Oğlu döyüşdən qayıdan ananın sevincdən ürəyi dayandı - FOTO

Oğlu döyüşdən qayıdan ananın sevincdən ürəyi dayandı - FOTO"Oğlunun gəlişi münasibətilə şirniyyatlar bişirmişdi. Ancaq qismət olmadı, öz yasında süfrəyə qoyuldu"

Nurlan Quliyev 1998-ci ildə Bakının Kürdəxanı qəsəbəsində anadan olub. O, Vətən müharibəsi iştirakçısıdır. Hadrut, Xocavənd, Şuşa və Laçın uğrunda döyüşüb. Bir neçə gün əvvəl - yanvarın 14-də tərxis olunaraq evinə qayıdıb. Ancaq Nurlan digər qalib əsgərlər kimi qələbə sevincini ailəsi ilə birlikdə yaşaya bilməyib. 3 aydan sonra evə qayıdan könüllü əsgər onu qucaqlayıb bağrına basan anası Əfqanə xanımı itirib.

Nəcibə Babayeva Azvision.az -a bildirib ki, bacısı Əfqanə Quliyeva 46 yaşında dünyasını dəyişib. O, 3 aydan çox idi ki, döyüşə gedən oğlunun yolunu gözləyirdi.

Ailə üzvləri, qohumlar, kənd sakinləri ona təskinlik versələr də, övlad həsrətini heç nə ilə ovuda bilmirdilər. Oğlunun evə qayıtdığı gün həyəcandan yerə-göyə sığmayan ana Nurlanı bağrına basdıqdan bir neçə dəqiqə sonra ürək tutmasından dünyasını dəyişib.

Nəcibə Babayeva: "Bir gün qabaq bacımgilə gəldim ki, Nurlanı birgə qarşılayaq. Həm də Əfqanəni sakitləşdirmək istəyirdim. Üç ay yarım idi ki, bala həsrəti çəkirdi, çox darıxırdı. Övladı ilə bir gün əlaqə kəsilən kimi özünə yer tapmırdı. Deyirdi, bircə səsini eşidim ki, sağdır. Yanvarın 14-ü həyəcanlı idi. Əlində "Qurani Kərim" evdə o başa, bu başa gedib-gəlirdi. Axşam oğlunu təntənə ilə qarşılayıb gətirdilər. Balasını çoxlu-çoxlu öpüb bağrına basdı. Birdən bacımın halının dəyişdiyini, boğulduğunu gördüm. Qışqırdım ki, təcili yardım çağırın. Bir saat sonra təcili yardım gəldi, ancaq heç nə edə bilmədilər. Bacım artıq keçinmişdi. Bizim anamız yox idi, Əfqanə mənim sirdaşımı idi. Mən həm də dostumu itirdim".

Elnarə Quliyeva ailənin qız övladıdır. Onun sözlərinə görə, anasının ölümü hər kəsi sarsıdıb:

"Biz ailədə iki uşaq olmuşuq. Mənim 25 yaşım var, ailəliyəm. Anamla qardaşım bir-birilərinə çox bağlı idilər. Nurlan döyüşdə olanda çox həyəcan keçirirdi, gecəsi- gündüzü yox idi. Onun belə vəfatı hamımızı sarsıtdı. Hər kəs şok vəziyyətindədir. Qardaşım da özünü bağışlamır, düzdür, onun günahı yoxdur. Amma belə bir səhnəyə hazır deyildik. Anam onu qayıdan kimi evləndirmək istəyirdi, arzuları çox idi.

Bronxial astma xəstəliyi var idi. Ancaq bu vaxta qədər hər hansı ürək problemi və ya ağrısı olmayıb. Çox nigaran idi, deyirdi, "təki balam gəlsin, mənə nə olur olsun". Atam anamı təsəlli edirdi, qoruyurdu, bir dəqiqə tək qoymurdu".

