"Klassik"lərimiz Fransadan səkkiz medalla dönür

"Klassik"lərimiz Fransadan səkkiz medalla dönürBu gün Fransanın Nitsa şəhərində keçirilən Henri Deqlan "Qran-pri"sinə yekun vurulub.

Güləş Federasiyasından verilən məlumata görə, yarışın son günündə yunan-Roma güləşi (klassik güləş) üzrə mübarizə baş tutub.

60 kq-da A qrupunda yer alan Murad Məmmədov ilk görüşdə ispaniyalı idmançını elə ilk hissədə tam üstünlüklə məyus edib. Portuqaliyalı rəqibini də cəmi 2 dəqiqəyə üstələyən Məmmədov qrup lideri kimi yarımfinala vəsiqə qazanıb. B qrupundakı təmsilçimiz Murad Bazarov isə debütdə İspaniyanın bayrağı altında çıxış edən erməni güləşçiyə gücünü göstərib. Növbəti görüşdə türkiyəli güləşçiyə məğlub olaraq qrup ikincisi kimi yarımfinala adlayıb. Finalın bir addımlığında yığma üzvləri üz-üzə gəlib və Məmmədov sevinən tərəf olub. Bazarov ispan güləşçini devirərək bürünc medala sahib olubsa, türk həmkarına uduzan Məmmədov gümüş medalla kifayətlənib.

Mübarizəyə 1/4 finaldan qoşulan Namaz Rüstəmov yerli güləşçiyə minimal fərqlə uduzub. 67 kq-dakı digər təmsilçimiz İslambek Dadov Fransanı təmsil edən türk güləşçini vaxtından əvvəl məğlub edərək adını yarımfinala yazdırıb. Ancaq finalın bir addımlığında Fransa güləşçisinə minimal fərqlə uduzub. Rüstəmov ilk təsəlliverici görüşdə Avstriya təmsilçisini xalçaya çıxmağa peşman edib. Növbəti qarşılaşmada isə ispan həmkarına heç bir şans tanımayıb. Bürünc medal uğrunda qarşılaşan milli üzvlərinin duelindən isə Dadov qalib ayrılıb.

Sənan Süleymanov ilk mərhələdə gürcü rəqibi üzərində inamlı qələbə qazanıb. Fransanı təmsil edən erməni güləşçiyə də gücünü göstərən pəhləvanımız yarımfinala yüksəlib. Türkiyə güləşçisiylə görüşdə xalların keyfiyyətinə görə qarşı tərəf qalib elan olunub. Sənan gürcü rəqibinə növbəti dəfə qalib gələrək bürünc medalla təsəlli tapıb.
Rafiq Hüseynov qrupdakı ilk qarşılaşmasında avstriyalı güləşçini çətinlik çəkmədən məğlub edib. Türkiyəli pəhləvandan da güclü olan təcrübəli idmançımız B qrupunun qalibi kimi yarımfinala vəsiqə qazanıb. Türkiyənin daha bir təmsilçisini sıradan çıxaran 2 qat Avropa çempionumuz adını finala yazdırıb. Son qarşılaşmada Türkiyənin daha bir nümayəndəsi ilə qarşılaşan Rafiq sonuncu xal prinsipinə əsasən gümüş medalçı olub.

İslam Abbasov ilk görüşdə gürcü həmkarına qalib gəlib. Hollandiya güləşçisi də həmyerlimizin qarşısında duruş gətirə bilməyib. Yarımfinalda ABŞ güləşçisini məyus edən Abbasov finala yüksəlib. Türkiyə güləşçisiylə baş tutan son qarşılaşmadan da üzüağ çıxan İslam fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Murad Lokyayev A qrupunda keçirdiyi ilk görüşdə Fransa idmançısına vaxtından əvvəl qalib gəlib. Lokyayev Polşa güləşçisinə də eyni aqibəti yaşadıb. Avstriya idmançısının da öhdəsindən gələn Murad yarımfinala qrup lideri kimi yüksəlib. Yığma üzvü Avstriya güləşçisini də məğlub edərək finala vəsiqə qazanıb. Həlledici görüşdə gürcü rəqibiylə bacarmayan millimizin üzvü gümüş medalı boynundan asıb.

Sabah Şəriəti ilk görüşdə çilili güləşçiyə məğlub olub. Rio Olimpiadasının bürünc medalçısı gürcü rəqibini minimal fərqlə üstələyərək gümüş medala sahib çıxıb.

Beləliklə, yarışda iştirak edən 9 yunan-Roma güləşçimizdən 8-i fəxri kürsüyə qalxıb. Millimiz "Qran-pri"də 1 qızıl, 4 gümüş və 3 bürünc medal əldə edib.

