Məşhurlarımız 2021-ci ili belə qarşıladılar - FOTOLAR

Məşhurlarımız 2021-ci ili belə qarşıladılar - FOTOLARUzun illər sonra şou nümayəndələri Yeni ili ilk dəfə ailələri ilə, evlərində qarsalayıblar. Dünyanı cənginə alan koronovirus infeksiyasının qarşısının alınması məqsədilə restoranların bağlanması sənət adamlarını da işsiz qoyub. Tanınmışlar 2021-ci ili qarşılama anlarının görüntüsünü sosial şəbəkədə yayımlayıb.

Sonxeber.az Axşam.az-a istinadən məşhurların Yeni il fotolarını və arzularını təqdim edir:

Xalq artisti Miri Yusif ailəsi ilə olan şəklini yayımlayaraq bu sözləri yazıb:

"Həyatımızın ən çətin ilini geridə qoyduq. Amma bu il çətinliklə birlikdə bizə böyük qələbə gətirdi. Uğrunda minlərlə şəhidin canından keçdiyi, minlərlə əsgərin şücaət göstərdiyi, minlərlə qazinin başımızı ucaltdığı ağır və şərəfli bir qələbə. Ali Baş Komandanımızın ətrafında daha sıx birləşdik, gücləndik, qalib olduq. Bu gün hər birimiz həmrəyliyimizi şanlı qələbəmizə borcluyuq. Həmrəyliyimiz daimi olsun, əziz həmvətənlərim!".

Məşhurlarımız 2021-ci ili belə qarşıladılar - FOTOLARMüğənni Roza Zərgərli də bayramı övladları ilə birlikdə keçirdiyi fotosunu sosial şəbəkədə yayımlayıb və ürək sözlərini bölüşüb:

"Yola saldığımız il yaddaşımıza şanlı zəfər ili kimi əbədi həkk olunacaq. Bu zəfərin qazanılmasında xalqımızın sarsılmaz birliyi, həmrəyliyi, qətiyyəti və iradəsi müstəsna rol oynayıb. Qoy, bütün məsələlərin öhdəsindən uğurla gəlməyimizə imkan yaradan birliyimiz günü-gündən möhkəmlənsin. Tanrıdan hər birinizə möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik, Vətənimizə - sülh, əmin-amanlıq və tərəqqi diləyirəm".

Məşhurlarımız 2021-ci ili belə qarşıladılar - FOTOLARAparıcı Xoşqədəm Hidayətqızı ailə fotosunu yayımlayaraq "2020-nin son fotolarından olsun. Bu il nələr yaşadıq nələr... Kədərlə sevincin bir arada yaşandığını ilk dəfə gördüm və yaşadım. Covid 19 bəlası ilə savaşdığımız bu dönəmdə az qala hər gün bir insanımızı itirdiyimiz vaxtda Qarabaş savaşımız başladı. Tez bitməsini istədiyimiz 2020-ci il qələbə ili kimi tariximizə düşdü. Buna görə də 2020-ci ilə minnətdaram, torpaq həsrətimiz məhz bu ildə bitdi" sözlərini vurğulayıb.

Məşhurlarımız 2021-ci ili belə qarşıladılar - FOTOLARRəqqasə Fatimə Fətəliyeva isə bayramı Salyanda keçşirib. "Ailəmlə oğlumun ata yurdunda Salyanda doğmalarımızla siçan ili ilə sağollaşdıq. Yeni gələn ilimiz düşərli olsun. Allah Hüseynimin babasına da rəhmət eləsin. Hər zaman övladlarımı xoşbəxt görüm" deyə, sənətçi vurğulayıb.

Məşhurlarımız 2021-ci ili belə qarşıladılar - FOTOLARAktrisa Xəyalə Quliyeva isə 2020-ci ilin ondan anasını aldığını bildirib:

"Bu dünyada şirin şey bir anadır, bir vətən... Uşaqlıqdan dilimizin əzbəri olan bu sözlər... 2020 vətən sevincini yaşatdı, torpaqlarımız işğaldan azad olundu. Amma bunun sevincini tam yaşaya bilmədən, anamı aldı. İki şirinliyi bir arada duya bilmədim. Bu səbəbdən 2020-ci ildən nə razıyam, nə narazı. 2021-ci il hamımıza düşərli olar. Qadasız-bəlasız, xəstəliksiz, ölümsüz-itimsiz, şad-xürrəm bir il arzulayıram hamınıza! 2021-ci il, lütfən, hamıya sağlamlıq gətir".

Məşhurlarımız 2021-ci ili belə qarşıladılar - FOTOLARAktyor Nicat Rəhimov "Bu il hər birimiz üçün həm kədərli, həm qürurdolu oldu. Bu il hər birimizi sınadı: kimi ruzu, kimi xəstəlik, kimi itki ilə. Amma bəxş etdikləri də az olmadı: vətənimizə qovuşdurdu. Hər kəsə arzu edirəm ki, hər gələn ildə ötən ili yada salanda üzümüz yalnız gülsün" sözləri ilə izləyicilərini təbrik edib.

