2020-nin ƏN UĞURLU SİYASƏTÇİSİ - Prezident İlham Əliyev - FOTOLAR

2020-nin ƏN UĞURLU SİYASƏTÇİSİ - Prezident İlham Əliyev - FOTOLARBu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin 59 yaşı tamam olur.

Ölkə başçısı yeni yaşını Müzəffər Ali Baş Komandan kimi qarşılayır. Artıq hər kəs onu 2020-ci ilin ən uğurlu siyasətçisi adlandırır.

* O, Ali Baş Komandan kimi "Dəmir yumruq" əməliyyatını həyata keçirərək Azərbaycan xalqını "Qalib xalq" edərək TARİX YAZDI.

* Pandemiya dövrü, iqtisadi çətinliklər zamanında İlham Əliyev Ali Baş Komandan kimi Vətən müharibəsinə rəhbərlik etdi, 28 il işğalda qalan torpaqlar analoqu olmayan bir hərbi əməliyyatla düşməndən alındı! Onun məqsədyönlü siyasətinin məntiqi yekunu olaraq, 44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin, Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad edib.

*Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynayıb, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnib, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur edib.

* Qafqazda son 30 ilin ən uğurlu siyasətçisi hesab edilən İlham Əliyev dünyanın ən çox danışılan, medianın ən çox müraciət etdiyi liderlərdən biri, bəlkə də birincisi oldu (müharibə dövrü 30-dək ən müxtəlif ölkələrin telekanallar və qəzetlərinə verdiyi müsahibələri yada salmaq kifayətdir).

Sonxeber.az Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edir və bu dahi insanın həyatı, təltif və ordenləri barədə məlumatı təqdim etdikdən sonra onun son zamanlarda ən çox sevilən və müzakirə olunan fotolarını oxuculara təqdim edir:

2020-nin ƏN UĞURLU SİYASƏTÇİSİ - Prezident İlham Əliyev - FOTOLAR***

İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub.

1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb.

1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) təhsil alıb. MDBMİ-ni bitirdikdən sonra, 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub.

1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb və 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub.

1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib.

1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. Ümummilli lider Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib.

1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib.

1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir.

1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib.

2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin yanvar ayında isə Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib.

2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub. Bununla əlaqədar deputat səlahiyyətlərinə xitam verilib.

İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib.

2004-cü ildə Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü diplomu və medalı ilə təltif edilib.

2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.

2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə isə seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.

2018-ci il aprelin 11-də keçirilən seçkilərdə də İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilir.

Evlidir. Üç övladı, beş nəvəsi var.

TƏLTİFLƏR VƏ FƏXRİ ADLARIN SİYAHISI

Ordenlər

Rumıniyanın "Rumıniya Ulduzu" ordeni (11 oktyabr 2004-cü il)

Səudiyyə Ərəbistanı Krallığının "Kral Əbdüləziz" ordeni (8 mart 2005-ci il)

Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının I dərəcəli Aleksandr Nevski ordeni (11 aprel 2005-ci il)

Azərbaycan Respublikasının "Heydər Əliyev" ordeni (28 aprel 2005-ci il)

Rus Pravoslav Kilsəsinin I dərəcəli Müqəddəs Serqi Radonejski ordeni (14 sentyabr 2005-ci il)

Qafqaz Müsəlmanları İdarəsinin "Şeyxülislam" ordeni (22 dekabr 2005-ci il)

Fransa Respublikasının "Fəxri Legionun Böyük Xaç Komandoru" ordeni (29 yanvar 2007-ci il)

Polşa Respublikasının "Xidmətlərə görə" Böyük Xaç ordeni (26 fevral 2008-ci il)

Ukraynanın 1 dərəcəli "Knyaz Yaroslav Mudrı" ordeni (22 may 2008-ci il)

Küveyt Dövlətinin "Mübarək əl-Kəbir" ordeni (10 fevral 2009-cu il)

Latviya Respublikasının "Üç Ulduz" ordeninin "Böyük Xaç Kavaleri" dərəcəsi (10 avqust 2009-cu il)

Rus Pravoslav Kilsəsinin "I dərəcəli Şöhrət və Şərəf" ordeni (24 aprel 2010-cu il)

Rumıniyanın "Sadiq Xidmət" milli ordeninin Böyük Xaç ranqı (18 aprel 2011-ci il)

