"ABŞ demokratiyası"nın tənəzzülü yoxsa təntənəsi?

"ABŞ demokratiyası"nın tənəzzülü yoxsa təntənəsi?Etiraf etməliyik ki, ABŞ demokratiyası dünya üçün örnək hesab edilməklə "demokratiya ixrac edən" dövlət imicini qazanmışdır. Bunun həqiqətəndə belə olması düşünürəm kimlərdəsə şübhə yaratmır. Amma mütləq bir demokratik rejimin, istisnasız bir cəmiyyətin olmasını təsəvvür etmək bir qədər yalnış olardı. Qeyd olunan prizmadan 6 yanvar 2021-ci ildə ABŞ-da vətəndaşların konqresə hücum etməsinə yanaşdıqda bunun şahidi oluruq.

Bu sözləri siyasi elmlər üzrə fəlsəfə doktoru,
dosent Ramid Hüseynov Sonxeber.az-a açıqlamasında deyib.

"Bunu 11 sentyabr 2001-ci il terror hadisələrindən sonra da dövlətin tam təhlükəsizliyinin təmin olunmasının mümkün olmadığını görmüşdük.

Düzdür ABŞ-dakı son hadisələrinin kökünü araşdırdıqda bunun heçdə təsadüfi olmadığı, həddən artıq azad, sərbəst mühitin mövcud olmasından, bəzən də əksinə insan hüquq və azadlıqlarının pozulduğu, ayrıseçkiliyin yol verildi situasiyalardan irəli gəldiyini düşünmək olar. Lakin ABŞ tarixinin son 200 ilində heç vaxt müşahidə edilməyən bu vəziyyətin isə məhz D. Trampın prezidentiliyi dövründə baş verməsi çox güman ki, qanunauyğunluğun, prinsiplərin kəskin pozulmasından qaynaqlanır. Belə ki, D. Trampın seçkiləri dövründə yol verilən nöqsanlar, müxtəlif yollarla səslərin əldə edilməsinə cəhdlər və bu prosesə Rusiyanın müdaxilə etməsinin etimal olunması kimi iradlar bütün hakimiyyəti boyu onu sakit buraxmadı. Habelə, hakimiyyəti dövründə bir çox hallarda verdiyi bəyənatların, imzaladığı qərarların, sənədlərin hakimiyyətin yetkili müvafiq şəxsləri tərəfindən ləğvi və ya qanunazidd hesab edilməsi onun qeyri-peşakarlığını, siyasətdə təcrübəsiz olduğunu nümayiş etdirdi.
D.Trampın biznesmen olması, əksər məsələləri iqtisadi baxış bücağından dəyərləndirməyə çalışması onun siyasi addımlarının yalnışlığına gətirib çıxardı. Dünyanın qeyri-demokratik hesab olunan ölkələri ilə də əlaqələri yalnız bu müstəvidə qurması, insan hüquq və azadlıqlarını ikinci plana keçirməsi həm də ABŞ-ın beynəlxalq nüfuzuna təsirsiz ötüşmədi. Xüsusilə də onun seçkilərdə məğlubiyyəti ilə barışmaması, mübarizəsini davam etdirməsi, hətta seçicilərini buna təşfiq etməsi ABŞ-da arzuedilməyən siyasi iştişaşlara səbəb oldu.
Amma unutmaq olmaz ki, bütün bunlara baxmayaraq ABŞ idarəetmə institutlarının tam formalaşdığı, demokratiya prinsiplərinin, hüququn aliliyinin hakim olduğu, yüksək iqtisadi, siyasi, hərbi və elmi potensialı olan fövqəldövlətdir. Bunun məntiqi izahı olaraq siyasi iştişaşların qısa bir zamanda nizamlanması və ölkənin ən ali şəxsinə qarşı hüquqi müstəvidə addımların atılması, ikinci dəfə impiçment edilməsi bir daha ABŞ demokratiyasının, cəmiyyətinin yetkinliyini göstərdi. Qanun qarşısında hamının bərabər olduğunu, heç kimin ondan süi-istifadəyə yol verə bilməyəcəyini sübut etdi. ABŞ yenidən dünya üçün demokratiya nümunəsi olmaq imicini qoruyub saxlamağı bacardı.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1768   Tarix: 16 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rusiya Prezidenti: "Heydər Əliyev BAM layihənin icrasında böyük rol oynayıb"

"Bu günlər biz Baykal-Amur Magistralının 50 illiyini qeyd edirik. Hamı yaxşı bilir ki, Sizin atanız bu layihənin icrasında böyük rol oynayıb". AZƏRTAC xəbər verir ki, bu fikri aprelin 22-də Rusiya Prezidenti Vladimir Putin Moskvada Azərbaycan Prezidenti İlham Əliyev ilə təkbətək görüşdə deyib

22 aprel
.

"Ermənistanın havadarına çevrilməkdə olan ABŞ açıq şəkildə Azərbaycan ordusunun gücündən narahatdır" - POLİTOLOQ

Xəbər verdiyimiz kimi, ABŞ Konqresi Azərbaycanın bir sıra məmurlarına qarşı sanksiyanı nəzərdə tutan qanun layihəsi təqdim etməyə hazırlaşır. Dina Tinus başda olmaqla, bir qrup konqresmenin təqdim etməyə hazırlaşdığı qanun layihəsində "ölkədə qanunun aliliyinin və insan hüquqlarının pozulması"nd

23 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. xəbər verir ki, dövlət başçılarına şəhərin Baş planı barədə məlumat verilib

25 aprel
.

Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuata bəyanatında bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Qırğızıstanın vəsaiti hesabına Ağdamda orta məktəb binası tikiləcək və hər iki Preziden

24 aprel
.

Qırğızıstan prezidenti Ağdama gedəcək

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana aprelin 24-25-də baş tutacaq dövlət səfəri çərçivəsində ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş birgə bəyannamə və bir sıra sazişlərin imzalanması planlaşdırılır. Bu barədə Qırğızıstan Prezidenti Administrasiyasını

23 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Konfrans Mərkəzi ilə tanış olublar. Bu barədə AZƏRTAC məlumat yayıb

25 aprel
.

Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına dövlət səfəri aprelin 25-də başa çatıb. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Sadır Japarovu Azərbayca

25 aprel
.

Nazir direktoru işdən çıxardı

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin direktoru İsmayıl Əliyev vəzifəsindən azad edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Hələlik direktor vəzifəsinə təyinat yoxdur

25 aprel
.

Azərbaycan Prezidenti: "Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik"

"Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik. Bu yerləşmə bizi narahat etmir". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxal

23 aprel