"Qarabağa qayıtmaq istəməyənlərin bütün güzəştləri dayandırılmalı, mənziləri geri alınmalıdır" - DEPUTAT

"Qarabağa qayıtmaq istəməyənlərin bütün güzəştləri dayandırılmalı, mənziləri geri alınmalıdır" - DEPUTAT"44 günlük Vətən müharibəsində torpaqlarımız erməni işğalından azad olunub. Qaçqın və köçkünlərin 30 illik torpaq, ata-baba yurdu həsrətinə son qoyulub. Hazırda azad olunmuş ərazilərə böyük qayıdışın həyata keçirilməsi üçün hazırlıq işləri görülür. Dövlər bütün resurslarını bu ərazilərin yenidən qurulması və bərpasına səfərbər edib. Sürətlə yeni infrastruktur formalaşdırılır. Yaşayış məntəqələrinin bərpası istiqamətində planlaşdırma işləri icra olunur.

Yaşayış məntəqələrində yaşayışa yararlı binaların bərpası üçün inventerizasiya və dəyərləndirmə işləri aparılır. Təhlükəsizliyin təmin edilməsi işləri təşkil olunub. Ərazilərin minalar və partlayıcı vasitələrdən təmizlənməsi işləri genişləndirilib. İşğaldan azad olunmuş ərazilərdə qısa bir zamanda yaşayış üçün yüksək şərait yaradılacaq, həmin torpaqların yenidən məskunlaşdırılmasına start veriləcək. Burada yenidən məskunlaşdırılma məsələsinə gələndə belə bir sual yaranır: "Hamı azad olunmuş ərazilərə qayıtmaq istəyirmi?" Məncə, burada alternativsiz "hə" olmalıdır. Çünki, bu, təkcə vətəndaşın öz yurduna qayıtması məsələsi kimi könüllü şəkildə olmamalıdır".

Bu sözləri Sonxeber.az-a deputat Azər Badamov danışıb:

"Bu, həm də bir vətəndaşlıq borcu olmalıdır. Necə ki, 90-cı illərdə biz məcbur olub o əraziləri tərk etmişiksə, indi də o əraziləri tərk edən insanlar, Bakı və digər şəhər və rayonlardakı sosial stauslarından asılı olmayaraq, Vətən qarşısındakı borcları olaraq, yenidən öz doğma yurduna qayıtmalıdırlar. Əgər 44 günlük müharibədə ordumuz qələbə çalıb ərazilərimizi işğaldan azad edibsə, indi qaçqın-köçkünlərimiz də, həmin qələbənin davamı olaraq, böyük qayıdış edib öz yurdlarında yenidən məskunlaşmaqla dəstəyini verməlidirlər. Bu gün qaçqın və köçkün ailələri dövlət güzəştləri ilə əhatə olunub. Düşünürəm ki, azad olunmuş ərazilərə qayıdan insanlara həmin güzəştlər müəyyən dövr üçün davam etməlidir. Qayıtmaqdan imtina edənlərin bütün güzəştləri dayandırmalı və hətta dövlət tərəfindən yaşamaq üçün verilmiş mənzili də geri alınmalıdır.

Dövlət başçısı qaçqınlar üçün tikilmiş yeni mənzillərin şəhid ailələrinə verilməsi ilə əlaqədar çox düzgün qərar qəbul edib. Vətən müharibəsində 2800-dən çox şəhidimiz, minlərlə əmək qabiliyyətini itirmiş gənclərimiz olub. Bu insanlar üçün dövlət güzəştləri genişlənməlidir. Çünki onlar öz həyatlarını ölümə ataraq torpaqlarımızı azad ediblər. Düzdür, dövlətimiz şəhid ailələrinin və qazilərin sosial müdafiəsinin gücləndirilməsi üçün addımlar atır. Həm də bu kateqoriyadan olan insanların ev probleminin həll edilməsi məqsədilə qaçqınlar üçün tikilmiş yeni mənzillərin həmin ailələrə verilməsi qərarı qəbul edilib. Amma dövlətin verdiyi evdə məskunlaşaraq öz yurduna qayıtmaq istəməyən insanlar olsa, onların mənzilləri də geri alınaraq şəhid ailələrinə və qazilərə verilməlidir, onlara verilən bütün dövlət imtiyazları da dayandırılmalıdır".