Məşhurlarımız 2021-ci ili belə qarşıladılar - FOTOLARMüğənni Elnarə Xəlilova isə yeni şəklini yayımlayaraq "Bizi tək bu gün deyil, bundan sonra hər gün həmrəy görmək istəyirəm! Sizi çox sevirəm və hər birimizin bundan sonra çox xoşbəxt və firəvan yaşamağını diləyirəm. Biz sağlam və xoşbəxt yaşamağa layiq xalqıq və bunu qazanmışıq. Hər zaman belə firəvan və xoşbəxt yaşamaq arzusu ilə. Neçə bundan da gözəl illərə".

Məşhurlarımız 2021-ci ili belə qarşıladılar - FOTOLAR


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 4255   Tarix: 01 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Sənubər İsgəndərli aparıcılıq edəcək

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündür başlayıb. Yaxın günlərd

17 sentyabr 2021
.

Ağır vəziyyətdə olan Səyyad Əlizadə başqa xəstəxanaya köçürülür?

Koronavirusa yoluxan Səyyad Əlizadənin vəziyyəti ağır olaraq qalır. Bu barədə -a müğənninin qohumu Razim Qarayev məlumat verib. O bildirib ki, sənətçini Mərkəzi Gömrük Hospitalına köçürmək istəyirlər:. "Hazırda S.Əlizadə süni koma vəziyyətində saxlanılır. Vəziyyətində heç bir irəliləyiş yoxdur

16 sentyabr 2021
.

Qızı Rəşad İlyasovu sevindirdi

Əməkdar artist Rəşad İlyasovun qızı universitetə daxil olub. xəbər verir ki, bu haqda müğənni özü məlumat yayıb. "Dostlar, təbrik edə bilərsiniz. İkinci dəfə tələbə atası oldum" deyə, ifaçı övladı ilə fotosuna yazıb. Qeyd edək ki, R.İlyasovun bir oğlan övladı da var

4 sentyabr 2021
.

Britni Spirs bu şəxslə nişanlandı - FOTO

Amerikalı məşhur ifaçı Britni Spirs 27 yaşlı fitnes məşqçisi Sem Asqari ilə nişanlandığını açıqlayıb. Pop janrın ən məşhur simalarından biri olan 39 yaşlı müğənni öz "Instagram" səhifəsində barmağında üzüklə video paylaşıb. Britni Spirs paylaşımında qeyd edib ki, baş verənlərə hələ də inan

13 sentyabr 2021
.

Flora Kərimova: "Ona heç vaxt rəhmət oxumadım" - VİDEO

BAKU.TV-də yayımlanan "O Kimdir?" verilişinin növbəti qonağı Xalq artisti Flora Kərimovadır. Bağışlamağı bacarmadığını deyən Flora Kərimova mərhum Xalq artisti İlhamə Quliyeva ilə olan mübahisələrdən bəhs edib, ona ilk dəfə rəhmət diləyib. Xalq artisti söhbət zamanı həyatının ən ağır məqamlarından

14 sentyabr 2021
.

"Polad Alemdar"ın "İmam Mehdi" olduğunu iddia edən səs yazısı YAYILDI - VİDEO

Bir zamanlar Türkiyənin ən reytinqli seriallarından biri olan "Kurtlar Vadisi Pusu"nun "Polad Alemdar"ı yenidən gündəmə gəlib. Unikal.org xəbər verir ki, Necati Şaşmaz bir müddətdir ki, özünü "İmam Mehdi" olduğunu idda edir. Hətta onun bunula bağlı səs yazısı ortaya çıxıb

6 sentyabr 2021
.

Müğənnilikdən əvvəl qabyuyan, fəhlə, satıcı işləyən MƏŞHURLAR - FOTO

Bu gün tanınmış şou-biznes nümayəndələri vaxtilə başqa peşə ilə məşğul olublar. Onlar arasında qabyuyan, tibb bacısı, idmançı, satıcı, fəhlə, mühafizəçi kimi çalışanlar da var. xəbər verir ki, "Mtv" kanalı bu haqda araşdırma apararaq tanınmışların keçmiş sənətini öyrənib. Vaxt var idi, onla

8 sentyabr 2021
.

Məşhur müğənni koronavirusdan vəfat etdi

Şri-Lankanın məşhur vokalisti və bəstəkarı, "The Gypsies" qrupunun ifaçısı Sunil Perera 68 yaşında vəfat edib. Axşam.az-a istinadən xəbər verir ki, müğənni bu gün müalicə aldığı xəstəxanada koronovirusdan dünyasını dəyişib. Ötən ay COVID-19 testi pozitiv çıxan Sunil xəstəxanaya yerləşdirilib

6 sentyabr 2021
.

Murad Dadaşov inanılmaz dərəcədə ARIQLADI - FOTO

Xalq artisti. Xəzər TV-nin prezidenti Murad Dadaşovdan xəbər var. -a istinadən xəbər verir ki, sosial şəbəkələrdə Murad Dadaşovun yeni fotosu yayılıb. Fotodan Muradın inanılmaz dərəcədə arıqlaması diqqət çəkib. lakin izləyiciləri onun əvvəlki görünüşün daha çox yaraşdığını qeyd edib. Həmin fotonu təqdi

7 sentyabr 2021