Valideynlərin DİQQƏTİNƏ: BU siniflərdə DƏRSLƏR BƏRPA EDİLƏ BİLƏR
"Tədris ilinin bərpası artıq gündəmdədir. Dünyanın bir çox beynəlxalq təşkilatları tədrisin bu qədər bağlı qalmasını müsbət hal kimi qiymətləndirmirlər. Konkret olaraq UNİCEF və BMT- nin rəqəmlərində dünyada pandemiya dövrünə görə təhsildən zərər çəkən insanların 2 milyard olduğu, 6000 milyon şəxsin isə pandemiya dövründə təhsildən kənarda qaldığ deyilir. Ona görə də tövsiyə olunur ki, vaksinasiya prosesi ilə paralel olaraq, qismən tədris prosesi bərpa edilsin".
Sonxeber.az xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov təhsilanlarn siniflər üzrə bərpasından danışarkən açıqlayıb:
"Bərpa edilmə zamanı bir neçə xüsusiyyət nəzərə alınmalıdır. Nəzərə alsaq ki, şagirdlər Azərbaycanda 10 aydan çoxdur ki, dərslərdən kənarda qalıblar və onların fiziki və psixoloji olaraq məktəbə tam adaptasiyası ən azı iki ayadək vaxt alacaq. Çünki, əvvəllər şagirdlər saat 00.07-də yuxudan oyanıb saat 00.08-də məktəbə gedirdilərsə, indi onlayn dərslərin cədvəli gec saatlarda, saat 10.00 da başlayır. Uşaqlar daha çox yata bilirlər və uşaqların orqanizmləri, psixologiyaları bu saatlarda oyanmağa öyrəşib.
Pandemiya başa çatdıqdan sonra tədris prosesi bərpa ediləcək. Bərpa bütün pillələr üzrə olmayacaq. Xüsusən birinci olaraq ibtidai sinif şagirdlərinin dəsrlərinin bərpası nəzərdə tutulur. Bu zaman da tədrisdə akademik bilikləri özündə əks etdirən riyaziyyat, oxu, xarici dil fənnlərinin daha çox keçilməsinə yer veriləcək.
İkinci pillədə 5-9- cu siniflər deyil, 9-11- ci siniflərin, yaxud da buraxılış imtahanı verəcək şagirdlərin dərs prosesinə cəlb ediləcəyi gözlənilir. Çünki, həmin sinif şagirdləri buraxılışa qəbul imtahanları verəcəklər. Birmənalı şəkildə onların imtahanlarınının nəticələrinin qənaətbəxş olması üçün ilk növbədə tədris prosesinin məktəblərdə keçməsi lazımdır.
Dərslərin hibrid formada keçirilməsi sentyabr ayının 15-dən oktyabr ayının 19-dək olan müddətdəki kimi olmayacaq. Tamamilə az saylı qruplar, müxtəlif cədvəllər olacaq. Yəni həftədə şagirdlər 3 dəfə dərsə gələcəklərsə, bölgülər nəticəsində dərslər müəyyənləşəcək.
Digər bir məqam isə tətil və qeyri-iş günlərində də dərslərin tədris vaxtına salınması barədədir. Belə olması düşünülür. Hətta tədris tədris ilinin başa çatması biraz yubadılacaq.
Çünki şagirdlər uzun müddətdir dərs prosesindən kənarda qalıblar".
Şəlalə Babayeva
Sonxeber.az


Şikayətiniz varsa Whatsapp: 055 3906818
Facebookda Paylaş