Azərbaycanda bu şəxslərə vaksin VURULMAYACAQ - Baş HƏKİM AÇIQLADI

Azərbaycanda bu şəxslərə vaksin VURULMAYACAQ - Baş HƏKİM AÇIQLADIBu dəfə yolumuz 2 saylı şəhər poliklinikasınadır. Poliklinikanın koronavirus əleyhinə ilk vaksinasiya olunacaq həkimləri, tibb işçiləri ilə söhbətləşəcəyik.

Gördüklərimizi publika.az-ın obyektivindən sizə də yansıtmağa çalışacağıq.

Bizi 2 saylı şəhər poliklinikasının baş həkimi Sevda Aslanova qapıda qarşılayır. Hal-əhval tutduqdan sonra söhbətə başlayırıq. Baş həkim deyir ki, poliklinikada 150 nəfərlik tibb işçisi çalışır. Onu da əlavə edir ki, xəstəxanada çalışan tibb işçiləri arasında bu günə qədər 20 nəfər koronavirusa yoluxub:

"Virusa yoluxanlarda infeksiya əleyhinə anticisimlər formalaşdığı üçün onların vaksinasiyasına ehtiyac yoxdur. Onlara altı aydan sonra vurula bilər. Amma 130 tibb işçisinin hamısının vaksinasiyası həyata keçiriləcək".

S.Aslanova bildirir ki, tibb işçiləri arasında təxminən 10 nəfərinin yaşı 65-dən yuxarıdır.

Şöbə müdiri Solmaz Qarayeva isə qeyd edir ki, vaksinasiya 21 gün fərqlə iki dəfə vurulacaq. Bununla da vaksinasiya prosesi yekunlaşmış hesab olunacaq:

"Vaksinasiya zamanı yüngül allergik reaksiyanın müşayiət edilmə ehtimalı var. Bir şəxsə vaksin 14-21 gün fərqlə vurulacaq. Vaksin vurulduqdan sonra şəxslər 30 dəqiqə həkim nəzarətində saxlanılacaq. Bu, canlı yox, ölü virusdur, ona görə də hər hansı ağır reaksiya gözlənilmir. Heç bir reaksiya olmasa, normal qaydada işlərinə davam edə bilərlər".

Bəs yan xəstəlikləri olanlara da vaksin vurulacaqmı?

Həmsöhbətimizin sözlərinə görə, bəzi xəstəlikləri olan şəxslər var ki, onlara həkim nəzarəti altında vaksinlər vurulacaq: "Məsələn, immun çatışmazlığı olan şəxslər, aktiv epilepsiya xəstələri və sair... Poliklinikada vaksinasiya üçün biri peyvənddən qabaq müayinə otağı olmaqla iki-üç otaq ayrılıb. Vaksinasiyadan qabaq hər kəsin hərarəti və təzyiqi ölçülür, anemnezi öyrənilir. Daha sonra vəziyyətə uyğun olaraq vaksin vurulur".

Baş həkim deyir ki, hər bir peyvənd otağında iki tibb işçisi əyləşəcək və vaksinasiya prosesini həyata keçirəcək: "Gün ərzində 10 tibb işçisinin vaksinasiyası nəzərdə tutulub. 2 saylı şəhər poliklinikasında həm də 3 nömrəli Tələbə Poliklinikasının 20 əməkdaşının vaksinasiyası aparılacaq".

Sonra bizə vaksinlər göstərilir. Bildirilir ki, onu açıqda saxlamaq olmaz. Daha sonra qaranlıq yerə qoyurlar.

İlk vaksinasiya olunanlar...

Bir az gözləyirik. İlk olaraq baş həkim stula yaxınlaşır. O, vaksinasiya olunandan sonra ortalığa qısa sükut çökür.

Bəs xəstəxananın "ən ürəkliləri" kimdir? İlk olaraq tibb bacısı Samirə Mehdiyeva və LOR həkim Arzu Baxışova peyvənd otağına yaxınlaşırlar. Qollarını çırmayırlar və əyləşib iynəni vuracaq həmkarlarını gözləyirlər. Üzlərində təbəssüm var. Arzu xanımdan həyəcanlı olub-olmadığını soruşuruq. Deyir ki, bir az həyəcan var. Vaksini vuracaq həkim baş həkimlə sakit səslə məsləhətləşir. Yanındakı həkim isə "ancaq əzələyə vurulur" deyir. Vaksinasiya olunan şəxslərdən narahatlıq keçirib-keçirmədiklərini soruşuruq:

- Hər şey qaydasındadır.

- Heç bir narahatlıq hiss etmirəm.

Başqa bir həkim isə vaksinasiya olunan həkimlərin yarım saat müddətində həkim nəzarətində olacaqlarını söyləyir.

Üstəlik pasport da verilir...

Həkim Firudin Seyidovun sözlərinə görə, vaksinasiya olunanlara pasport da verilir. Bu pasport 6 ay müddətində qüvvədə qalır: "Həmin şəxs ikinci vaksindən sonra pasportu alır. Ola bilər ki, xaricə və ya başqa ölkəyə getsin. O zaman əlavə prosedurlara ehtiyac qalmır. Bu pasportu göstərib rahat şəkildə işlərinin dalınca gedə bilərlər. Üstəlik, vaksin olunan şəxsləri elektron sistemə də salırıq. Yəni bu pasporta ehtiyac duyulmaya da bilər".