Rumıniyanın "Sadiq Xidmət" milli ordeni (18 aprel 2011-ci il)

Bolqarıstan Respublikasının "Stara Planina" ordeni (14 noyabr 2011-ci il)

Tacikistan Respublikasının "İsmoili Somoni" ordeni (12 iyul 2012-ci il)

Belarusun "Xalqlar dostluğu" ordeni (28 avqust 2012-ci il)

Türkiyə Respublikasının "Dövlət nişanı" ordeni (12 noyabr 2013-cü il)

Ukraynanın "Azadlıq" ordeni (18 noyabr 2013-cü il)

Fəxri elmi adlar

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun fəxri doktoru (7 fevral 2004-cü il)

Lev Qumilyov adına Qazaxıstan Dövlət Avrasiya Universitetinin fəxri professoru və "Qızıl döyüşçü" medalı (1 mart 2004-cü il)

Türkiyənin Qırıqqala Universitetinin fəxri doktoru (25 mart 2004-cü il)

Türkiyənin Bilkənd Universitetinin fəxri doktoru və İhsan Doğramacı adına Dünya Sülh Mükafatı (14 aprel 2004-cü il)

Rumıniyanın Ployeşti Neft-Qaz Universitetinin fəxri doktoru (12 oktyabr 2004-cü il)

Bolqarıstan Milli və Dünya Təsərrüfatı Universitetinin fəxri professoru (23 sentyabr 2005-ci il)

Koreya Respublikasının Kyunq He Universitetinin fəxri doktoru (24 aprel 2007-ci il)

İordaniya Universitetinin fəxri doktoru (29 iyul 2007-ci il)

Macarıstanın Korvinus Universitetinin fəxri doktoru (18 fevral 2008-ci il)

Moskva Dövlət Universitetinin fəxri professoru (21 fevral 2008-ci il)

Taras Şevçenko adına Kiyev Milli Universitetinin fəxri doktoru (22 may 2008-ci il)

Məxdumqulu adına Türkmənistan Dövlət Universitetinin fəxri professoru (28 noyabr 2008-ci il)

Bakı Dövlət Universitetinin fəxri doktoru (2 noyabr 2009-cu il)

Belarus Dövlət Universitetinin fəxri professoru (12 noyabr 2009-cu il)

Tacikistan Milli Universitetinin fəxri doktoru (16 oktyabr 2014-cü il)

Çinin Renmin Universitetinin "Tarix üzrə fəxri professor" diplomu (11 dekabr 2015-ci il)

İdman təşkilatlarının mükafatları

Dünya Taekvondo Federasiyasının 6-cı Dan Qara kəməri və sertifikatı (10 oktyabr 2003-cü il)

Beynəlxalq Güləş Federasiyasının (FİLA) xüsusi mükafatı (3 aprel 2004-cü il)

Beynəlxalq Olimpiya Komitəsinin "Olimpiya" ordeni (19 aprel 2004-cü il)

Avropa Həvəskar Boks Assosiasiyasının xüsusi mükafatı (1 may 2004-cü il)

Beynəlxalq Hərbi İdman Şurasının "Böyük Kordon" Şərəf ordeni (27 may 2005-ci il)

MDB Ölkələri İdman Təşkilatlarının Beynəlxalq Konfederasiyasının Fərqlənmə nişanı (26 sentyabr 2005-ci il)

Beynəlxalq Güləş Federasiyasının (FİLA) "İdman əfsanəsi" medalı (17 sentyabr 2007-ci il)

Belarus Milli Olimpiya Komitəsinin ali mükafatı (26 oktyabr 2007-ci il)

Azərbaycan Milli Olimpiya Komitəsinin "Olimpiya" ordeni (27 dekabr 2007-ci il)

Ümumdünya Karate Federasiyasının Fəxri 9-cu Dan dərəcəsinin diplomu (20 mart 2008-ci il)

Avropa Ədalətli Oyunlar Hərəkatının "Şərəf" nişanı (15 may 2009-cu il)

