Bu xəstələrə ŞAD XƏBƏR: ölümdən xilas edə bilər

Bu xəstələrə ŞAD XƏBƏR: ölümdən xilas edə bilər"Metformin" qəbul etmək diabet xəstələrində COVID-19 səbəbilə ölüm nisbətini üçqat azaldır.

Sonxeber.az xəbər verir ki, ABŞ-ın Alabama Universiteti alimlərinin apardıqları araşdırma nəticəsində bu qənaətə gəlinib.

Bildirilib ki, 2-ci tip diabetin müalicəsində istifadə edilən "Metformin", sözün əsl mənasında, COVID-19 xəstəliyindən əziyyət çəkən diabet xəstələrinin həyatını xilas edə bilər. Belə ki, koronavirusa yoluxmadan əvvəl mütəmadi olaraq "Metformin" qəbul edən şəkərli diabet xəstələrinin sağ qalma ehtimalı dərmanı qəbul etməyənlərə nisbətən üçqat daha çox olub.

Yeni tədqiqatın müəllifləri koronavirusa yoluxması təsdiqlənmiş 25 min 300-dən çox xəstənin tibbi qeydlərini təhlil edib. Tədqiqatçılar "Metformin" və insulin əlavəsinin xəstələrin ölümü üzərindəki təsirlərini araşdırıb. Məlum olub ki, insulinin (I tip diabetli xəstələr üçün) ölüm riski üzərində heç bir təsiri yoxdur. Bununla birlikdə, infeksiyadan əvvəl "Metformin" qəbul edən şəkərli diabet xəstələrində COVID-19-dan ölmə ehtimalı əhəmiyyətli dərəcədə az olub və diabetik olmayan xəstələr arasında ölüm riski ilə müqayisə edilə bilər.

Böyük Britaniyanın Milli Sağlamlıq Sisteminin məlumatına görə, 1-ci tip şəkərli diabeti olan insanların infeksiyadan ölüm riski diabeti olmayanlara nisbətən 3,5 dəfə çoxdur. 2-ci tipdə isə bu rəqəm 2 dəfə təşkil edir.

Xüsusi qeyd: bu tip araşdırmaların nəticəsi təsdiqlənmiş formada yayılsa da, dərman şirkətləri tərəfindən kommersiya məqsədilə təhrif edilərək tirajlanması ehtimalını istisna etməməkdə fayda var. Publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3379   Tarix: 21 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rövşən Cəfərovun qızı vəfat etdi - FOTO

Prodüser Rövşən Cəfərovun qızı Nərmin Həsənli vəfat edib. axşam.az-a istinadən xəbər verir ki, 31 yaşı olan Nərmin uzun müddətdir xərçəngdən əziyyət çəkirmiş. O, ailə qurub və Almaniyada yaşayırdı.Vəziyyəti pisləşən Nərmini Azərbaycana gətiriblər. O, bu gün dünyasını dəyişib. Qeyd edək ki, Rövşən uzu

18 aprel
.

"Günah onda deyil"

"Aparıcı Aytən Səfərovanın düşdüyü qəzanın görüntülərinə baxdım. Günah onda deyil". OLAY yazır ki, bu sözləri nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib. O, Səfərovanın düşdüyü qəzanı şərh edib:. "Sadəcə ərazidə qarışıq bir durum var. Ona da istintaq orqanları rəy verəcək. Ölən sərnişin

18 aprel
.

Bakıda azyaşlı qızı qorxudub qızıllarını aldılar

Bakı şəhəri Xətai rayonu ərazisində azyaşlı qıza hədə-qorxu gəlməklə qızıl-zinət əşyalarını talamaqda şübhəli bilinən iki nəfər saxlanılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat verib. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu ilə tələb etmədə şübhəl

18 aprel
.

Sumqayıtda itin insanlardan su istəməsi görüntüsü gündəm oldu - VİDEO

Sumqayıt şəhərində maraqlı hadisə baş verib. xəbər verir ki, şəhərdə itlərdən biri ağzında qab gətirərək insanlardan su istəyib. Görüntülər sosial şəbəkədə izlənmə rekordu qırıb. Deyilənə görə, həmin it hər gün eyni formada gələrək insanlardan su istəyir. Videonu BURADAN izləyin

18 aprel
.

Buraxılış imtahanlarına asan suallar salınır?

Martın 3-ü və 10-u keçirilən buraxılış imtahanlarında ölkə üzrə rekord göstərici qeydə alınıb. -a istinadən xəbər verir ki, illər sonra ümumilikdə 53 nəfər maksimum bal toplayıb. Abituriyentlərin belə uğurlu nəticə göstərməsi imtahanlarla bağlı bəzi suallar doğurub. Təhsil eksperti Elçin Murad imtahanlardak

18 aprel
.

Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxanın - Fotoları

Xəbər veriyimiz kimi, bu gün səhər saatlarında Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi "Hyundai İX-35" markalı avtomobillə aparıcı Aytən Piriyevanın (Səfərova) idarə etdiyi avtomobil toqquşub, İ.Məmmədovun idarə etdiyi avtomobild

17 aprel
.

Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?

Müğənni Rəqsanə İsmayılova Azərbaycandakı mülklərinə həbs qoyulub. Qaynarinfo-ya daxil olan məlumata görə, müğənninin külli miqdarda borcu var. Həmin borcla bağlı qərar qəbul olunsa da, Rəqsanə İsmayılova qərarı icra etməyib. Bu səbəbdən icra məmuru tərifindən Nəsimi rayon Məhkəməsinə müraciət edilib

18 aprel
.

Ünvanlı sosial yardım almağa köməklik adı altnda vətəndaşlar aldadılır - VİDEO

Bəzi hallarda ünvanlı sosial yardım adı altında vətəndaşlara kömək edəcəkləri deyərək onların vəsaitlərini mənimsəməyə çalışırlar. Səbəbi isə həmin vətəndaşların bu istiqamətdə məlumatlılığın az olmasıdır. xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri Rəşad Mehdili "Xəzər Xəbər"

18 aprel
.

Polis 21 yaşlı qızı axtarır

Hacıqabulda 21 yaşlı qadın itkin düşüb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, rayon sakini, 2003-cü il təvəllüdlü Təhməzova Tünzalə İlham qızı yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. T. Təhməzovanın əlamətləri belədir: boyu 17

18 aprel