Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - VİDEO

Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - VİDEOGələn həftənin əvvəli Azərbaycanda vaksinasiyaya başlanacaq. Bu barədə məlumatı Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov verib.

Onun sözlərinə görə, Azərbaycan Türkiyə ilə eyni vaksinləri alır. Türkiyədə olduğu kimi, Azərbaycanda da Çinin istehsal etdiyi peyvənddən istifadə olunacaq. Artıq peyvəndləşdirmə prosesinə başlamaq üçün ölkəmizdə müəyyən işlər görülüb. Bakıdakı tibb müəssisələrində bunun üçün xüsusi otaqlar ayrılıb.

Sonxeber.az Xezerxeber.az-a istinadən bildirir ki, yaxın zamanlarda ölkəmizdə həyata keçiriləcək vaksinasiya ilə əlaqədar olaraq artıq paytaxtdakı tibb müəssisələrində peyvəndləmə otaqları yaradılıb. Bunun üçün 2 saylı şəhər poliklinikasında 3 otaq hazırlanıb. Burda peyvənd prosesinin təşkili ilə bağlı bütün tədbirlər görülüb.

2 saylı şəhər poliklinikasının şöbə müdiri Solmaz Tağıyeva qeyd edib ki, Almaniya və ABŞ-ın istehsal etdiyi vaksinlərin saxlanma şəraiti bizi qane etmədiyinə görə, yəni həmin vaksinləri 70 dərəcə soyuqda saxlamalı olduğumuza görə bu peyvənddən imtina etdik. "Sinovac" şirkətinin peyvəndi isə 2-8 dərəcə selsidə və 3 il saxlanıla bildiyi üçün bu vaksindən istifadəyə razılıq verdik. Həm də bu peyvəndin effektivliyi 95-97%-dir.

Vaksinasiya siyahı üzrə aparılacaq və üzərindən bir müddət keçdikdən sonra revoksinasiya ediləcək.

Qeyd edək ki, vaksinlər ilkin olaraq tibb işçiləri və 65 yaşdan yuxarı vətəndaşlara vurulacaq.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2401   Tarix: 17 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) "İmprotex İndustries" MMC (VÖEN – 1401813511) ilə satınalma müqaviləsi imzalayıb. xəbər verir ki, bir mənbədən satınalma metodu əsasında imzalanan müqaviləyə görə ANAMA minatəmizləmə texnikaları, ehtiyat hissələri və təlim xidmətlərini

23 aprel
.

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Azərbaycanda müdir işçisini ona salam vermədiyinə görə işdən qovub. Qaynarinfo xəbər verir ki, bu barədə vətəndaş Nazlı Ağayeva sosial şəbəkədə məlumat verib. Nazlı Ağayevanın sözlərinə görə, həmin şəxs işə çıxdığı günün səhərisi şirkət rəhbərinin yanından keçib, lakin tanımadığı üçün ona salam verməyib:

22 aprel
.

DYP avtobus sürücülərinə XƏBƏRDARLIQ ETDİ - FOTO/VİDEO

Ötən gün iki avtobus sürücüsünün qaydaları pozması ilə bağlı görüntülər yayılıb. -in məlumatına görə, sürücülər Abşeron rayonu ərazisində avtobusları idarə edərkən həm öz, həm də sərnişinlərin həyatını təhlükəyə atıblar. Görüntülər sosial şəbəkədə yayıldıqdan sonra sürücülər tənqid obyektinə çevrilib

23 aprel
.

Elçin Əfəndiyev əməliyyat olunub

Xalq yazıçısı Elçin Əfəndiyev İstanbulda əməliyyat olunub. xəbər verir ki, bu barədə APA-ya Xalq yazıçısı özü məlumat verib. O, əməliyyatın iki gün əvvəl baş tutduğunu bildirib. Yazıçı əməliyyatın uğurlu keçdiyini qeyd edib

22 aprel
.

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda:. 1. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;. 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

23 aprel
.

Hərbi Prokurorluq və Dövlət Sərhəd Xidməti Qubadlıda ekoloji mövzuda birgə tədbir keçiriblər

Azərbaycan Respublikasında 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında Azərbaycan Prezidentinin 2023-cü il 25 dekabr tarixli Sərəncamının icrası ilə əlaqədar Qubadlı rayonunda Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri və Dövlət Sərhəd Xidmətinin yüksək rütbəl

22 aprel
.

Abituriyent intiharlarının qarşını necə almaq olar? - AÇIQLAMA

Bir neçə aydan sonra ali məktəblərə qəbul imtahanları keçirləcək. Hər il qəbul imtahanları zamanı xeyli abituriyent psixoloji sarsıntılar yaşayır və hətta aralarında intihar edənlər də olur. Bir çoxları gənclərin intiharında ailələri günahkar bilirlər. Abituriyentlərin intiharların qarşını almaq üçü

23 aprel
.

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

"Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar ki, bu da çox önəmlidir". APA xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Böyük Britaniya mətbuatına müsahibəsində söyləyib. Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında SSRİ-nin süqutu dövründ

23 aprel
.

"Baku electronics"ə cərimə yazılmasının səbəbi açıqlandı

"Baku electronics" MMC-yə inzibati protokol yazılıb. -ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 44.2-ci (Satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir

23 aprel