Beynəlxalq Paralimpiya Komitəsinin ali paralimpiya mükafatı (26 iyun 2015-ci il).
2020-nin ƏN UĞURLU SİYASƏTÇİSİ - Prezident İlham Əliyev - FOTOLAR2020-nin ƏN UĞURLU SİYASƏTÇİSİ - Prezident İlham Əliyev - FOTOLAR2020-nin ƏN UĞURLU SİYASƏTÇİSİ - Prezident İlham Əliyev - FOTOLAR2020-nin ƏN UĞURLU SİYASƏTÇİSİ - Prezident İlham Əliyev - FOTOLAR2020-nin ƏN UĞURLU SİYASƏTÇİSİ - Prezident İlham Əliyev - FOTOLAR2020-nin ƏN UĞURLU SİYASƏTÇİSİ - Prezident İlham Əliyev - FOTOLAR2020-nin ƏN UĞURLU SİYASƏTÇİSİ - Prezident İlham Əliyev - FOTOLAR2020-nin ƏN UĞURLU SİYASƏTÇİSİ - Prezident İlham Əliyev - FOTOLAR2020-nin ƏN UĞURLU SİYASƏTÇİSİ - Prezident İlham Əliyev - FOTOLAR2020-nin ƏN UĞURLU SİYASƏTÇİSİ - Prezident İlham Əliyev - FOTOLAR2020-nin ƏN UĞURLU SİYASƏTÇİSİ - Prezident İlham Əliyev - FOTOLAR2020-nin ƏN UĞURLU SİYASƏTÇİSİ - Prezident İlham Əliyev - FOTOLAR2020-nin ƏN UĞURLU SİYASƏTÇİSİ - Prezident İlham Əliyev - FOTOLAR2020-nin ƏN UĞURLU SİYASƏTÇİSİ - Prezident İlham Əliyev - FOTOLAR2020-nin ƏN UĞURLU SİYASƏTÇİSİ - Prezident İlham Əliyev - FOTOLAR2020-nin ƏN UĞURLU SİYASƏTÇİSİ - Prezident İlham Əliyev - FOTOLAR2020-nin ƏN UĞURLU SİYASƏTÇİSİ - Prezident İlham Əliyev - FOTOLAR2020-nin ƏN UĞURLU SİYASƏTÇİSİ - Prezident İlham Əliyev - FOTOLAR2020-nin ƏN UĞURLU SİYASƏTÇİSİ - Prezident İlham Əliyev - FOTOLAR2020-nin ƏN UĞURLU SİYASƏTÇİSİ - Prezident İlham Əliyev - FOTOLAR2020-nin ƏN UĞURLU SİYASƏTÇİSİ - Prezident İlham Əliyev - FOTOLAR2020-nin ƏN UĞURLU SİYASƏTÇİSİ - Prezident İlham Əliyev - FOTOLAR2020-nin ƏN UĞURLU SİYASƏTÇİSİ - Prezident İlham Əliyev - FOTOLAR2020-nin ƏN UĞURLU SİYASƏTÇİSİ - Prezident İlham Əliyev - FOTOLAR2020-nin ƏN UĞURLU SİYASƏTÇİSİ - Prezident İlham Əliyev - FOTOLAR2020-nin ƏN UĞURLU SİYASƏTÇİSİ - Prezident İlham Əliyev - FOTOLAR2020-nin ƏN UĞURLU SİYASƏTÇİSİ - Prezident İlham Əliyev - FOTOLAR2020-nin ƏN UĞURLU SİYASƏTÇİSİ - Prezident İlham Əliyev - FOTOLAR2020-nin ƏN UĞURLU SİYASƏTÇİSİ - Prezident İlham Əliyev - FOTOLAR2020-nin ƏN UĞURLU SİYASƏTÇİSİ - Prezident İlham Əliyev - FOTOLAR2020-nin ƏN UĞURLU SİYASƏTÇİSİ - Prezident İlham Əliyev - FOTOLAR2020-nin ƏN UĞURLU SİYASƏTÇİSİ - Prezident İlham Əliyev - FOTOLAR2020-nin ƏN UĞURLU SİYASƏTÇİSİ - Prezident İlham Əliyev - FOTOLAR2020-nin ƏN UĞURLU SİYASƏTÇİSİ - Prezident İlham Əliyev - FOTOLAR2020-nin ƏN UĞURLU SİYASƏTÇİSİ - Prezident İlham Əliyev - FOTOLAR2020-nin ƏN UĞURLU SİYASƏTÇİSİ - Prezident İlham Əliyev - FOTOLAR2020-nin ƏN UĞURLU SİYASƏTÇİSİ - Prezident İlham Əliyev - FOTOLAR2020-nin ƏN UĞURLU SİYASƏTÇİSİ - Prezident İlham Əliyev - FOTOLAR2020-nin ƏN UĞURLU SİYASƏTÇİSİ - Prezident İlham Əliyev - FOTOLAR2020-nin ƏN UĞURLU SİYASƏTÇİSİ - Prezident İlham Əliyev - FOTOLAR2020-nin ƏN UĞURLU SİYASƏTÇİSİ - Prezident İlham Əliyev - FOTOLAR2020-nin ƏN UĞURLU SİYASƏTÇİSİ - Prezident İlham Əliyev - FOTOLAR2020-nin ƏN UĞURLU SİYASƏTÇİSİ - Prezident İlham Əliyev - FOTOLAR2020-nin ƏN UĞURLU SİYASƏTÇİSİ - Prezident İlham Əliyev - FOTOLAR2020-nin ƏN UĞURLU SİYASƏTÇİSİ - Prezident İlham Əliyev - FOTOLAR2020-nin ƏN UĞURLU SİYASƏTÇİSİ - Prezident İlham Əliyev - FOTOLAR2020-nin ƏN UĞURLU SİYASƏTÇİSİ - Prezident İlham Əliyev - FOTOLAR2020-nin ƏN UĞURLU SİYASƏTÇİSİ - Prezident İlham Əliyev - FOTOLAR2020-nin ƏN UĞURLU SİYASƏTÇİSİ - Prezident İlham Əliyev - FOTOLAR2020-nin ƏN UĞURLU SİYASƏTÇİSİ - Prezident İlham Əliyev - FOTOLAR


