ŞAD XƏBƏR: Əmək haqqı ARTDI - RƏSMİ
2020-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2019-cu ilin müvafiq dövrünə nisbətən 12,9 faiz artaraq 703,5 manat təşkil edib.
Dövlət Statistika Komitəsindən (DSK) Sonxeber.az-a verilən məlumata görə, əməkhaqqı neft-qaz sektorunda 3331,6 manat, qeyri neft-qaz sektorunda 646,9 manat olub.
Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 623,9 manat, özəl müəssisələrdə isə 803,0 manat təşkil edib.
Mədənçıxarma sənayesində (3 267,4 manat) , maliyyə və sığorta fəaliyyəti (1717,1 manat) , peşə, elmi və texniki fəaliyyət (1 178,8 manat), informasiya və rabitə (1071,7 manat) , eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində (878,8 manat) orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.
İlkin məlumatlara görə, 2020-ci ildə ölkə əhalisinin gəlirləri əvvəlki ilə nisbətən nominal ifadədə 1,8 faiz azalaraq 55726,1 milyon manat təşkil edib. Əhalinin hər nəfərinə düşən gəlirlər 5587,6 manat və ya ayda orta hesabla 465,6 manat olub.
Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 50689,6 milyon manatlıq vəsait qalıb.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 40592 Tarix: 21 yanvar 2021
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşAzərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi - TƏFƏRRÜAT
Neftçala rayonunda 1994-cü il təvəllüdlü Hüseyn həmyerlisi Elçin adlı şəxsə odlu silahla xəsarət yetirib. Hadisə ötən ilin sentyabrın 1-də, saat 07 radələrində Neftçala rayonunun Ramazanlı kəndində baş verib. Hüseyn Elçinin evinin qarşısında, küçədə şəxsi münasibətlər zəminində mübahisə edərək idar
28 martNazirliyin şöbə rəisi vəfat edib
Ədliyyə Nazirliyinin əməkdaşı Akşin Mirtəbib oğlu Ağayev vəfat edib. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, o, nazirliyin Neftçala rayon Qeydiyyat şöbəsinin rəisi vəzifəsində çalışıb. Qeyd edək ki, A.Ağayev 2015-ci ildən Ədliyyə Nazirliyinin əməkdaşı olub
28 martÇingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev "Formula 1" oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur. "Qafqazinfo" Çingiz Mehdiyev və onun cinayəti il
28 martSabah 20° isti olacaq
Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperatur
28 martArvadını çörəkpulu kartına görə döydü, cinayət məsuliyyətindən azad edildi
Abşeron Rayon Məhkəməsində arvadını döyməkdə təqsirləndirilən Rəşad Zəfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. xəbər verir ki, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və Rəşad Zəfərov cinayət məsuliyyətində
28 mart