Firudin həkim onu da əlavə edir ki, 4 gün müddətində tibb işçilərinin vaksinasiyası başa çatacaq. Hər gün saat 18:00-a qədər vaksinlər vurula bilər: "Bizim xəstəxanada yaşı 65-dən yuxarı olan 10 həkim var. İlk növbədə vaksinlər onlara vurulacaq. Sonra könüllü şəkildə hər kəsə...

18 yaşına çatmamış şəxslərə və hamilə qadınlara vaksin vurulmur. 14-21 gün müddətində isə revaksinasiya olunur. Xəstələrə "prob" qoyulmur. Sadəcə olaraq vaksin vurduracaq şəxslər həkim nəzarətində olur. Biz onlardan yan xəstəliklərinin olub-olmadığını soruşuruq. Hər şey qaydasında olarsa, vaksinlər vurulur. Onkoloji xəstəlikləri və bronxlarında aktiv xəstəliklər olanlara da vaksin vurulmayacaq".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 113846   Tarix: 18 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Xanımlar getdikcə bir-birinə bənzəyir: Estetik əməliyyat etdirənlərin sayı niyə artır? - Açıqlama

Əvvəllər çox nadir insanlar estetik əməliyyat edərdi. İndi isə estetik əməliyyat edən şəəxslərin sayı olduqca artıb. Bir çox insan xarici görünüşünü bəyənməyərək plastik əməliyyata üz tutur. Son zamanalr qadınlarla yanaşı, estetik əməliyyat etdirən kişilərə də tez-tez rast gəlinir. Bəzən hətta plasti

25 aprel
.

Azərbaycanda 8-ci sinif şagirdi qoşulub qaçdı

Azərbaycanda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb. -ın əldə etdiyi məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb. Məlumata əsasən, aprelin 23-də Xoylu kənd məktəbinin 8-ci sinfində təhsil alan qız naməlum şəxsə qoşularaq qaçıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətini

25 aprel
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

25 aprel
.

Xalq artisti: "Anam məni dünyaya gətirmək istəmirmiş" - VİDEO

"Arzuolunmaz övlad olmuşam, anam məni dünyaya gətirmək istəmirdi". Bu fikirləri Xalq artisti Məleykə Əsədova ATV-də yayımlanan "Günaylı Gün" verilişində səsləndirib. O bildirib ki, özündən böyük iki bacısı var:. "Anam həkim idi, qızı olacağını bilirdi, lakin oğlan istəyirdilər"

24 aprel
.

Maşını kapotu açıq şəkildə sürüb təhlükə yaratdı - Video

Sosial şəbəkələrdə "Chevrolet Cruze" markalı avtomobilin magistral yolda kapot hissəsi açıq şəkildə idarə edilməsini əks etdirən görüntülər yayılıb. "Qafqazinfo" xəbər verir ki, minik avtomobilinin ön hissəsində görüntünün məhdudlaşdırılmış formada idarə edilməsi yolda təhlükəli vəziyyə

25 aprel
.

İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı

Aprelin 24-də özünə qəsd edən respublikanın sabiq baş pediatrı bu gün dəfn olunacaq. -ın əldə etdiyi məlumata əsasən, Nəsib Quliyev Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılacaq. Qeyd edək ki, Nəsib Quliyev Görədildə yaşadığı mənzildə özünə ov tüfəngi ilə atəş açara

25 aprel
.

Bayden "erməni soyqırımı" ifadəsini növbəti dəfə işlətdi

ABŞ Prezidenti Co Bayden ənənəvi müraciətində növbəti dəfə "erməni soyqırımı" ifadəsindən istifadə edib. APA-nın xəbərinə görə, o bildirib ki, "soyqırımın" ildönümünün qeyd olunması onun "qurbanlarının" anılması və bu "faciənin" unudulmaması üçün səbəbdir. Qey

24 aprel
.

Bakıda binalarda yeni oğurluq üsulu: Görüntülərlə bağlı araşdırmalara başlanılıb - YENİLƏNİB + VİDEO

Bakıda binalardan edilən oğurluqla bağlı rəsmi açıqlama verilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli -a bildirib ki, yayılan görüntülər araşdırılır:. "Şübhəli şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür". 17:16. Bakıda cinayətkarla

24 aprel
.

Qalmaqala səbəb olan "23 aprel" şousu: Balaca uşaq Dilan Polat kimi hərəkətlər etdi - FOTO+VİDEO

Aprelin 23-də məktəb tədbirində balaca uşağa Dilan Polat təqlidini etdiriblər. türk mediasına istinadən xəbər verir ki, sözügedən tədbirdə azyaşlının çıxışı tənqidlərə səbəb olub. Belə ki, Uşaqların çıxış etdiyi şouda çəhrayı don geyinmiş, saçlarına saxta dollar taxmış balaca qız Dilan Polatın Enerc

25 aprel