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1314   Tarix: 24 dekabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan və Ermənistan demarkasiya xəttində sərhəd xidmətlərinin fəaliyyəti necə təşkil olunacaq?

Azərbaycan və Ermənistan sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan il

19 aprel
.

Prezident: "Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar"

"Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumd

23 aprel
.

İlham Əliyev Çinlə əməkdaşlıqdan DANIŞDI

"Bizim "Vahid Çin" siyasətinə yanaşmamız çinli tərəfdaşlarımıza yaxşı məlumdur. Çin isə hər zaman Azərbaycanın ərazi bütövlüyünə dəstək verib. Bu, hər zaman əməkdaşlığımız əsasını təşkil edib". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də AD

23 aprel
.

"Fransız deputatlar Azərbaycan əleyhinə qarayaxma kampaniyasında oyuncağa çevrilib" - Politoloq

Fransa Azərbaycandakı səfirini geri çağırıb. Bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. "Fransa Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib", - məlumatda vurğulanıb. Səfir Ann Buayonun artıq Fransada olduğu və prezident Emmanuel Makronun diplomat

18 aprel
.

Erməni xüsusi təyinatlılar Azərbaycana təhvil veriləcək kəndə daxil oldular - YENİLƏNİB - VİDEO

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) xüsusi təyinatlıları Azərbaycana təhvil veriləcək Qazaxın Aşağı Əskipara kəndinə gəliblər. Bununla bağlı erməni "Telegram" kanallarında videogörüntülər yayılıb. Qeyd edək ki, Azərbaycana qaytarılması nəzərdə tutulan Qazaxın Aşağı Əskipara kəndind

22 aprel
.

Daha bir ölkə ilə Azərbaycan arasında VİZA rejimi ləğv edilir

Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir. APA-nın xəbərinə görə, bu barədə qanun layihəsi bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin onlayn iclasında müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra "Azərbaycan Respublikası Hökuməti ilə Albaniy

17 aprel
.

Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər

Azərbaycan və Ermənistan anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbayca

19 aprel
.

Prezident İlham Əliyev Rusiyada səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə aprelin 22-də Moskvaya işgüzar səfərə gedib. xəbər verir ki, Moskvanın Vnukovo-2 beynəlxalq hava limanında dövlətimizin başçısını Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və digə

22 aprel
.

Paşinyan delimitasiyanın birinci mərhələsi ilə bağlı razılaşmaları şərh edib

"Azərbaycan və Ermənistan ilk dəfə olaraq problemi danışıqlar masası arxasında həll ediblər". Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan delimitasiyanın birinci mərhələsi ilə bağlı razılaşmaları şərh edərkən jurnalistlərə açıqlamasında bildirib. "İstəməzdim ki, baş verənlərə ço

20 aprel