Dərsliklərdə yenilik: Vətən müharibəsi qəhrəmanları tanıdılacaq

Dərsliklərdə yenilik: Vətən müharibəsi qəhrəmanları tanıdılacaq"Vətən müharibəsinin nəticələri nəzərə alınmaqla, təhsilin məzmununda müvafiq korrektə və düzəlişlər aparılmalı, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması və işğaldan azad olunan ərazilər haqqında yeni reallıqlar ümumi təhsilin məzmununa daxil edilməlidir. Təhsil Nazirliyi bu haqda öz mövqeyini cəmiyyətə açıqlayıb, dərsliklərdə müvafiq dəyişikliklər aparılmasına başlanılıb".

Bu barədə Təhsil nazirinin müavini Firudin Qurbanov "Azərbaycan" qəzetinə dərc olunan məqaləsində qeyd edib.

Onun sözlərinə görə, təhsil sistemində tərbiyə işinin səmərəli təşkili, bu sahənin dinamik və davamlı inkişafı üçün mövcud reallıqlar və dünya təcrübəsi nəzərə alınmaqla, tərbiyənin milli konsepsiyası və inkişaf strategiyası hazırlanmalı və icrasına başlanılmalıdır:

"Vətənpərvərlik tərbiyəsi təhsildə əsas prioritet istiqamət kimi müəyyənləşdirilməlidir. Vətən müharibəsində Azərbaycanın qələbəsini təmin edən amillər təhlil olunmalı, bütün təhsil müəssisələrində "Qarabağ dərsləri", "Qarabağ şahinləri", "Milli qəhrəmanlar", "Qarabağ müharibəsi qəhrəmanları", "Şuşa əməliyyatı" adlı ustad dərsləri təşkil olunmalı, müharibə şəhidləri və qaziləri təhsilalanlara dərindən tanıdılmalıdır.

Tərbiyə işinin sistemli təşkili, azərbaycançılıq ideologiyasının təbliği, Azərbaycan dilinə, ədəbiyyatına, tarixinə, mədəniyyətinə məhəbbət hissinin, milli-mənəvi dəyərlərə hörmət duyğularının aşılanması, Vətənə sədaqət - vətənçilik, vətəndaşlıq mövqeyinin formalaşdırılması, vətənpərvərlik tərbiyəsi bütün təhsil sisteminin, xüsusən ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin qarşısında duran prioritet vəzifələrdən biri olmalıdır".

Nazir müavini əlavə edib ki, Vətən müharibəsində qazanılan uğurlara dair elmi, elmi-kütləvi, bədii, publisistik əsərlər yaranacaq:

"Hesab edirik ki, "Qarabağ Azərbaycandır!" seriyasından bu tipli əsərlər çap olunmalı, dünyanın müxtəlif dillərinə tərcümə edilməli, tariximizin bu şərəfli səhifəsi uşaq və gənclərimizə çatdırılmalıdır. Bunlarla yanaşı, Qarabağ müharibəsi qəhrəmanları, qaziləri, şəhidləri, iştirakçıları haqqında ensiklopedik soraq kitabları hazırlanmalı, sənədli filmlər çəkilməli, həmin insanlar yetişməkdə olan uşaq və gənclərə yetərincə tanıdılmalıdır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 879   Tarix: 13 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti


DİGƏR MARAQLI XƏBƏRLƏR

Arıqlamaq istəyirsiniz?

MƏHSUL HAQDA ƏTRAFLI. . Diqqət BLACK LATEE - Arıqladıcı kofelər artıq Bakıda. Yetərincə tanınmiş məhsul.. hər səhər 1 stəkan içməklə gün ərzində sizi tox saxlayaraq, artıq çəkidən azad edəcək. Yağları parçalayır və enerjiyə çevirir. Bədəndən toksinləri xaric edir. İştahanı azaldır və enerji verir. Artı

27 yanvar

Bu kəndə köçənlərə illik 8000 avro ödəniləcək

İtaliyada əhalisinin əksəriyyəti yaşlı sakinlərdən ibarət olan, böyük hissəsi boşalmış Santo Stefano - Di Sessanio kəndini xilas etmək üçün yerli hökumət orqanları maraqlı bir addıma imza atıblar.. . Belə ki, şəhər bələdiyyəsi yeni sakinlərə ilk üç il ərzində ildə 8000 avro (15 867 AZN) pul verəcək.

24 yanvar

Saç tökülməsinə ÇARƏ TAPILDI!

Məhsul haqda ətraflı. Sifariş:055 239 54 49. Hörmətli dostlar nəzərinizə türkiyə istehsalı olan BLACK SERUM saç losyonunu təqdim etmək istərdim:. ⚜️Saç tökülməsinin qarşısını alır. ⚜️Yeni tüklər əmələ gətirir. ⚜️Saçlar daha tez uzanır. ⚜️Saçda kəpəyin qarşısını alır. ⚜️Saç yağlığını arada

20 yanvar

Koronavirusa 2-ci yoluxma necə baş verir? - Hər kəs diqqətli olmalıdır

Əgər koronavirusa təkrar yoluxma halları müşahidə olunarsa, bu, vəziyyəti mürəkkəbləşdirib arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Çünki təkrar yoluxma zamanı virusun yeni mutasiyasının əmələ gəlməsinə imkan yarana bilər.. . Bunu Trend-ə Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətini

13 yanvar

Hacıqabulda fermada yanğın

Hacıqabul rayonunda fermada yanğın hadisəsi baş verib.. . Bu barədə Sonxeber.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.. . Belə ki, rayonun Birinci Meyniman kəndində fermanın ərazisində ümumi sahəsi 840 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 100 m² sahəd

13 yanvar

ANAMA və DİN-dən əməliyyat - FOTO

9-12 yanvar tarixlərində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Daşkəsən, Füzuli, Goranboy, Qubadlı, Zəngilan, Tərtər, Yevlax rayonları və Şuşa şəhəri ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin "102"

13 yanvar

Bu həftə "sms icazə" sisteminin ləğv edilməsi ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi dekabrın 14-dən yanvarın 18-nə kimi Azərbaycanda sərt karantin rejimi və "sms icazə" sistemi tətbiq edilir. Qeyd edək ki, son günlər koronavirusa yoluxanların sayı 4000-dən 400-500-ə düşüb. Bu gün hər kəsi maraqlandıran sual yanvarın 18-dən sonra "sms icazə"

13 yanvar

Azərbaycan əhalisinin sayı açıqlandı

Azərbaycanda demoqrafik vəziyyət açıqlanıb.. . Dövlət Statistika Komitəsindən Sonxeber.az-a bildirilib ki, 2020-ci ilin 1 dekabr vəziyyətinə görə Azərbaycan əhalisinin sayı 10 123 004 nəfər təşkil edib.. . Əhalinin sayı 2019-cu illə müqayisədə 0,6% artıb.

13 yanvar

Ceyhun Bayramov Pakistana getdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistana rəsmi səfərə yola düşüb.. . Sonxeber.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.. . Səfər çərçivəsində Azərbaycan-Pakistan-Türkiyə Xİ

13 yanvar