Şəlalə Babayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 5725   Tarix: 19 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Məbləğin bir qismi ödənildi" - Zamirə "Space TV"ə qayıtdı

"Space TV" ilə bağlı problemə bu gün son qoyduq. Məhkəmənin qərarı nəhayət icra olundu. Mənə ödənilməli məbləğin bir qismi ödənildi. Bir hissəsini isə kanalın rəsmisi yaxın günlərdə ödəyəcəklərini bildirdi". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Zamirə Dadaşova sosial şəbəkədə yazıb

23 aprel
.

Bu ərazilərdə qaz olmayacaq

Şəki şəhəri "Cəfərabad" QPS-də siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi, eləcə də Qəbələ rayonu ərazisində diametri 225 mm olan qaz xətti üzərindəki RDUK-un təmiri ilə əlaqədar 24.04.2024-cü il tarixdə saat 09:00-da

23 aprel
.

Həbs olunmuş separatçıların Qarabağdakı mülkərinin taleyi NECƏ OLACAQ? - AÇIQLAMA

Bildiyimiz kimi, vaxtilə Qarabağda fəaliyyət göstərmiş qanunsuz qondarma "qurum"un keçmiş rəhbərləri hazırda Bakıda həbsdədir və onlarım dindirilməsi prosesi gedir. Vaxtilə Qarabağda erməni sakinlərindən "oyuncaq" kimi istifadə edən bu separatçıların Qarabağda qanunsuz olaraq tikdirdiy

23 aprel
.

Əməkdar artist Faiq Sadıqovun son durumu ilə bağlı RƏSMİ AÇIQLAMA

Əməkdar artist, Prezident təqaüdçüsü, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru Faiq Sadıqovun vəziyyəti ağır stabil olaraq qiymətləndirilir. Bu məlumat -ın sorğusuna cavab olaraq TƏBİB-dən verilib. Məlumatda qeyd olunub ki, Əməkdar artist, Prezident təqaüdçüsü

23 aprel
.

Culfada dəhşətli qəza: Ölənlər var - FOTO

Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un yerli bürosu xəbər verir ki, Ərəzin kəndi ərazisində baş verən hadisədə "Chevrolet Niva" markalı avtomobillə "Tofaş" markalı maşın toqquşub. Nəticədə Kamal Qürbət oğl

23 aprel
.

Məktəbli qıza qarşı əxlaqsızlıq edən kişiyə cəza verildi

Bakının Nərimanov rayonunda yerləşən binanın dəhlizində 11 yaşlı qıza qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirləndirilən şəxsə hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Oğuz rayon sakini olan 1993-cü il təvəllüdlü Riad Ağayev (ad-soyad şərtidir) Cinayət Məcəlləsinin 153.2-ci (14 yaşına çatmamı

23 aprel
.

"Oğluma Ali Baş Komandanın adını verəcəyik" - Fotolar

Xəbər verdiyimiz kimi, bu gün işğaldan azad edilmiş Xankəndidə ilk körpə dünyaya gəlib. "Qafqazinfo" xəbər verir ki, Səadət Namazlı və Abbas Abdullayevin ilk övladı olan körpə Xankəndi şəhərindəki tibb müəssisəsində doğulub. Körpənin atası saytımıza açıqlamasında bildirib ki, onların oğla

23 aprel
.

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? (TƏFƏRRÜAT)

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı Abel Məhərrəmovun adı keçən torpaq qalmaqalının detalları məlum olub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, qalmaqala səbəb Abel Məhərrəmovun Xızı rayonunun Altıağac qəsəbəsindəki əmlakı ilə bağlıdır

23 aprel
.

Sumqayıtda müəllim vəfat etdi

Sumqayıt şəhər 24 saylı tam orta məktəbin müəllimi vəfat edib. Qaynarinfo xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, ötən gün sözügedən məktəbin ingilis dili müəllimi Xuraman Əliyeva qəfil dünyasını dəyişib

23 aprel