Ombudsman işğaldan azad olunmuş ərazidə saxlanılan şəxslə görüşüb

Ombudsman işğaldan azad olunmuş ərazidə saxlanılan şəxslə görüşübAzərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində saxlanılan şəxslərin saxlanma şəraiti, onların hüquqlarının təmini vəziyyəti araşdırılır, başçəkmələr çərçivəsində yerində yoxlanılır.

Ombudsman Aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr sektorundan Sonxeber.az-a verilən məlumata görə, Ombudsman tərəfindən həyata keçirilən növbəti başçəkmə zamanı Ermənistandan olan və Azərbaycanın işğaldan azad olunmuş ərazisində müəyyən edilərək saxlanılan A.Q. da konfidensial qaydada qəbul edilib.

İnsan Hüquqları üzrə Müvəkkil tərəfindən həmin şəxsin müraciətləri dinlənilib, ona öz dilində qanunvericilik aktları təqdim edilməklə hüquqları izah olunub.

Hər hansı bir fərq qoyulmadan həmin şəxsə münasibətdə beynəlxalq hüquq normalarına, xüsusilə də Cenevrə Konvensiyalarının müddəalarına riayət edildiyi, hüquqlarının, lazımi tibbi və psixoloji xidmətin təmin olunduğu müşahidə edilib.

O, saxlanma şəraitindən və onunla rəftardan, qidalanmadan, tibbi xidmətdən razılıq etməklə yanaşı, göstərilən münasibətə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib.

BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunan, Ombudsmanın Milli Preventiv Qrupunun həkim üzvünün də iştirak etdiyi başçəkmə çərçivəsində müəssisədə saxlanma şəraiti ilə yanaşı, beynəlxalq hüquq normaları əsasında saxlanılan şəxsin hüquqlarının təmin edildiyi müşahidə olunub və o, qəbula görə Ombudsman Səbinə Əliyevaya minnətdarlıq edib.

Qeyd olunmalıdır ki, Ermənistan Respublikası tərəfindən isə kombatant olmayanlara, yaralanaraq əsir düşmüş hərbi qulluqçularımıza və azərbaycanlı girovlara münasibətdə beynəlxalq humanitar hüquq normalarının, xüsusilə də Cenevrə Konvensiyalarının tələbləri ciddi şəkildə pozulmuş, onlara ilkin və zəruri tibbi xidmətlər göstərilməmiş, qida ilə təmin olunmamaqla yanaşı, işgəncələrə və qeyri-insani rəftara məruz qalıblar.
İnsan Hüquqları üzrə Müvəkkil tərəfindən həmin şəxsin müraciətləri dinlənilib, ona öz dilində qanunvericilik aktları təqdim edilməklə hüquqları izah olunub.

Hər hansı bir fərq qoyulmadan həmin şəxsə münasibətdə beynəlxalq hüquq normalarına, xüsusilə də Cenevrə Konvensiyalarının müddəalarına riayət edildiyi, hüquqlarının, lazımi tibbi və psixoloji xidmətin təmin olunduğu müşahidə edilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2013   Tarix: 09 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

"Azərbaycan da Fransadakı səfirini geri çağırmalıdır" - Politoloq

Fransa Azərbaycandakı səfirini geri çağırıb. Bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. "Fransa Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib", - məlumatda vurğulanıb. Səfir Ann Buayonun artıq Fransada olduğu və prezident Emmanuel Makronun diplomat

17 aprel
.

"Bu gərginliyin sonu müharibə ilə nəticələnə bilər" - Ekspert

Xəbər verdiyimiz kimi, aprelin 9-u saat 10:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Mövqelərimi

9 aprel
.

Qərbi Azərbaycan İcması ABŞ-nin Ermənistandakı səfirinə cavab verib

Qərbi Azərbaycan İcması ABŞ-nin Ermənistandakı səfirinin bəyanatına cavab verib. "Report" xəbər verir ki, İcmanın açıqlamasında deyilir:. "Amerika Birləşmiş Ştatlarının (ABŞ) Ermənistandakı səfiri Kristina Kvien Azərbaycandan köçmüş ermənilərin təhlükəsiz şəkildə geri qayıtmaq məsələsin

11 aprel
.

Qazaxıstan prezidenti: "Azərbaycan-Ermənistan sülh sazişinin tezliklə imzalanmasında maraqlıyıq"

Qazaxıstan Ermənistanla Azərbaycan arasında problemə biganə qalmır və iki dövlət arasında sülh sazişinin tezliklə imzalanmasında maraqlıdır. Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev aprelin 15-nə planlaşdırılan İrəvana səfəri ərəfəsində "Armenpress" agentliyinə müsahibəsində deyib.

13 aprel
.

Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib: YENİ TƏYİNAT - FOTO

Aydın Münsüf oğlu İbadov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. AZƏRTAC xəbər ki, dövlət başçısı İlham Əliyev müvafiq Sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyini

16 aprel
.

"Brüssel görüşündən sonra Ermənsitan birmənalı olaraq kənar qüvvələrlə işbirliyi çərçivəsində sülh prosesindən yayınır" - Ekspert

Artıq neçə gündür ki Ermənistan atəşkəsi pozur. Atəşkəsin bu dərəcə tez tez pozulması Ermənistanın Aprelin 5-də keçirilmiş Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüssel görüşü ilə əlaqəsi ola bilərmiı? Proseslər bel

9 aprel
.

Prezidentin sədr təyin etdiyi Fərhad Adıgözəlov kimdir? - DOSYE

Prezident İlham Əliyevin sərəncamı ilə Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilib. yeni sədrin dosyesini təqdim edir:. Fərhad Adıgözəlov 1977-ci ildə Bakı şəhərində anadan olub. 199-cu ildə Azərbaycan Beynəlxalq Universitetində maliyy

16 aprel
.

Azərbaycan XİN Fransaya xəbərdarlıq edib: Rəsmi Bakı bütün zəruri tədbirləri görəcək

Azərbaycanın razılığı əsasında Fransanın 25 ilə yaxın müddətdə vasitəçilik roluna baxmayaraq, bu ölkənin 2020-ci il Vətən müharibəsindən sonra açıq-aşkar anti-Azərbaycan addımları hər kəsə məlumdur. xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə bildirib

17 aprel
.

Aİ nümayəndəliyi: "Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd yoxdur"

"Ermənistanla Azərbaycan arasında heç vaxt beynəlxalq sərhəd olmayıb, bu, sadəcə, inzibati sərhəddir, buna görə də sərhədlərin delimitasiya və demarkasiyası lazımdır". Bunu Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin rəhbəri Vasilis Maraqos "Joxovurd" nəşrinə müsahibəsind

16 aprel