Ermənistanda "atom bombası" xəyalı
Ermənistan İkinci Qarabağ müharibəsində məğlubiyyətindən sonra əldə olunan atəşkəs razılaşmasına baxmayaraq, destruktiv mövqeyindən əl çəkmək niyyətində deyil. Belə ki, müharibəöncəsi və müharibə dövründə Azərbaycanın Mingəçevir SES-i vurmaqla hədələyən Ermənistan bu dəfə radioaktiv tullantıları beynəlxalq səviyyədə qəbul edilmiş konvensiyalara zidd olaraq hərbi məqsədlər üçün istifadə etmək məsələsini gözdən keçirir.
Ermənistan AES-in fəaliyyəti dönəmində yetərincə böyük miqdarda radioaktiv tullantı, eləcə də "istehsal tullantıları" kimi təsnif edilməyən radioaktiv yanacaq meydana gəlib.
Sonxeber.az "Report"a istinadən xəbər verir ki, bu barədə ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyan yanvarın 12-də Ermənistan parlamentində Regional Məsələlər və Avrasiya İnteqrasiyası məsələsi üzrə Komissiyanın daimi iclasında komissiya sədri Çiçəklənən Ermənistan Partiyasından olan deputat Mikael Melkumyanın bu tullantıların hərbi məqsədlər üçün istifadəsi ehtimalı ilə bağlı sualını cavablandırarkən danışıb.
M.Melkumyan Ermənistan atom elektrik stansiyasının fəaliyyətindən sonra qalan radioaktiv tullantıların, məsələn, ölkənin müdafiə gücləndirmək baxımından hərbi məqsədlər üçün istifadə edilə bilib-bilməyəcəyini soruşub:
"Onları zənginləşdirməyə başlaya bilərikmi? Şansımız varmı? Bunun üçün müvafiq texnoloji səviyyəni təmin edə bilərikmi?".
Deputatın sualına cavab olaraq nazir müavini izah edib ki, bu halda yalnız quru anbarlarda saxlanılan radioaktiv yanacaqdan danışmaq olar:
"Bəli, nəzəri olaraq həmişə mümkündür. Ancaq bu təşəbbüsün texnoloji tətbiqi barədə danışa bilmərəm, çünki bu sahədə mütəxəssis deyiləm. Kimya dərslərindən bilirik ki, plutonyum atom bombası yaratmaq üçün əsas elementdir və uran yandıqda əmələ gəlir, ancaq bunu necə əldə edə bilərik və bunun üçün hansı texnoloji nailiyyətlərdən istifadə etməliyik – deyə bilmərəm, çünki hansı texnoloji mərhələ və proseslərdən keçməyin lazım olduğunu bilmirəm".
Bununla belə, A.Vardanyan qeyd olunmuş məqsədə çatmaq üçün Ermənistanın bu kimi texnoloji sıçrayışı gerçəkləşdirə bilib-bilməyəcəyi sualına cavab verməkdə çətinlik çəkib. Nazir müavini vurğulayıb ki, qarşısına bu cür iddialı hədəflər qoyan bir ölkənin müvafiq infrastrukturu və böyük elmi mərkəzləri olmalıdır.
Sonxeber.az
Telegramda izləyin
instagramda izləyin
Sosial Baxılıb: 1474 Tarix: 13 yanvar 2021
Şikayətiniz varsa Whatsapp: 055 3906818
Facebookda Paylaş
Unvan.az - elanlar sayti
Koronavirusun mənşəyi müəyyən edildi
Böyük Britaniyanın Kembric Universiteti və Pirbrayt İnstitutunun alimləri SARS-CoV-2 virusunu insanlar üçün patogen edən əsas dəyişiklikləri müəyyənləşdiriblər.. . Araşdırmalar "PLOS Biology" jurnalında dərc edilib.. . Məlum olub ki, virusun yarasalardan insanlara keçməsinə imkan verən geneti
13 yanvarKoronavirusa 2-ci yoluxma necə baş verir? - Hər kəs diqqətli olmalıdır
Əgər koronavirusa təkrar yoluxma halları müşahidə olunarsa, bu, vəziyyəti mürəkkəbləşdirib arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Çünki təkrar yoluxma zamanı virusun yeni mutasiyasının əmələ gəlməsinə imkan yarana bilər.. . Bunu Trend-ə Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətini
13 yanvarYaşamaq üçün dünyanın ən yaxşı kiçik şəhəri - SİYAHI
Portuqaliyanın Portu şəhəri yaşayış üçün dünyanın ən yaxşı kiçik şəhəri hesab olunub.. . Bu barədə Böyük Britaniyanın tərtib etdiyi "Small Cities Index" reytinqində deyilir.. . Portu şəhəri 2019-cu illə müqayisədə 8 pillə yüksəlib. Buna ilk növbədə sərt karantin dövründə şəhər rəhbərliyini
13 yanvarNəyə görə yırtıq corab geyinmək olmaz? – İlginc səbəb
Yırtıq, burnu deşikli corab kimdə yoxdur ki? Artıq bir çoxları bunu normal da qarşılayır, heç dəlikli corabından utanmır. Əsas odur, təmiz olsun.. . Medicina.az xəbər verir ki, yırtıq corab geyinməkdə utanılası bir şey yoxdur. Amma qədimdən deşik, yırtıq corab ailədə və büdcədə maddi sıxıntı, pul itkis
13 yanvarƏkiz bacılar eyni kişiyə ərə getdilər
Nelson Obidon adlı "Twitter" iştifadəçisi öz səhifəsində bir kişinin iki əkiz bacı ilə evlənməsini əks etdirən fotolar və video paylaşıb. Onun paylaşımına onminlərlə baxış olub.. . Videokadrlarda "təzə gəlinlər" moruq rəngli geyimlərdə rəqs edirlər. Onlardan birinin hamilə olduğ
13 yanvarBölgədə bir ilk yaşandı - Balıqlar tərsinə gedir
Qlobal iqlim dəyişikliyi Qara dənizdə balıqların ölçüsü ilə yanaşı, yaşayış tərzlərinə də mənfi təsir göstərib.. . Sonxeber.az xəbər verir ki, Qara dənizdə bütün balıqlar şərqə doğru getmək əvəzinə qərb istiqamətində köç etməyə başlayıb.. . Belə ki, havanın temperaturunun mövsümi normaların üzərind
13 yanvarYeni mutasiyaya görə pandemiya davam edəcək – Virusoloq tarix açıqladı
Rusiyada pandemiya 2021-ci lin payızında yekunlaşa bilər. Amma koronavirusun yeni mutasiyası planları dəyişə bilər.. . Medicina.az xəbər verir ki, bu sözləri Milli Epidemiologiya və Mikrobiologiya mərkəzinin baş elmi işçisi Viktor Zuyev deyib.. . O qeyd edib ki, ötən ildən virusun 2021-ci ilin yayınd
13 yanvar