Misir kitabxanalarında Nizami Gəncəvi irsi ilə bağlı əlyazmalar tədqiq ediləcək

Misir kitabxanalarında Nizami Gəncəvi irsi ilə bağlı əlyazmalar tədqiq ediləcəkMisirin zəngin kitabxanalarında dahi Azərbaycan şairi Nizami Gəncəvinin irsi ilə bağlı yeni əlyazmaların tədqiqi davam edəcəkdir. Bu, Azərbaycan Prezidenti İlham Əliyevinin Sərəncamı ilə elan edilmiş "Nizami Gəncəvi İli"nə töhfə olacaq.

Sonxeber.az xəbər verir ki, bu sözləri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində Qahirə Universitetinin professoru, tədqiqatçı-alim Seymur Nəsirov söyləyib. O qeyd edib ki, 2015-ci ildə dünyanın ən zəngin kitabxanalarından biri olan "Misir Kitablar Evi"ndə (Dəru əl-Kutub əl-Misriyyə) Nizami Gəncəvinin altı əlyazmadan ibarət "Xəmsə"si tapılmışdı. Şərq intibahının parlaq nümayəndəsi, dahi şair və mütəfəkkirin ərəb mənbələrində izi ilə bağlı tədqiqatlar davam edəcək.

Tədqiqatçı-alim bildirib ki, Nizami Gəncəvi, onun doğulduğu Gəncə şəhəri haqqında bir çox ərəb alimlərinin əsərlərində bəhs olunub. Böyük alim əs-Səməani Əl-Ənsab "(Nəsəblər) kitabında yazırdı: "əl-Cənzi Azərbaycanın məşhur şəhərlərindən biri Cənzəyə (Gəncəyə) mənsubdur". O, Gəncəyə mənsub olan alimlərdən bir neçəsinin adını qeyd edərək onlar haqqında fikirlərini qələmə alıb. Bunlardan İbrahim ibn Məhəmməd əl-Cənzi, Abu Hafs Ömər ibn Osman ibn Şueyb əl-Cənzini misal göstərmək olar. Alimin "Taudihu əl-Muştəbəh" (Şübhələrin aydınlaşdırılması) kitabında qeyd olunub: "əl-Cənzi, Cənzəyə mənsubdur, o, elə Gəncədir". Eyni kitabın başqa bir səhifəsində "əl-Cənzəvi Cənzəyə (Gəncə) mənsubdur" deyilir.

Bundan başqa, XIII-XIV əsrlərdə yaşamış coğrafiyaşünas alim əl-Qəzvini "Əsar ül-biləd və əxbər ül-ibəd" əsərində Azərbaycanın Gəncə şəhərindən söhbət açarkən yazır ki, Cənzə (Gəncə) gürcülərə yaxın, müsəlmanların yaşadıqları yenilməz, qədim, aran şəhərlərindən biridir, bolluq şəhəridir, xalqı dindar və xeyirxahdır. Xalqın əksəriyyəti silahdan istifadə edə bilir və s. O, Nizami Gəncəvidən də söhbət açaraq deyir: "Dahi və müdrik şair Əbu Məhəmməd Nizami bu şəhərdəndir". Qəzvini Əbu Məhəmməd Nizaminin "Xosrov və Şirin", "Leyli və Məcnun", "Sirlər xəzinəsi" və "Yeddi gözəl" kimi əsərlərinin olduğunu, "Xosrov və Şirin" əsərində dini nəsihətlərdən, hikmətli kəlamlardan, atalar sözləri və gözəl hekayələrdən çox istifadə edildiyini yazır. O, bu əsərin səlcuqilər şahı Toğrul Ruslan oğlu üçün yazıldığı və Sultanın da şeir və şairlərə diqqət yetirdiyi üçün Nizamiyə böyük hörmət qazandırdığını, insanlar arasında nüsxələri yayılaraq onu məşhurlaşdırdığını bildirir. "Leyli və Məcnun" əsərinin isə Şirvan şahının istəyi ilə onun üçün yazıldığını və bu əsərin analoqu olmadığını vurğulayır.

