Vaksinin hansı əlavə təsirləri ola bilər? - TƏBİB sədri AÇIQLADI
''Azərbaycanda istifadə edilən vaksindən artıq Türkiyədə bir milyondan çox həkimə vurulub və hər hansı əlavə təsir müşahidə edilməyib''.
Sonxeber.az "Xəzərxəbər"ə istinadən xəbər verir ki, bu barədə TƏBİB sədri Ramin Bayramlı bildirib.
Onun sözlərinə görə, ölkəmizdə gətirilən hər bir partiya vaksin labaratoriya sınaqlarından sonra qəbul edilir.
Ramin Bayramlı qeyd edib ki, bütün vaksinlərdə olduğu kimi bu vaksinin də əlavə təsirləri var. Bunlar baş ağrısı, yüngül qızdırma, bəzən isə halsızlıq ola bilər, amma buna görə təşvişə düşməyə ehtiyac yoxdur:
"Hər bir şəxs vaksindən sonra 30 dəqiqə müşahidə altında saxlanılır, üstəlik əks təsirlər barədə onlara verilən məlumat kitabçasından istifadə etməklə ərazi üzrə poliklinikalara müraciət edə bilər".
TƏBİB sədri koronavirusun mutasiyaya uğramış ştammının Azərbaycanda aşkarlanacağı təqdirdə əlavə tədbirlərin görüləcəyini və bu barədə ictimaiyyətin məlumatlandırılacağını bildirib. O, sözügedən vaksinin bu virus üzərində də təsirli olduğunu açıqlayıb.
Ramin Bayramlı bildirib ki, hazırda digər vaksin istehsalçıları ilə də danışıqlar aparılır və ehtiyac olarsa, digər növ vaksinlərin də ölkəyə gətirilməsi mümkün olacaq.
Mövzu ilə bağlı videomaterialı təqdim edirik:
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 1693 Tarix: 18 yanvar 2021
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşXalq artisti: "Anam məni dünyaya gətirmək istəmirmiş" - VİDEO
"Arzuolunmaz övlad olmuşam, anam məni dünyaya gətirmək istəmirdi". Bu fikirləri Xalq artisti Məleykə Əsədova ATV-də yayımlanan "Günaylı Gün" verilişində səsləndirib. O bildirib ki, özündən böyük iki bacısı var:. "Anam həkim idi, qızı olacağını bilirdi, lakin oğlan istəyirdilər"
24 aprel"Məbləğin bir qismi ödənildi" - Zamirə "Space TV"ə qayıtdı
"Space TV" ilə bağlı problemə bu gün son qoyduq. Məhkəmənin qərarı nəhayət icra olundu. Mənə ödənilməli məbləğin bir qismi ödənildi. Bir hissəsini isə kanalın rəsmisi yaxın günlərdə ödəyəcəklərini bildirdi". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Zamirə Dadaşova sosial şəbəkədə yazıb
23 aprelTürkiyənin ilk astronavtı Azərbaycana gələcək
Türkiyənin kosmosa səyahət edən ilk astronavtı Alper Gezeravcının Azərbaycana səfəri təşkil olunacaq. report-a istinadən xəbər verir ki, bu barədə Ankarada keçirilən Türk dövlətləri kosmik agentliklərinin üçüncü iclasından sonra Azərbaycan Kosmik Agentliyinin ("Azərkosmos") İdarə Heyətini
24 aprelBaş nazir iclas keçirdi: Sədr məruzə etdi
Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının iclası keçirilib. xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Baş nazir, AİH-nin Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində holdinqin idarəetməsinə verilmiş Portfel şirkətlərin 2023-c
24 aprelBu ərazilərdə qaz olmayacaq
Şəki şəhəri "Cəfərabad" QPS-də siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi, eləcə də Qəbələ rayonu ərazisində diametri 225 mm olan qaz xətti üzərindəki RDUK-un təmiri ilə əlaqədar 24.04.2024-cü il tarixdə saat 09:00-da
23 aprel