"Ali Baş Komandan Milli Qəhrəman adına ən layiqli şəxsdir" - AÇIQLAMA
2003-cü ildən ölkə başçısı seçilən cənab Prezident İlham Əliyev 17 illik fəaliyyəti dövründə iqtisadi, siyasi, sosial sahələrlə yanaşı, həm də ordu quruculuğunda da çox mühüm işlər görərək, Silahlı Qüvvələrimizin müasir hərbi texnika ilə təmin edilməsi və yüksək döyüş qabiliyyətinə yiyələnməkləri istiqamətində lazım olan bütün addımları atıb. Məhz bu addımlar sayəsində Azərbaycan 44 günlük Vətən müharibəsində ərazi bütövlüyünü təmin edərək, şanlı qələbə əldə etdi.
Bununla bağlı Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib ki, cənab Prezident İlham Əliyev 17 illik fəaliyyəti ilə müstəqilliyimizi möhkəmləndirməklə yanaşı, 30 illik işğala da son qoydu:
"Cənab Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırdı. Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdı və 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrildi. Məhz buna görə də düşünürəm ki, Ali Baş Komandan cənab İlham Əliyev "Milli Qəhrəman" və "Vətən Müharibəsi Qəhrəmanı" adına ən layiqli şəxsdir. 44 günlük müharibədə bütün təzyiqlərə təkbaşına sinə gələn Ali Baş Komandan mərdliyi və qəhrəmanlığı ilə ərazi bütövlüyümüzün bərpasına nail oldu.
Bilirsniz ki, son 200 ildə Azərbaycan işğala və soyqırımlara məruz qalıb. Lakin cənab Prezidentin rəbərliyi ilə Azərbaycan illərlə beynəlxalq təşkilatlar tərəfindən gözardına vurulan hüquqlarını təmin edərək, öz torpaqlarını güc yolu ilə işğaldan azad etdi.
Bu gün artıq Azərbaycan yeni bir mərhələyə qədəm qoyur. Artıq bu mərhələdə gələcək nəsillərimiz müharibəsiz, firəvan və ərazi bütövlüyünü təmin edən qalib ölkədə yaşayacaq. Məncə, bundan qürurverici heç nə ola bilməz".
Deputat qeyd edib ki, cənab Prezident İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyəti dövlətimizin müstəqilliyinin möhkəmləndirilməsinə, hər bir Azərbaycan vətəndaşının yayayış şəraitinin yaxşılaşdırılamsına və onların sosial problemlərinin aradan qaldırılmasına yönəlib:
"Bilirsiniz ki, hər zaman şəhid ailələrinə və Qarabağ qazilərinə dövlətimiz tərəfindən xüsusi qayğı və diqqət göstərilib. 44 günlük Vətən müharibəsində şəhid olan və yaralanan qəhrəman oğullarımızın borclarının silinməsi, ermənilərin Gəncəyə, Bərdəyə, Tərtərə və digər rayonlara atdığı ballistik raketlər səbəbindən mülki əhaliyə dəymiş ziyanın ödənilməsi üçün dövlət tərəfindən vəsaitlərin ayrılması bu istiqamətdə atılan çox mühüm addımlardandır.
Bundan əlavə, bilirsiniz ki, pandemiya dövründə də dövlət işsiz vətəndaşlarımızı və sahibkarlarımızı tək qoymadı. Ümumiyyətlə, cənab Prezident 17 illik fəaliyyəti dövründə verdiyi bütün sözləri tutaraq, Azərbaycan xalqının etimadını tam olaraq doğruldub. Məhz ona görə də bu gün Azərbaycan xalqı cənab Prezidentin ətrafında bir yumruq kimi birləşərək uğurlu siyasətini dəstəkləyir. Ölkə başçısının apardığı uğurlu daxili və xarici siyasət nəticəsində bu gün irqindən, dinindən, milliyətindən asılı olamyaraq, hər kəs Azərbaycanda sülh və təhlükəsiz şəraitdə yaşayır. Bu gün Ali Baş Komandanın mərdliyi və əzmkarlığı sayəsində insanların üzərindən qaçqınlıq statusu götürülüb və onlar tezliklə öz doğma dədə-baba yurdlarına köçürüləcəklər. Tam olaraq ərazi bütövlüyünü bərpa edən Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə qədəm qoyub. Bu mərhələ dövlətimiz, xalqımız üçün daha uğurlu və firəvan olacaq".
Aysel Yusifqızı
Sonxeber.az


Şikayətiniz varsa Whatsapp: 055 3906818
Facebookda Paylaş