Komandamız bu nəticəylə 160 xalla ikinci yeri tutub.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1676   Tarix: 17 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İngiltərə Premyer Liqası: "Tottenhem" darmadağın olundu - VİDEO

İngiltərə Premyer Liqasında dördüncü turun oyunları keçirilir. "Kristal Palas" dogma meydanda "Tottenhem"ə 3:0 hesabı ilə qalib gəlib. Oyunda qolları Zaha (76-cı dəqiqə) və Eduardo vurub (84-cü, 90+2 dəqiqə). Qeyd edək ki, bu, mövsüm başlayandan "Kristal Palas"ın ilk qələbəsidir

11 sentyabr 2021
.

Paralimpiya bayrağı Parisə ötürüldü

Bu gün "Tokio-2020" Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilib. Ümumilikdə idmanın 22 növündə 539 mükafat komplekti qazanılıb. İlk yeri 96 qızıl, 60 gümüş və 51 bürünc medal alan Çin idmançıları tutublar. xəbər verir ki, ikinci yerdə Böyük Britaniya, üçüncü pillədə ABŞ, dördüncüd

5 sentyabr 2021
.

Paralimpiya Oyunları başa çatdı: Azərbaycanın medal sıralamasındakı yeri bilindi

Tokioda keçirilən Yay Paralimpiya Oyunları başa çatıb. -ın xəbərinə görə, Paralimpiya komandamız tarixinin ən yaxşı nəticəsini göstərərək medal sıralamasında ilk "10-luq"da qərarlaşıb. Sonuncu gündə İtaliya daha bir qızıl medal qazanıb və yalnız gümüş sayına görə ölkəmizi qabaqlayıb. Beləliklə

5 sentyabr 2021
.

"Qalatasaray"ın qadın futbolu komandası yaradıldı

Türkiyənin "Qalatasaray" klubu prezidentinin köməkçisi Rezan Epözdəmir maraqlı açıqlama ilə çıxış edib. O, hələ bir ay öncə klub daxilində qadın futbol komandasının yaradıldığını bildirib. Onun sözlərinə görə, qadının yaşıl meydanlarda yer alması futbolu daha estetik və daha gözəl bir idma

6 sentyabr 2021
.

Sotomayor karyerasını bitirdi

Millimizin boksçusu Lorenzo Sotomayor karyerasını bitirib. xəbər verir ki, bunu Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti Süleyman Mikayılov "Tokio-2020" Yay Olimpiya Oyunlarının yekunu və növbəti Olimpiya tsiklinə hazırlıqla bağlı təşkil olunan iclasda deyib. Vitse-prezident boksd

11 sentyabr 2021
.

Rusiyada olimpiya çempionunun medalları OĞURLANDI

Rusiyada naməlum şəxslər tennis üzrə "Rio-2016" Olimpiya Oyunlarında qızıl və Tokio Olimpiadasında gümüş medal qazanan Elena Vesninanın evini qarət ediblər. xəbər verir ki, tennisçinin özü "TASS"a bildirib ki, digər əşyaları ilə birgə hər iki Olimpiya medalı da oğurlanıb. Onun sözlərin

12 sentyabr 2021
.

"Qalatasaray"ın keçmiş prezidenti koronavirusdan VƏFAT ETDİ

Türkiyənin məşhur "Qalatasaray" futbol klubunun keçmiş prezidenti vəfat edib. -a istinadən bildirir ki, 84 yaşlı Duygun Yarsuvat müalicə aldığı xəstəxanadan koronavirusdan dünyasını dəyişib

10 sentyabr 2021
.

MDB Oyunları: Azərbaycan 22-ci medalını qazandı

Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında Azərbaycanın aktivinə daha bir medal yazılıb. verir ki. kəmər güləşində 66 kq çəki dərəcəsində çıxış edən Sənubər Nəbiyeva bürünc medala sahib olub. Bununla da Azərbaycanın I MDB Oyunlarında əldə etdiyi medalların sayı 22-yə yüksəlib. Medallarda

5 sentyabr 2021
.

Messi het-trik edərək Pelenin rekordunu qırdı - VİDEO

Argentina yığmasının hücumçusu Lionel Messi 2022-ci il dünya çempionatının seçmə mərhələsində Boliviya ilə oyunda het-trik edib və əfsanəvi braziliyalı futbolçu Pelenin rekordunu qırıb. Bununla da 34 yaşlı futbolçu Cənubi Amerika milliləri arasında öz komandasında ən çox qol vuran futbolçu olub. Hazırd

10 sentyabr 2021