BMT rəhbəri Co Baydenin ilk qərarına münasibət bildirib

BMT rəhbəri Co Baydenin ilk qərarına münasibət bildiribBMT-nin Baş katibi Antonio Quterreş ABŞ Prezidenti Co Baydenin planetdə sürətli qlobal istiləşmənin qarşısının alınmasına yönəlmiş Paris sazişində iştirakına qayıtmaq qərarını alqışlayıb. Bu, ABŞ-ın 46-cı Prezidenti qismində and içən Baydenin ilk qərarlarından biridir.

AZƏRTAC BMT-nin Xəbərlər xidmətinə istinadla BMT-nin rəhbəri adından onun mətbuat katibinin bəyanatında "Mən İqlim Dəyişikliyi haqqında Paris Sazişində iştirakına qayıtmağa, dövlətlərin, şəhərlərin, ştatların, özəl şirkətlərin və iqlim böhranına qarşı qətiyyətli tədbirlər görən ayrı-ayrı insanların artan koalisiyasına qoşulmağa yönəlmiş Prezident Baydenin atdığı addımları səmimiyyətlə alqışlayıram", - deyildiyini xəbər verir.

İqlim dəyişikliyinə qarşı mübarizə haqqında Paris Sazişi 2015-ci il dekabrın 12-də Fransa paytaxtında qəbul edilib və bir ildən az rekord müddətdə qüvvəyə minib. Bu sənəddə dövlətlər qlobal temperaturun 2 dərəcə Selsi həddində, imkan daxilində isə industrial dövrdən əvvəlki göstəricilərə nisbətən 1,5 dərəcə Selsi səviyyəsində artmasını saxlamağa söz veriblər. Paris sazişi yoxsul ölkələrə iqlim dəyişikliyinə adaptasiyaya yardım göstərilməsini nəzərdə tutur.

ABŞ Paris sazişinə 2016-cı ildə qoşulub, lakin ölkə Prezidenti Donald Tramp hakimiyyətə gələrək dərhal Vaşinqtonun bu müqavilədə iştirakdan imtina etdiyini bildirib. Müəyyən edilmiş prosedura uyğun olaraq Vaşinqtonun qərarı tam bir il sonra – 2020-ci il noyabrın 4-də qüvvəyə minib.

Lakin yeni Prezident Co Bayden bəyan edib ki, bu qərara yenidən baxılacaq və ABŞ Paris Sazişinin iştirakçıları sırasına qayıdacaq. Bu günə həmin sazişi 187 dövlət ratifikasiya edib.

Antonio Quterreş iqlim üzrə ötən il keçirilmiş zirvə görüşü və onunla əlaqədar qəbul edilmiş istixana qazlarının bütün zərərli tullantılarının yarısının payına düşən dövlətlərin əsrin ortalarında karbon neytrallığına nail olmaq vədini xatırladıb.

"Bu gün Prezident Baydenin elan etdiyi qərar bu rəqəmi istixana qazlarının bütün tullantılarının üçdə ikisinə qədər yüksəldəcək. Ancaq hələ çox uzun yol keçməliyik. İqlim böhranı kəskinləşir və biz qlobal istiləşməni 1,5 dərəcə Selsi səviyyəsində saxlamaq və cəmiyyətlərə iqlim dəyişikliyinə qarşı daha çox müqavimət göstərmək məqsədinin reallaşması məsələsinin müzakirəsinə vaxt sərf edirik", – deyə BMT rəhbəri qeyd edib.

O, 2030-cu ilə qədər hədəf göstəricilərinə nail olmaq və bu ilin sonunda Qlazqo iqlim konfransı ərəfəsində iqlim dəyişikliyinə qarşı mübarizənin maliyyələşdirilməsi ilə bağlı yeni milli öhdəliklər də daxil olmaqla, iqtisadiyyatın dekarbonizasiyası üzrə qlobal səylərin təşviq edilməsində Amerika Birləşmiş Ştatlarının liderliyinə ümid etdiyini söyləyib.

BMT rəhbəri iqlim dəyişikliyinə qarşı mübarizədə Bayden ilə sıx əməkdaşlıq edəcəyinə ümidvar olduğunu bildirib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1970   Tarix: 22 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

TƏBİB-ə yeni səlahiyyət verildi

Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri

17 sentyabr 2021
.

"Mənəvi cəhətdən inkişaf etmək istəyiriksə, keçmişimizdən xəbərdar olmalıyıq" - Psixoloq

İstiqamət: Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi. "İnsanların mənəvi inkişafı ana bətnindən başlayır. Bəzi valideynlər var ki, uşaqlara qayğını həddən artıq çox göstərir, bəziləri isə heç qayğı vermir. Ona görə də mənəvi inkişaf və tərbiyə ailə tiplərində

17 sentyabr 2021
.

ABŞ-da azərbaycanlı yüzlərlə insanın həyatını xilas etdi, polis onu mükafatlandırdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədov Kempbell Şəhər Polis İdarəsi tərəfindən xüsusi mükafat ilə təltif olunub. Ölkənin yerli "ABC7" telekanalı ABŞ polisinin qəhrəman adlandırdığı azərbaycanlı haqqında süjet hazırlayıb. Xəbər cinayətkarın hazırladığı terror planında

18 sentyabr 2021
.

Vətən Müharibəsi Qəhrəmanlarına və şəhid ailələrinə mənzillərin sənədləri təqdim edildi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb

17 sentyabr 2021
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021
.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB

"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın

17 sentyabr 2021