiham olunan Səlim Məmmədovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sonxeber.az publika.az-a istinadən xəbər verir ki, Səlim Məmmədov yaşadığı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsindəki evində arvadı Səlimə Məmmədovaya təcavüz edib.

Gecə yarısı arvadına təcavüz etdi

Belə ki, o, arvadı ilə ehtirasını pozğun formada təmin etmək məqsədi ilə qeyri-təbii yolla cinsi əlaqədə olmaq qərarına gəlib.

Səlim Məmmədov niyyətini həyata keçirmək üçün onun təklifini rədd edən arvadının sağ və sol baldır nahiyyələrindən tutub, ona bədən xəsarəti yetirib.

Səlim zorakılıq əməllərini davam etdirərək qeyri-təbii cinsi ehtirasını pozğun formada təmin etməklə arvadına qarşı seksual xarakterli zorakılıq hərəkətləri törədib.

Arvadından şübhələndi, ona xəsarət yetirdi

Səlim Məmmədov bu hadisədən bir neçə gün sonra arvadının başqa kişilərlə telefonla danışmasından şübhələnib. O, qısqanclıq zəminində yaşadığı evin ikinci mərtəbəsindəki yataq otağında arvadını döyüb, ona bədən xəsarəti yetirib.

İstintaq sənədlərinə görə, Səlim Məmmədov tanışı Samirə Səlimovanın işlədiyi Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən "Dostlar" çay evinə gəlib.

Tanışını girov saxladı

Həmin vaxt orada Samirənin Vüqar adlı tanışına olan pul borcunu həll etmək üçün İnşaatçilar qəsəbəsində yerləşən evinə getməyi təklif edib. Samirə onun istəyi ilə razılaşıb və birlikdə həmin ünvana gediblər.

Bu zaman Səlim Məmmədov Samirəni aldadaraq mənzilə salıb və qapını bağlayıb. Səlim həmin evdə Samirənin sərbəst hərəkət etməsinə imkan verməyib, əl-qolunu bağlayaraq onu qanunsuz olaraq bir gün girov saxlayıb.

3 maddə ilə cinayət işi

İstintaq orqanı tərəfindən Səlim Məmmədovun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma), 145.1-ci (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə) və 150.1-ci (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddələri ilə ittiham elan edilib.

Cəza

Cinayət işi üzrə məhkəmə araşdırması Sumqayıt Şəhər Məhkəməsində aparılıb. Məhkəmənin hökmü ilə Səlim Məmmədov 3 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror Səlim Məmmədovun cəzasının ağırlaşdırılmasını istəyib.

Həmçinin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınan Səlim Məmmədovun da arvadı apelyasiya şikayəti verib. O, ərinin peşman olmadığını əsas gətirib, onun cəzasının ağırlaşdırılmasını tələb edib.

Cəza artırıldı

Tərəflərin şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara görə, zərərçəkmiş şəxsin apelyasiya şikayəti və prokurorluğun protesti təmin olunub. Səlim Məmmədovun cəzası ağırlaşdırılıb. Onun barəsində olan cəza artırılaraq 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Bundan başqa, Səlim Məmmədovun bəraət istəməsi barədə verdiyi apelyasiya şikayəti təmin olunmayıb. Bu qərardan narazı qalan Səlim Məmmədov kasasiya şikayəti verib.

Səlim Məmmədovun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Şikayət hakim Hafiz Nəsibovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Kasasiya şikayətini araşdıran hakimlər sonda qərar açıqlayıb. Qərara görə, Səlim Məmmədovun kasasiya şikayəti təmin olunmayıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 13232   Tarix: 20 dekabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Mehman Xəlilov son söz üçün vaxt istədi

7 yaşlı Fərid Bakarov cinayəti ilə bağlı məhkəmə araşdırması başa çatır. "Qafqazinfo"nun məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda təqsirləndirilən Mehman Xəlilovun vəkili müdafiə çıxışı edib. Vəkil Anar Qasımlı deyib ki, müvəkkilinin əməlinə görə həddə

14 mart
.

DTX-dən ƏMƏLİYYAT: Azərbaycanda girovda saxlanılan şəxsin azadolunma görüntüləri - VİDEO

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən transmilli mütəşəkkil cinayətkarlığa və qanunsuz miqrasiyaya qarşı həyata keçirilən mübarizə tədbirləri çərçivəsində Pakistan İslam Respublikasının vətəndaşları olan Ullah Naeem Xan Navvab və qeyrilərinin ölkə ərazisində adam oğurluğu il

15 mart
.

Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu

Bu gün saat 15:30 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində 199-cu il təvəllüdlü Sevil Əlillinin kəsilmiş-deşilmiş xəsarətlərlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin regional qrupundan -a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəl

26 mart
.

Azərbaycanlı gənc parkinqə görə adam öldürdü

Rusiyanın Moskva şəhərində qətl hadisəsi olub. yerli KİV-ə istinadla bildirir ki, hadisə aprelin 17-də axşam saatlarında Krasnodarskaya küçəsindəki binalardan birinin girişində baş verib. 25 yaşlı oğlan bıçaqlanaraq öldürülüb. Cinayətdə hadisə yerindən qaçan 22 yaşlı azərbaycanlı şübhəli bilinir. Münaqiş

18 aprel
.

Rusiyada azərbaycanlı qadın öldürüldü - Əri saxlanıldı

Rusiyanın Sankt-Peterburq şəhərində 27 yaşlı azərbaycanlı qadın qətlə yetirilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı "Mash на Мойке" teleqram kanalı yayıb. Qadının özündən 15 yaş böyük Araz adlı həyat yoldaşı tərəfindən qətlə yetirildiyi iddia edilir. Hadisənin qısqanclı

13 aprel
.

Əhməd Əhmədov təkrar müayinədən keçiriləcək - RƏSMİ

Fevral ayının 13-də bir ailənin beş nəfər üzvünün qəsdən öldürülməsinə dair Xətai Rayon Prokurorluğunda istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs Əhməd Əhmədovun barəsində təyin olunmuş komission məhkəmə-psixiatrik ekspertizasının 04.04.2024-cü il tarixli rəyinə əsasən, o cinayət əməlin

8 aprel
.

DƏHŞƏT: Yaşlı qadın azyaşlı nəvəsini boğaraq öldürdü - FOTO

Çeboksarıda (Rusiya) nənə özünü pis aparan doqquz yaşlı nəvəsini öldürüb. Məlumata görə, uşaq anası və nənəsinin yanında böyüyüb, atası ayrı yaşayıb. Bir gün əvvəl uşaq evdə nənəsi ilə qalıb. Ana işdən evə qayıdanda oğlunu ölü tapıb. 61 yaşlı nənə nəvəsini boğub. Bu hərəkətə səbəb oğlanın təqaüdçünü

13 aprel
.

DİN-dən Anastasiya ilə bağlı - Açıqlama

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş Anastasiya Bektimirova videomüraciət yayıb. DİN-in Mətbuat Xidmətindən -a verilən məlumata görə, vətəndaş Anastasiya Bektimirovanın müraciəti nəzarət

23 aprel
.

3 ay əvvəl hökm oxunan zabitlər azadlığa buraxıldı

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin çağırışçıları xidmətdən yayındırmağa görə məhkum edilmiş zabitləri azadlığa buraxılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi belə qərar qəbul edib. Üç ay əvvəl Bakı Hərbi Məhkəməsini

27 mart