XVII əsrdə yaşamış böyük alim Hacı Xəlifə öz "Kəşf əz-Zunun" (Şübhələri üzə çıxarmaq) əsərində "Xəmsə" (beşlik) adı ilə məşhur olanların adlarını çəkərkən deyir: "Onlardan biri də Şeyx Cəmaluddin İlyas ibn Yusuf bin Muəyyid Nizami əl-Kəncəvidir". (Ərəb dilində "G" hərfi olmadığından, onu ya c ilə, ya da k ilə ifadə edirlər). Həmçinin XX əsrin ortalarında yaşamış alim Əbdunnəim Həsəneyn "Nizami Gəncəvi" adlı əsərində Azərbaycanın Gəncə şəhərində yaşamış Nizami Gəncəvinin sonradan şahlara və hakimlərə mədhiyyələr yazdıqdan sonra dövrünün haqsızlığı və ədalətsizliyi ilə əlaqədar onlardan uzaqda, daha çox tənhalığa üstünlük verdiyini qeyd edir. O, şairin əsərlərinin ana xəttinin hər zaman yaxşı, xeyirxah əməllərə, gözəl əxlaqa, ədalətə çağırış olduğunu, həmçinin zülmdən şikayət edildiyini qeyd edir. Müəllif böyük ehtimalla şairin hicri tarixi ilə 539-cu (1143) ildə doğulub və 608-ci (1210) ildə vəfat etdiyini yazır.

S.Nəsirov qeyd edib ki, araşdırmalar zamanı bir neçə mənbədə ərəb şairlərinin də Nizamidən ilham aldıqları görünür. Onun sözlərinə görə, fars dilində yazıb-yaradan Nizaminin Azərbaycan şairi olması barədə ərəb dünyasında daha çox təbliğata ehtiyac duyulur. "Hər hansı şairin əsərlərinin yazıldığı dil onun milli mənsubiyyətinin göstəricisi ola bilməz. Mən ərəb mənbələrində Azərbaycan və azərbaycanlılar haqqında araşdırma əsnasında yüzlərlə azərbaycanlı alimin adına rast gəldim ki, onlar bütün əsərlərini yalnız ərəb dilində yazıblar. Ərəb alimləri onların azərbaycanlı olduğunu birmənalı şəkildə qəbul edirlər. Bu mövzu ilə ətraflı tanış olmaq istəyənlər Azərbaycanın Misirdəki səfirliyinin dəstəyi ilə ərəb dilində çap edilmiş "Ərəb mənbələrində azərbaycanlıların həyat və yaradıcılığı" adlı kitaba müraciət edə bilərlər. Bu kitabda altı ildən artıq davam edən elmi araşdırmaların nəticəsi olaraq, beş yüzə yaxın müxtəlif ərəb mənbələrindən toplanmış yüz azərbaycanlı alim və ədib haqqında materiallar təqdim edilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 754   Tarix: 17 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021
.

Vətən Müharibəsi Qəhrəmanlarına və şəhid ailələrinə mənzillərin sənədləri təqdim edildi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb

17 sentyabr 2021
.

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca

18 sentyabr 2021
.

Əri tərəfindən döyülən hamilə qadın özünü eyvandan atmaq istədi - ANBAAN GÖRÜNTÜLƏR

Əri tərəfindən döyülən hamilə qadın pəncərədən tullanmağa cəhd edib. -a istinadən xəbər verir ki, Braziliyanın Rio-De-Janeyro şəhərində həyat yoldaşına təcavüz edən adamın görüntüləri gündəm olub. Belə ki, əri tərəfindən döyülən 10 həftəlik hamilə qadının evinin pəncərəsindən tullanaraq qaçmağa cəh

17 sentyabr 2021
.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

Nazirlikdən Muxtar Babayevin kortejinə görə yolların bağlanması ilə bağlı iddialara CAVAB

Bəzi saytlarda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin xidməti avtomobilinin Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsinin Bakı-Sumqayıt yoluna birləşən hissəsindən (Masazır dairəsində) keçəndə yolların bağlanması barədə iddialar yayılıb. Məsələ barədə Ekologiya və Təbii Sərvətlə

17 sentyabr 2021
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18 sentyabr 2021