Moskova görüşü Azərbaycanın növbəti diplomatik qələbəsidir - AÇIQLAMA

Moskova görüşü Azərbaycanın növbəti diplomatik qələbəsidir - AÇIQLAMAXəbər verdiyimiz kimi, yanvarın 11-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya dövlət başçısı Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib və üçtərəfli Bəyanat imzalanıb.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Cavid Osmanov bildirib ki, yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya dövlət başçısı Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyanın üçtərəfli görüşü keçirildi. Eləcə də Azərbaycan-Rusiya prezidentlərinin iki tərəfli görüşü də baş tutdu.

10 noyabrda atəşkəs elan olunduqdan sonra ilk dəfə idi ki, belə üçtərəfli görüş keçirilirdi. Əlbəttə, ilk növbədə qeyd etmək lazımdır ki, cənab prezident məğrur və qalib ordunun müzəffər Ali Baş Komandanı kimi bu görüşdə iştirak etdi. 44 günlük Vətən müharibəsindən sonra, bu səfər Azərbaycanın növbəti qalibiyyəti və diplomatik qələbəsi kimi qiymətləndirmək olar. Yekun olaraq dövlətlər arası əməkdaşlığı nəzərdə tutan ikinci bəyanatın qəbul edilməsi onu sübut edir ki, Azərbaycan regionun gələcəyini sülhə və əminamanlığa aparan ölkədir. Əlbəttə ki, imzalanan bəyanat regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, kommunikasiya xəttlərin açılması, o cümlədən üçtərəfli işçi komissiyanın yaradılması nəzərdə tutulur.

İmzalanmış üçtərəfli bəyanatda ən vacib məsələlərdən biri Azərbaycanın və Ermənistanın ərazisindən həyata keçiriləcək daşımaların yerinə yetirilməsi, Naxçıvanın Azərbaycanın əsas hissəsinin birləşdirilməsi, dəhlizin yaradılmasıdır.

Bu da təbii ki, Naxçıvanın blokadadan çıxarılması deməkdir. Eyni zamanda region ölkələri üçün böyük əhəmiyyət kəsb edən nəqliyyat, kommunikasiya xəttlərinin reallığa çevrilməsidir".

Deputat vurğulayıb ki, Ermənistan ərazisindən keçməklə Naxçıvana gedən dəhliz özündə iki kompanenti birləşdirir:

"Belə ki, dəmir yol Horadiz-Ağbənd istiqamətində qarşıdan gələn iki ildə yeni dəmir yolunun çəkilməsi, dəmir yolu ilə yüklərin Horadizə çatdırılması, Horadizdə yük terminalının yaradılması, oradan isə avtomobillərlə yüklərin Naxçıvana, Türkiyəyə çatdırılmasıdır.

Moskva görüşündə cənab prezidentin məğrur duruşu, alicənablığı, yüksək səviyyəli çıxışları növbəti dəfə də diqqəti cəlb etdi.

Əlbəttə ki, cənab prezident qalib dövlətin rəhbəri olmasından, kəskin şəxsi üstünlüyündən istifadə edib Paşinyanı alçaltmadı və onu çıxılmaz duruma salmadı.

Burada əlbəttə ki, Paşinyanın nə qədər məyus olması bütün dünyanın gözündən qaçmadı. Moskva görüşü həm də Ermənistanın baş naziri Nikol Paşinyanın həddindən artıq çaşqın vəziyyətdə olmasını bir daha göstərdi.

Üçtərəfli görüşdən sonra hər üç dövlətin liderlərinin birgə bəyantla çıxış etməsi, əlbəttə, cənab prezidentin bir daha necə böyük dünya şöhrətli diplomat olmasını sübut etdi".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 746   Tarix: 13 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan bu ölkə ilə quru sərhədi açdı

Azərbaycanın quru sərhədləri 4 ildən artıqdır ki, bağlı olsa da bu qadağa Rusiya vətəndaşlarına aid deyil. -nun əldə etdiyi məlumata görə, sözügedən dövlətin vətəndaşları ölkə ərazisinə piyada və ya avtomobillə daxil ola və ya Azərbaycanı rahat tərk edə bilirlər. Bu barədə qərar Ümumdünya Səhiyyə Xidmətini

29 mart
.

