İsveçrə erməniləri SOCAR-a qarşı: Təbliğat müharibəsi davam edir

İsveçrə erməniləri SOCAR-a qarşı: Təbliğat müharibəsi davam edirYerli sağçılar erməniyə dəstək verən solçularla razılaşmır

Ermənistan-Azərbaycan savaşı həm də informasiya müharibəsi ilə müşayiət olundu. İnformasiya, -antitəbliğat savaş dünyanın dörd tərəfində gedirdi.

Azərbaycana bağlı bir çox şirkətlər də bu savaşa qatılmışdı. Ən çox yaddaqalanını xatırladım. Moskvanın ən böyük meyvə-tərəvəz bazarı olan "Fud siti"də ("Food City") Ermənistandan gətirilən məhsullara qarşı boykot aksiyası keçirilməsi Bakıda və İrəvanda ciddi rezonans doğurdu. Bu qərarı verənlər "Fud siti" sahibləri professor İlham Rəhimovla Azərbaycan mənşəli yəhudi biznesmen Qod Nisanov idilər. Şübhəsiz ki, biznes fəaliyyətlərini təhlükə altına ataraq ermənilərə qarşı iqtisadi savaşa başlamaq hünər istəyirdi. Bu məsələ ilə bağlı Azərbaycanda çox yazılıb. Ancaq diqqətdən kənarda qalan şirkətlərimiz də var. Bu yazıda ermənilərə qarşı savaşa qalxan başqa bir şirkətimiz haqqında məlumat verəcəyik. Söhbət Azərbaycanın ən böyük dövlət şirkəti olan SOCAR-dan gedir.

İsveçrə erməniləri SOCAR-a qarşı: Təbliğat müharibəsi davam edir"İsveçrədə həyata keçirilən milyard dollarlıq sövdələşmələr Azərbaycanın müharibə kassasını necə doldurur? "Ermənistana inanmayın!": SOCAR Ermənistana qarşı əks-təbliğat aparır. Neft şirkətinin İsveçrədəki mərkəzi ofisi Cenevrədə yerləşir və Azərbaycan şirkəti İsveçrədə milyardlar qazanır".
İsveçrənin "bazonline.ch" saytı belə yazır. Məqalənin müəllifi Markus Häfliger vurğulayır ki, SOCAR İsveçrədə Ermənistana qarşı davakar təbliğat aparır. Müharibəni təbliğ edir. Bu isə neytral İsveçrə üçün qəbuledilməzdir: "Azərbaycan ilə Ermənistan arasında müharibə başlayan gündən SOCAR öz Facebook səhifəsində qonşu ölkəyə qarşı əks-təbliğat aparır və ermənilərə nifrət yağdırır. Məsələn, SOCAR-ın səhifəsində oxuyuruq: "Erməni faşizmini durdurun! Ermənilərə inanmayın! Erməni işğalını durdurun! Qarabağ Azərbaycandır!"

Müəllif yazır ki, müharibə təbliğ edən belə bir şirkətin İsveçrə ilə ciddi əlaqələri var. Hətta iddia olunur ki, SOCAR-ın İsveçrədə əldə etdiyi qazanc Azərbaycanda əldə etdiyindən çoxdur. Şirkətin rəsmi hesabatına əsasən 2019-cü ildə 36 milyard dollarlıq ticarət əməliyyatı keçirilib. Bu əməliyyatın 76 faizi İsveçrənin payına düşür.

Əsasən solçular SOCAR-ın bu tövrünə qarşı çıxır. Çenevrə kantonunu İsveçrə parlamentində təmsil edən Karlo Sommaruqa (Carlo Sommaruga) deyir ki, bu şirkətin müharibə təbliğatı aparması bizlərə şok yaşatdı. Parlament birmənalı şəkildə bəyan etməlidir ki, SOCAR-ın bu cür davranışı İsveçrə üçün qəbuledilməzdir.

Onun həmkarı Yves Nidegger isə qeyd edir ki, müharibə ilə bağlı hər iki tərəf eyni yanaşma sərgiləyib. Süni şəkildə onların birini qabartmaq doğru deyil: "Solçular İsveçrədə yaxşı fəaliyyət göstərən hər şeyi məhv etmək istəyirlər".

İsveçrə erməniləri SOCAR-a qarşı: Təbliğat müharibəsi davam edirGöründüyü kimi, yerli sağçılar SOCAR-ı müdafiə edirlər. İsveçrədə sağçılar solçulara nisbətdə daha güclüdür. Yazıda Qubad İbadoğlunun fikirlərinə də yer verilib. O da SOCAR-ı korrupsioner bir şirkət kimi təqdim edib.

Məqalədə o da qeyd olunur ki, SOCAR—ın İsveçrədə 200 yanacaqdoldurma məntəqəsi var. Orada 800 nəfər isveçrəli çalışır.
Məqalədə vurğulanır ki, SOCAR-ın İsveçrədə qazandığı milyardlar Azərbaycanı ən müasir silahlarla təmin edir. Bu təminat isə ermənilərə baha başa gəldi.

