Rusiyada koronavirusun daha bir təhlükəli növü TAPILDI

Rusiyada koronavirusun daha bir təhlükəli növü TAPILDIRusiya alimləri xəstələrdən birinin orqanizmində koronavirusun 18 yeni mutasiyaya uğramış növünün vəziyyətini izah edən preprint hazırlayıblar.

Sonxeber.az xəbər verir ki, Skolkovsk adına Elm və texnologiyalar (Skoltex) institutunun alimləri Rusiya Elmlər Akademiyasının A.A Xarkeviç adına İnformasiyanın ötürülməsi problemləri İnstitutunun, İ.M.Pavlov adına Birinci Dövlət Tibb Universitetinin tədqiqatçıları ilə birlikdə elmi iş hazırlayıblar.

Preprintdə koronavirusa yoluxmuş 47 yaşlı qadının xəstəlik tarixçəsi qeyd edilib. O, apreldə kimya terapiya üsulu ilə müalicə olunarkən palatada koronavirusa yoluxub. Həmin vaxtdan ondan PZR üsulu ilə dəfələrlə analiz götürülüb və test ötən ilin 9 sentyabrına qədər müsbət nəticələr verib.

Virusun yeni variantının mutasiyaları daha əvvəl SARS virusunun inkişafı zamanı müşahidə olunan növlə uyğun gəlir.

Rusiya alimlərinin aşkarladıqları on səkkiz mutasiyadan ikisi daha əvvəl Danimarkada su samurlarında da tapılıb. Həmin vaxt bu ölkədə patogenin yeni variantının daha sürətli çoxalmasından və peyvəndin effektivliyinin şübhə altına düşə bilməsindən ehtiyatlanaraq heyvanları məhv ediblər.

"Sputnik V" koronavirus vaksininin istehsalçısı Aleksandr Qinsburq da qeyd edib ki, Rusiyada koronavirusun unikal ştammının olması ehtimalı var.

Qeyd edək ki, ötən il dekabrın ortalarında Britaniyada koronavirusun yeni ştammı aşkarlanıb. Eyni zamanda bir neçə gün əvvəl Yaponiya alimləri də COVID-19-un daha bir növünü qeydə aldıqlarını xəbər veriblər.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri bir neçə dəfə koronavirusun mutasiyaya uğrayacağı barədə xəbərdarlıq ediblər. Koronavirusun yeni ştammları daha çox yoluxdurucu olduğundan əvvəlki variantla müqayisədə 70% sürətlə yayılır. Lakin COVID-19-un bu variantından ölüm və ya ağırlaşma halları hələ müşahidə edilməyib. / "Report"


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1970   Tarix: 12 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin aprelin 24-ü saat 09:00-a olan məlumatına əsasən bəzi dağlıq və dağətəyi ərazilərdə hava şəraiti arabir yağıntılı olub, şimşək çaxıb. Bu barədə xidmətdən -a bildirilib. Aprelin 23-də axşam Bakıda və Abşeron yarımadasında qısamüddətli az yağış yağıb. Düşən yağıntını

24 aprel
.

Kart hesabı paylaşıb pul yığanlara necə İNANAQ? - VİDEO

Külli miqdarda pula ehtiyacı olan şəxslərə kömək etmək ehtiyacı olanda ağla gələn ilk vasitə kart hesabı açaraq vəsait üçün pul toplamaq olur. Hətta demək olar ki, hər günümüzü telefona gələn yardım xahişləri ilə açırıq. Amma tez-tez rastlaşdığımız bu mənzərəyə görə, xeyirxahlığımızın qurbanı ola bilərik

24 aprel
.

Ana-oğul DSMF əməkdaşını aldadıb 162 min aldı

Bakıda vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən 1971-ci il təvəllüdlü Telli Adiyevanın məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində T.Adiyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdard

24 aprel
.

Mübahisəli ərazilərin delimitasiyası təxirə SALINIR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Ermənistan parlamentinin müdafiə və milli təhlükəsizlik komissiyasının rəhbəri Andranik Köçəryan sərhədlərin delimitasiyasından danışıb. Bildirib ki, proseslər mübahisəli ərazilərə çatanda delimitasiya məsələsi ilə bağlı daışıqlar başlayacaq. Köçəryan eyni zamanda mübahisəli əraziləri

24 aprel
.

"Məbləğin bir qismi ödənildi" - Zamirə "Space TV"ə qayıtdı

"Space TV" ilə bağlı problemə bu gün son qoyduq. Məhkəmənin qərarı nəhayət icra olundu. Mənə ödənilməli məbləğin bir qismi ödənildi. Bir hissəsini isə kanalın rəsmisi yaxın günlərdə ödəyəcəklərini bildirdi". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Zamirə Dadaşova sosial şəbəkədə yazıb

23 aprel
.

"Oğluma Ali Baş Komandanın adını verəcəyik" - Fotolar

Xəbər verdiyimiz kimi, bu gün işğaldan azad edilmiş Xankəndidə ilk körpə dünyaya gəlib. "Qafqazinfo" xəbər verir ki, Səadət Namazlı və Abbas Abdullayevin ilk övladı olan körpə Xankəndi şəhərindəki tibb müəssisəsində doğulub. Körpənin atası saytımıza açıqlamasında bildirib ki, onların oğla

23 aprel
.

Nazirdən Nəzrinlə Mərdana hədiyyə

Gənclər və İdman Naziri Fərid Qayıbov ötən gün toyu olan müğənni Mərdan Kazımov və influenser Nəzrin Nəcəfovaya hədiyyə yollayıb. Bununla bağlı Mərdan paylaşım edib. "Nazirimiz Fərid Qayıbov da bizi toy günü unutmadı. Təşəkkür edirik", - deyə, Kazımov bildirib. OLAY-ın əldə etdiyi məlumat

23 aprel
.

Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında

Tanınmış modeli döyməkdə təqsirləndirilən Ziya Hüseynzadənin digər cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, ifadəsi zamanı iş üzrə zərərçəkmi

24 aprel
.

Hansı hallarda uşaqlara peyvənd vurulmur?

"Xroniki bir xəstəliklə yaşamaq uşaqların vəziyyətinin daimi monitorinqini və həkimin tövsiyələrinə riayət etməyi tələb edir". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun pediatr

24 aprel