Ukraynada vəfat edən azərbaycanlı jurnalist keçən il əməliyyat olunubmuş

Ukraynada yaşayan azərbaycanlı jurnalist İdrak Camalbəyli ötən gün Kiyevdə qəfil ürək çatışmazlığından vəfat edib. Həmkarımız Ukraynanın cəbhə bölgələrindən "Amerikanın səsi" radiosu üçün reportajlar hazırlayırdı. Jurnalistin dünyasını dəyişməsi onu tanıyanların təəccübünə səbəb olub. Çünk

29 mart
.

"Coffee ‘N Joy" Avropa Gənclər Parlamentinə dəstək olub

"Coffee ‘ N Joy" ( EYP European Youth Parliament) Avropa Gənclər Parlamentinə öz dəstəyini göstərib. UFAZ-da keçirilən tədbir 3 gün davam edib və iştirakçıların özünü kəşf, şəxsi inkişafına yönəlik olub. Tədbir çərçivəsində müasir dünyada aktual olan problemlər və onların həlli yolları müzakir

29 mart
.

Alimentin minimum məbləği 345 manata qaldırıla bilərmi? - AÇIQLAMA

Azərbaycanda alimentin minimum məbləği 235 manat təşkil edir. Alimentin məbləği minimum əməkhaqqına (345 manat) qaldırıla bilərmi?. Məsələ ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu -a açıqlama verib. O bildirib ki, alimentin minimum məbləği artırılması o qədər də məsləhət deyil:. "Azərbaycanda alimenti

29 mart
.

Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən hadisə ilə bağlı RƏSMİ CAVAB - FOTO/VİDEO

Aparıcı Şəbnəm Naibli evinin yandırıldığını iddia edib. -in məlumatına görə aparıcı, sosial şəbəkədə video yayımlayaraq hadisənin qəsdən törədildiyini və kiminsə bununla ona gözdağı vermək istədiyini qeyd edib. Hadisənin 5 gün əvvəl yaşandığı vurğulanıb:. "Martın 24-də evim yandırıldı. Hansı ki

29 mart
.

Yalnız "qadınlardan" ibarət olan "troll fabriki"ni nazirliklə nəsə bağlayır? – Fotofaktlar

27 mart 2024-cü il tarixində saytında "Region ölkələrində insanlar neçə il pensiya ala bilirlər? – Azərbaycan sonuncudur" sərlövhəli yazı dərc olunub. Yazı eyni gündə saytın "Facebook" sosial şəbəkəsindəki eyniadlı hesabında da paylaşılıb. Yazı sosial şəbəkə hesabında paylaşıldıqda

29 mart
.

Paytaxtda yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb

Paytaxtın mərkəzi hissəsində baş verən yol-nəqliyyat hadisəsi sıxlığın yaranmasına səbəb olub. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Bildirilib ki, Səbail rayonu, Zərifə Əliyeva küçəsi ilə Bülbül prospektlərinin kəsişməsində yol-nəqliyya

29 mart
.

Onların təhsilhaqqını dövlət ödəyəcək

Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsilhaqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Təhsil haqqında" Qanuna dəyişiklikd

29 mart
.

Sabir Rüstəmxanlı: Azərbaycanda gənc qızlar ana olmaq istəmirlər

Azərbaycanda gənc qızlar ana olmaq istəmirlər. xəbər verir ki, bunu Milli Məclisin deputatı Sabir Rüstəmxanlı parlamentin bu gün keçirilən plenar iclasında bildirib. O, ailə məsələsi, gender proqramlarının, ailə institutunun nizamlanmasının və s. nəyə xidmət etdiyini, hansı gizli layihənin bir hissəs

29 mart