Silahlı ermənilər və rus qoşunları Qarabağdan ÇIXARILACAQ - Ərdoğan-Putin müzakirəsinin DETALLARI

Silahlı ermənilər və rus qoşunları Qarabağdan ÇIXARILACAQ - Ərdoğan-Putin müzakirəsinin DETALLARIƏrdoğan və Putin üç məsələni müzakirə etdi: Moskvada üçtərəfli görüş; Birgə Monitorinq Mərkəzi; Qarabağda hərbi fəaliyyətlər;

Moskva görüşündən sonra Putinin Ərdoğanı məlumatlandırması regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasında Türkiyənin tərəf olmasından irəli gəlməklə yanaşı, müzakirə olunan məsələlər müəyyən təxminlərə də yol açır.

Rusiya Qarabağ məsələsində Türkiyənin, dolayısı ilə Azərbaycanın mövqeyini əsas götürür və bu, Moskvada 4 saatlıq görüş zamanı Bakının cari tələbi üzərində razılıq əldə olunduğu ehtimalını gücləndirir: Qarabağdakı erməni silahlı birləşmələrinin çıxarılması.

- Görüşdə Azərbaycan 10 noyabr razılaşmasının 4-cü bəndinə əsasən erməni silahlılarının çıxarılması üçün konkret vaxt istəyib: İlham Əliyevin görüşdən öncə Xankəndi və sülhməramlılarla bağlı mesajları da bu fikri önə çıxarır;

- Rusiya bu məsələ ilə bağlı konkret vaxt təyin edib: görüşdə məsələ konkretləşdirildiyi üçün Əliyev mətbuat konfransında "10 noyabr bəyanatı uğurla həyata keçirilir" dedi;

- Və nəhayət, Putinlə Ərdoğan bu məsələ üzərində son müzakirələri apardılar.

Proseslərin inkişafı bu ehtimalları irəli sürməyə imkan verir, lakin əsas sual yenə qalır: Erməni silahlıları nə vaxt çıxarılacaq?

10 noyabr razılaşmasının 4-cü bəndində qeyd olunur ki, "Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir". Hərçənd, sülhməramlılar gəlsə də erməni silahlıları çıxmayıb.

Mümkündür ki, razılaşmanın 5-ci bəndində əks olunan sülhməramlı mərkəzin yaradılması – Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması ilə prosesə start verilsin.

- Bakının müharibənin bitməsindən sonra iki ay - məhz mərkəzdə fəaliyyət göstərən Türkiyə hərbi heyətinin gəlişinə qədər səbr etməsi, Moskva görüşündən öncə "Xankəndi və sülhməramlılarla bağlı" ilk dəfə rəsmi münasibət açıqlaması (Türkiyədən hərbi yük təyyarələrinin gəlişi fonunda) və rus torpaqlarında tələbini irəli sürməsi;

- Ərdoğan və Putinin telefon söhbətində Birgə Monitorinq Mərkəzi və Qarabağda hərbi fəaliyyətlərin müzakirəsi;

İki məqam bu gözləntini artırır və bəzi informasiyalar: Ermənistan ordusunda müddətdən artıq hərbi qulluqçularla müqavilələrə xitam verilməsi, yalnız Qarabağdan gələcək hərbçilərin bir qismi ilə müqavilə imzalanacağı; Qarabağdakı silahlı ermənilər onlara çıxmağa hazırlaşmaqla bağlı göstərişin gəlməsi;

Prezident İlham Əliyevin ötən ilin sonunda Türkiyə Müdafiə naziri Hulusi Akarı qəbul edərkən "mərkəz 10 günə, maksimum iki həftəyə fəaliyyətə başlayacaq" açıqlaması Birgə Monitorinq Mərkəzinin yaxın günlərdə fəaliyyətə başlayacağını deməyə əsas verir. Mümkündür ki, Ərdoğan və Putin də mərkəzlə bağlı fəaliyyətə başlamamışdan öncə son müzakirələri aparıb.

Sülhməramlılar...

Telefon söhbətində Ərdoğanın Putinə dediyi "Ankara Dağlıq Qarabağda sülhməramlıların mövcudluğu və monitorinq prosesi olmadan azərbaycanlıların və ermənilərin birgə yaşaması üçün şəraitin formalaşdırılmasının tərəfdarıdır" sözləri xüsusilə diqqət çəkdi.

