Avstriyalı nazir plagiat ittihamlarına görə istefa verdi
Avstriyanın federal əmək, ailə və gənclər naziri Kristine Aşbaxer plagiat ittihamlarına cavab olaraq tutduğu vəzifədən istefa verib. İttihamlara görə, K.Aşbaxer magistr və doktor elmi işlərində plagiata yol verib, bütöv hissə və fəsilləri digər müəlliflərin əsərlərindən köçürüb.
K.Aşbaxer bildirib ki, öz elmi işlərini daim müvafiq tələblərə uyğun şəkildə vicdanla hazırlayıb və ali təhsil ocaqlarından plagiatla bağlı rəy gəlmədən onun barəsində səs-küy qaldıranları, mətbuatda adını ləkələyənləri tənqid edib. O bildirib ki, artıq nazir olarkən Slovakiya Texniki Universitetində təqdim etdiyi dissertasiya işində plagiata yol verilməsi barədə məlumat həqiqəti əks etdirmir və müəyyən stereotiplərə söykənən müxalif qüvvələr mətbuatda bu mövzunu qəsdən şişirməyə, onun ictimai nüfuzuna xələl vurmağa çalışıblar. Nazir yekunda qeyd edib ki, şərəf və ləyaqətini qorumaq üçün tutduğu vəzifədən istefa vermək qərarına gəlib.
Avstriyanın Federal Kansleri Sebastian Kurts xanım nazirə bu addımına görə minnətdarlıq edib və yanvarın 11-də bu vəzifəyə yeni təyinatın olacağını bildirib.
K.Aşbaxer ötən ilin yanvar ayından S.Kurtsun ikinci hökumətində federal əmək, ailə və gənclər naziri vəzifəsini tuturdu. Tanınmış "plagiat ovçusu" Ştefan Veberin iddialarına görə, K.Aşbaxer dissertasiyasının azı 20 faiz hissəsini digər mənbələrdən köçürüb, iqtibasları düzgün təqdim etməyib və bir sıra xətalara yol verib. Slovakiya Texniki Universiteti elmi işin təkrar yoxlanılacağını elan edib.(oxu.az)
Sonxeber.az
Telegramda izləyin
instagramda izləyin
Siyasət Baxılıb: 678 Tarix: 10 yanvar 2021
Şikayətiniz varsa Whatsapp: 055 3906818
Facebookda Paylaş
Unvan.az - elanlar sayti
ICESCO-nun Baş direktoru Azərbaycana səfər edəcək
İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycana səfər edəcək.. . Təşkilatın rəsmi saytı xəbər verir ki, səfər yanvarın 11-də baş tutacaq.. . Görüşlərdə Azərbaycanla ICESCO arasında təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın perspektivlər
10 yanvarCeyhun Bayramov İndoneziyaya başsağlığı verdi
Xarici işlər naziri Ceyhun Bayramov sosial hesabında İndoneziyada sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı paylaşım edib.. . Sonxeber.az xəbər verir ki, paylaşımda deyilir:. . "Cakartanın yaxınlığında baş verən faciəvi təyyarə qəzası ilə bağlı xəbər məni çox kədərləndirdi. Bu faciəvi təyyar
9 yanvarOmbudsman işğaldan azad olunmuş ərazidə saxlanılan şəxslə görüşüb
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində saxlanılan şəxslərin saxlanma şəraiti, onların hüquqlarının təmini vəziyyəti araşdırılır, başçəkmələr çərçivəsində yerində yoxlanılır.. . Ombudsman Aparatının İnformasiya və ictimaiyyətl
9 yanvarErmənistan prezidentinin səhhəti daha da ağırlaşdı
"Ermənistan prezidenti Armen Sarkisyanın bu gün günortadan sonra vəziyyəti daha da ağırlaşıb".. . Bunu Ermənistanın dövlət başçısının mətbuat xidməti açıqlayıb.. . Bildirilir ki, Armen Sarkisyan hələ uzun müddət vəzifəsinin başına dönməyəcək: "Bir daha qeyd edirik ki, prezidentin vəziyyət
9 yanvarAra Ayvazyanın Qarabağa qanunsuz səfəri ilə bağlı XİN-dən AÇIQLAMA
"Ermənistan xarici işlər naziri Ara Ayvazyanın Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfəri və burada qondarma qurumun nümayəndələri ilə görüşlər keçirməsi və "sənədlər" imzalaması 10 noyabr tarixli üçtərəfli bəyanata ziddir və hərbi əməliyyatların dayandırılmasından sonra bölgədə sülh
5 yanvarŞuşa Azərbaycan mədəniyyətinin paytaxtı ELAN EDİLDİ
Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edirəm.. . Sonxeber.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən çıxışı zamanı deyib.. . Dövlət başçısı bildirib:. . "Şuşa şəhəri bun
5 yanvar