Ailənin yaxın qohumu Lətif Quliyev əmisi gəlininin vaxtsız ölümündən kədərləndiyini bildirib:

"Bu, ana sevgisindən irəli gələn bir məsələdir. Namazı, duası ilə balasını ölümdən qorudu, amma özü şəhid oldu. Bizim ailənin gözündə Əfqanə xanım bir şəhiddir. Ananın balaya olan sevgisi bu cür nəticələndi. Oğlunun gəlişi münasibəti ilə şirniyyatlar bişirmişdi. Deyirdi, hamıya paylayacaq. Ancaq qismət olmadı, öz yasında süfrəyə qoyuldu".
Oğlu döyüşdən qayıdan ananın sevincdən ürəyi dayandı - FOTOOğlu döyüşdən qayıdan ananın sevincdən ürəyi dayandı - FOTOOğlu döyüşdən qayıdan ananın sevincdən ürəyi dayandı - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4512   Tarix: 20 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Maşınlarını tıxacda saxlayıb yolun ortasında dalaşdılar - Video

Sosial şəbəkələrdə Bakı şəhər Nərimanov rayonu Fətəli Xan Xoyski küçəsində 2 sürücünün dava etməsi ilə bağlı görüntülər yayılıb. DİN-in Mətbuat xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov "Qafqazinfo"ya bildirib ki, hadisə ilə bağlı araşdırma aparılıb və sürücülərin şəxsiyyət

20 aprel
.

Bu, ermənilərdən daha çox ermənipərəstləri pərt edib - Hulusi Kılıç

Həmişə deyirlər ki, tarix yalnız mümkünsüzü mümkün edənləri ən təbii tərif sözləri ilə xatırlayar, məhz onların "möcüzə"lərindən ağız dolusu bəhs edər. İmkansızdır, yox olmaz deyənlər isə ümumiyyətlə, heç yada da düşməz, ya da ən yaxşı halda epizodik olaraq onlardan tarix kitablarında bəh

20 aprel
.

Ata-anasını ödürən Fikrəti HANSI CƏZA GÖZLƏYİR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada dəhşətli qətl hadisəsi törədilib. Belə ki, aprelin 19-da saat 3 radələrində 1962-ci il təvəllüdlü Hakim Məmmədov və həyat yoldaşı, 1965-ci il təvəllüdlü Zərifə Məmmədova yaşadıqları evdə kəsici alətlə qətlə yetiriliblər

19 aprel
.

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlandı + YENİLƏNİB

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb. Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi İctimai Birliyinin (ABTM) təsisçisi olduğu Bakı Fransız Liseyi Təhsil Kompleksinin (BFL) ləğv olunması haqqında qərar qəbul edib. Qərarın qəbul edilməsində əsas səbəblər 10 illik fəaliyyət

19 aprel
.

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, akademik Abel Məhərrəmov məhkəməyə verilib. Qaynarinfo xəbər verir ki, iddiaçı Əmirov Nazim Fərrux oğlu adlı şəxsdir. Onun iddia tələbi torpa sahəsinin boşaldılması və qanunsuz tikilinin sökülməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi iddianı təmi

19 aprel
.

Ətin qiyməti niyə günbəgün ARTIR? - Açıqlama

2024-cü ilin yanvar-fevral aylarında quş əti də daxil olmaqla diri çəkidə 89,1 min ton ət istehsal olunub. 2023-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 1,5 faiz azalıb. Azərbaycanda ətin qiyməti niyə bu qədər bahadır?. Mövzu ilə bağlı bağlı iqtisadçı-eskpert Natiq Cəfərli -a açıqlama verib. İqtisadç

19 aprel
.

Teleqramda da stikerlər düzəltmək mümkün olacaq

Teleqram tərtibatçıları messencerə stiker yaratmaq üçün yeni bir özəlliyin əlavə olunduğunu elan ediblər. "Qafqazinfo" xəbər verir ki, artıq hər bir istifadəçi foto və videolarından öz stikerini hazırlaya biləcək. Stikerlər yaratmaq üçün müvafiq bölməyə keçin və " işarəsinin üzərinə klikləyin

19 aprel
.

Bakı Baş Səhiyyə Mərkəzi məhkəmə qarşısında - Nə baş verib?

Bakı Baş Səhiyyə Mərkəzi barəsində inzibati iş başlanıb. Qaynarinfo xəbər verir ki, quruma qarşı İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahə

19 aprel
.

Parlament seçkiləri nə vaxt keçiriləcək?

"Parlament seçkiləri sentyabrda keçirilə bilər". Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli deyib. Qulamhüseyn Əlibəyli bildirib ki, parlament seçkilərinin noyabrda keçirilməsi ümumi tələbdir, amma seçkilərin vaxtı dəyişdirilə də bilər:. "Konstitusiyaya görə, növbədənkəna

19 aprel