Kremlin rəsmi açıqlamasında bu məqama yer verilməyib, lakin Ərdoğanın sözləri deməyə əsas verir ki, qapalı müzakirələr Qarabağda sülhməramlıların olmaması istiqamətində də aparılır. Və bu məqam həm də bəzi məsələlərin təsdiqini yenidən gücləndirir:

1. Azərbaycanlı məcburi köçkünlər ermənilərin yaşaması üçün ayrılan Xankəndi, Xocavənd və Xocalıya da qayıdacaq;

2. Qarabağda birgəyaşayış sülhməramlıların nəzarəti ilə Azərbaycan idarəçiliyi altında təşkil olunacaq;

3. Rusiyanın bunun əksinə ata biləcəyi addımlara qarşı Türkiyə qarant rolunda çıxış edir;

4. Bakı və Ankara sülhməramlıların bölgədə qalmasının vaxtının (5 il) uzadılmasına imkan verməyəcək;

Bakı və Ankara bu məsələlərdə prinsipiallıq nümayiş etdirir və Rusiyadan razılaşmanı yerinə yetirmək tələb olunur.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 9308   Tarix: 14 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabiq baş pediatrın intiharı ilə bağlı CİNAYƏT İŞİ AÇILDI - YENİLƏNİB

Respublikanın sabiq baş pediatrı Nəsib Quliyevin intiharı ilə bağlı cinayət işi başlanılıb. Bu barədə -a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, 1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də yaşadığı evdə odlu silahdan atəş açaraq intihar etməsi faktı il

24 aprel
.

Paytaxtın bu ərazilərində yeni parklar salınacaq - 2026-cı ildən...

Bakıda bir neçə ərazidə yeni parkların salınması planlaşdırılır. -in əldə etdiyi məlumata görə, yeni parklar paytaxtın 6 istiqamətində salınacaq. Bakının simasını daha da gözəlləşdirəcək yeni parklar paytaxt sakinləri və turistlərin mədəni istirahəti üçün əlverişli məkana çevriləcək. Parklara müxtəli

24 aprel
.

Bakının mərkəzində yeni PUL TƏLƏSİ - VİDEO

Metronun "28 May" stansiyasının ətrafında yeni yaradılan pul tələsi diqqət çəkib. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, insanlar müəyyən məbləğ ödəyərək, turnikə çıxır və onlardan 2-3 dəqiqə turnikdə asılı qalmaq tələb olunur. Bunun öhdəsindən gələn şəxslərə isə 50-10

24 aprel
.

Hadrutdan ürəkaçan görüntülər - Video

İşğaldan azad olunmuş Hadrutda yenidənqurma işləri davam edir. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı görüntülər İTV-də yayımlanıb. Bildirilib ki, burada tikilən hər bir bina xüsusi memarlıq üslubuna görə seçiləcək. Artıq tikililərin layihələndirmə işləri yekunlaşıb. Daha ətraflı süjetdə

24 aprel
.

Ramzan Kadırovda yeni xəstəlik tapıldı, varisi hazırlanır - İDDİA

Çeçenistan lideri Ramzan Kadırov ağır xəstədir. İndi Kreml ölümü və ya səhhətinə görə əmək qabiliyyətini itirməsi halında onun yerinə kimin keçəcəyini düşünür. -ın xarici mediaya istinadən xəbərinə görə, "Novaya qazeta Europe" məqaləsində deyildiyi kimi, 2019-cu ilin yanvarında həkimlər on

24 aprel
.

Məşhur pediatorun intihar səbəbi bu imiş

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. Həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynada yaşayır və atası ilə heç bir əlaqə saxlamırmış. Həkimi

24 aprel
.

İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir

İki yeniyetmə oğlan arasındakı mübahisə onlardan birinin bıçaqlanmasına gətirib çıxarıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə bir müddət əvvəl Sabunçu rayonu ərazisində baş verib. Hazırda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İttiham ondan ibarətdir ki, peşə liseyində təhsil ala

24 aprel
.

AMEA-da yeni şöbələr yaradılıb, kadr təyinatları olub

AMEA-da yeni şöbələr yaradılıb, kadr təyinatları olub. Bu barədə AMEA Rəyasət Heyətinin iclasında qərar qəbul edilib. Belə ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Biblioqrafiya şöbəsinin bazasında daxili imkanlar hesabına Biblioqrafik resursların yaradılması şöbəsi və Biblioqrafik və elektron informasiy

24 aprel
.

Biləsuvarda kişi çalışdığı mağazada ölüb

Biləsuvarda kişi çalışdığı mağazada ölüb. APA xəbər verir ki, hadisə rayonun Günəşli kəndində qeydə alınıb. Kənd sakini, 1964-cü il təvəllüdlü Bəybala Yaqubov tikinti mağazasında işlədiyi vaxt qəfil halı pisləşərək ölüb. Faktla bağlı araşdırma aparılır

25 aprel