İsveçrə saytı təqdim etdiyi məqaləyə karikatura da əlavə edib. Karikatura da İsveçrədə qazanılan pulların Azərbaycan tərəfindən silah almaq üçün sərf olunduğunu əks etdirir.

Son olaraq onu da deyək ki, SOCAR İsveçrədə ciddi nüfuza sahibdir. İsveçrənin ictimai həyatında yaxından iştirak edir. Ölkədə həyata keçən bir çox sosial layihələrə verdiyi dəstəklə tanınır.

Elbəyi Həsənli, Sürix
Musavat.com üçün


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 1489   Tarix: 07 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda problemli kreditlər artıb

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il avqustun 1-nə 937,5 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ayla müqayisədə 2,5 % çox, ilin əvvəlinə nisbətən 5 % çoxdur. Problemli kreditlər son 1 ildə isə 11,8 % azalıb

25 avqust 2021
.

Uşaqlarda qripin ilkin əlamətlərində nə etməli?

Uşaqlarda qripin ilkin әlamәtlәri qeyd olunduğu zaman bol maye qәbulu tәmin edilmәli, hәmçinin qidalanmasında sulu yemәklәrә üstünlük verilmәli, südәmәr körpәdirsә tez-tez әmizdirilmәlidir. Burun tәnәffüsünü açıq tutmaq üçün burun tәmizliyi vacibdir. Belә ki, hәyatının ilk aylarında olan körpәlәrdә fizioloj

2 iyun 2021
.

Bitkoinin qiyməti 42 min dollara yaxınlaşdı

Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti 41 840 ABŞ dollarına çatıb. xəbər verir ki, kriptovalyuta son 24 saat ərzində 7,94 %, son 7 gün ərzində isə 23,40 % bahalaşıb. Nəticədə onun kapitallaşması 783,73 milyard dollara çatıb. Kapitallaşmaya görə 2-ci pillədə qərarlaşan "Ethereum"u

1 avqust 2021
.

"Elmlər Akademiyası" stansiyasının pəncərələrinə 5,3 mln manat xərclənəcək

"Bakı Metropoliteni" QSC "Elmlər Akademiyası" stansiyasının inzibati binasının 5-ci mərtəbəsində pəncərələrin hazırlanıb quraşdırılması işləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Nimex"

25 avqust 2021
.

Azərbaycanda sosial ödənişlər nə qədər artıb?

Azərbaycanda son üç ildə sosial ödənişlər 2 400 00 00 manat və ya 60 faiz artaraq 6 400 00 00 manata çatıb, Dövlət Sosial Müdafiə Fonduna büdcədən transfert 40 faizdən 25 faizə enib. -ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ilin ilk yarısının yekununa dair keçirilə

31 iyul 2021
.

20 qəpiyə alınıb 80 qəpiyə satılan pomidor - Niyə bu qədər fərq var? - VİDEO

Saatlıda pomidor yığımı davam edir. 2 həftədir sahədən məhsul yığılır və indiyədək 30 ton məhsul tədarük edilib. Xəzər TV-yə istinadən xəbər verir ki, məhsul bol olsa da, qiymətlər aşağıdır. Hazırda sahədə pomidorun kiloqramı 20 qəpiyə satılır. Bu isə təsərrüfat sahiblərini qane etmir. Çəkilən xərcl

26 iyul 2021
.

Toylara icazənin verilməsi qızıl bazarına necə təsir edəcək? - AÇIQLAMA

Xəbər verdiyimiz ki, iyulun 1-dən ölkəmizdə toylara icazə verilib. Bu, təbii ki, qızıl satışının artımı deməkdir. Bəs qızıl satışında uzunmüddətli durğunluqdan sonra bahalaşma ola bilərmi?. Məsələ ilə bağlı -a açıqlama verən iqtisadçı-ekspert Elmir Səfərli bildirib ki, qızıl satışında bahalaşma gözlənilmir:

6 iyul 2021
.

Azərbaycanda dollar yenidən bahalaşır? - AÇIQLAMA

Son günlər ərzində bankların dollar satışında qoyudğu məhdudiyyətlər cəmiyyətdə müəyyən aajiotaja səbəb olub. Əhali arasında yenidən devalvasiyanın olması ilə bağlı müəyyən narahatlıq var. Bəs görəsən bu narahatlığa ciddi əsas varmı? Devalvasiya təhülkəsi gözlənilirmi?. Mövzu ilə bağlı -ın sualların

6 may 2021
.

Ceyhan limanından nə qədər BTC nefti nəql olunub?

Bu ilin yanvar-iyul ayları ərzində Bakı-Tiflis-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən "BOTAS International Limited" (BIL) şirkəti Ceyhan terminalından 113,8 milyon barrel xam neft nəql edib. xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb. Bu həcmdə xa

31 iyul 2021